“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Deputat Aqil Abbas: “İstəməzdim ki, parlament buraxılsın”

Tarix 29.11.19, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


YAP-çı deputatların parlamentin buraxılması təşəbbüsü ilə çıxış etmələri gündəmin əsas mövzusudur. Bu istiqamətdə hər keçən gün yeni-yeni fikirlərə rast gəlirik. Ən çox diqqətçəkən mövqelər isə deputatların özlərinə məxsusdur. Onların əksəriyyəti bu qərara nəinki etiraz etmir, əksinə özlərini sevinmiş kimi göstərirlər.

Deputat Aqil Abbas fərqli mövqeyə sahibdir: “Ölkədə böyük islahatlar gedir. Bunlar da yəqin fikirləşdilər ki, islahatların bir qolu da parlament olsun. Amma dəqiq səbəbini bilmirəm. Bu dünyada olan təcrübələrdən biridir. Qeyri-adi heç nə görmürəm. İstəməzdim parlament buraxılsın. Amma belə məsləhət görüldüsə, biz də dəstəkləyəcəyik. 68 deputat parlamentə gəlməsə, nə ola bilər? Bunlar istefa ərizəsi yazırlar. Kimin özünə inamı varsa, növbədənkənar seçkilərə gedib, namizədliyini verəcək. Seçib-seçməmək artıq xalqın işidir. Mənim özüm təbii ki, namizəd olmağı düşünürəm. Üç dəfə kimlər mənə səs veriblərsə, onlarla məsləhətləşəcəm. İndi də Qarabağ camaatı ilə mütləq danışacam. İndiyə qədər belə olub və namizədliyimi vermişəm”.

Deputat əksər həmkarlarının qərara müsbət yanaşmalarına da münasibət bildirdi: “Hər kəs öz dediyinə cavabdehdir. Amma uzun zamandır bu söhbətlər gedirdi. Yəni o mənada parlamentin buraxılacağını həmkarlarım gözləyirdi. Amma sevinclə gözlədiklərini deyənlər varsa, buna nə deyəsən. Deyirlər ki, parlament nələrəsə mane olurdu. Bu orqan nəyə mane ola bilərdi ki? Məsələ qoyulur və bizlər də müzakirə edib, səs veririk. Deputatların hamısı dövlətçiliyə, möhtərəm prezidentin siyasətinə dəstək verən insanlardır. Parlamentdə gəncləşmənin olmasına təbii ki, ehtiyac var. Amma bu seçkidir. Bəlkə seçici yenə də yaşlı namizədə səs verəcək, kim bilir. Kim deyə bilər ki, 25 yoxsa 70 yaşlı seçiləcək? Bu xalqın seçkisidir. İstədiyini xalq seçir. Növbədənkənar seçkiləri xarici faktorla bağlayanlara gəlincə, açığı bu barədə nəsə deyə bilmərəm. Xarici faktor Azərbaycanda adətən aranı qarışdırmaq, milləti üz-üzə qoymaq, radikallara qrantlardan verib iş gördürməkdən ibarət daha çox olur. Azərbaycanda əmin-amanlığın olmasını xarici qüvvələr heç zaman istəmirlər. Ona görə də, ola bilsin ki, xaricilərin əl-qolunu bağlamaq üçün prezident və parlament bu yola gedib. Amma xarici qüvvə təsir edə bilməz ki, mütləq seçki keçirilməlisiniz. Müstəqil dövlətik, heç kəsin sözü ilə oturub-durmuruq”.

Deputat seçkilərin fevralda olacağını düşünür: “Təxminən fevralda çox güman ki, seçkilər keçiriləcək. Qanunda belədir ki, prezident nə vaxt sərəncam verirsə, bundan sonrakı iki ay müddətində seçkilər keçirilir”.(Musavat.com)



Xəbərin oxunma sayı : 265




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap