Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Deputatlar niyə banka pul qoymurlar? - Özləri açıqladı

Tarix 29.10.25, 19:44

Font ölçüsü : - / +
bitmap-img6


Bank sektoruna etimad və əmanətlərin təhlükəsizliyi mövzusu son illər cəmiyyətin diqqət mərkəzindədir. Əhalinin maliyyə savadlılığının artması, müxtəlif banklarda zaman-zaman yaranan problemlərin cəmiyyətdə yaratdığı etimad sualları və iqtisadi sabitliyin qorunması məsələsi ictimai müzakirələrdə tez-tez gündəmə gəlir.

Məsələnin ictimai və siyasi baxımdan maraqlı tərəflərindən biri də qərarverici şəxslərin, - deputatların,- bu məsələyə münasibətidir. 

AzFakt.com xəbər verie ki, Modern.az bu istiqamətdə deputatlar arasında sorğu keçirib. Deputatlara "pulunuzu hansı banka əmanət edərdiniz" sualını ünvanlamışıq.

Elçin Mirzəbəyli: "Sözün açığı elə bir pulum yoxdur ki, onu hansısa banka əmanət edim. İqtisadiyyatla aram da o qədər yaxşı deyil. Amma prinsip etibari ilə bundan əvvəl və indi də çalışdığım yerdə Beynəlxalq Bankla əməkdaşlıq edilib. Bu səbəbdən mən də pulum olduqda onu bu banka əmanət edərdim".

Vüqar Bayramov: "Əmanətim olarsa və onu bankda yerləşdirsəm, bu zaman mənim üçün əsas meyar bankın şərtləri və əmanətin sığorta paketi ilə uyğunluğudur. Çünki praktik olaraq əmanətin məbləği 100 min manatdan çox deyilsə, həmin vəsaiti illik faizi 12 faizdən artıq olmamaq şərti ilə istənilən bankda yerləşdirmək mümkündür. Bu halda, 100 min manatadək və 12 faizədək faiz təklif edən banklarda əmanətlər tam şəkildə sığortalanır.

Belə olan təqdirdə, bank müflis olsa belə, vətəndaşın əmanəti tam olaraq geri qaytarılır. Mənim vətəndaşlara tövsiyəm odur ki, əmanət yerləşdirərkən əsas diqqəti yüksək faizə deyil, məhz əmanətin sığortalanmasına yönəltsinlər. Çünki əmanət sığortalı olduqda, istənilən halda həmin məbləğ geri qaytarılır.

12 faizdən yüksək gəlir vəd edən təkliflərə aldanmaq düzgün deyil, çünki bu halda əmanət sığorta sistemindən kənarda qalır. Əgər vətəndaşın əmanəti 100 min manatdan artıqdırsa, o zaman həmin məbləği iki hissəyə bölüb fərqli banklara yerləşdirməsi məqsədəuyğundur ki, sığorta təminatından yararlana bilsin.

Bu baxımdan, bankın adına və ya tanınmışlığına deyil, əmanətin sığortalanıb-sığortalanmamasına diqqət yetirmək ən vacib meyardır".

Elman Nəsirov sualımıza daha diplomatik və konkret cavab verərək, əmanəti olduqda bankların etibarlılıq səviyyəsini araşdırıb, müvafiq qərar verəcəyini bildirib. 

Azər Badamov: "Təbii ki, banklara qoyulan əmanətlər sığortalanır. Bu baxımdan əmanətin hansı bankda saxlanılması o qədər də fərq etmir. Biz hər hansı bir bankın adını tutsaq, onu reklam etmiş oluruq və bunun da digər banklara qarşı ədalətsizlik olacağını hesab edirəm".

Rövşən Muradov bildirib ki, indiyədək bu haqda düşünməyib: "Lakin belə bir hal olarsa, hər zaman istifadə etdiyim Kapital Banka üz tuta bilərəm". 



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap