Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Diqqətlər BMT-də - Yeni Dünyanın Konvensiyası hazırlanır

Tarix 09.08.24, 9:14

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında "Kibercinayətlərə və İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə ilə bağlı Beynəlxalq Konvensiya”nın hazırlanması üzrə yekun iclas keçirilir.

AzFakt.com xəbər verir ki, ümumi cinayətkarlıqda kibercibayətlərin payının artması və digər cinayətlərin də bu və ya digər formada informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilməsi fonunda dünya birliyinin yaranmış zərurətdən hazırladığı yeni Konvensiya ictimai münasibətləri geniş sferada əhatə edəcəkdir.

BMT-yə bütün üzv dövlətlərin cəlb olunduğu, Azərbaycan Respublikasının da fəal iştirak etdiyi və 3 ildir davam edən bu prosesin son sessiyasında (29 iyul - 09 avqust) bir sıra dövlətlərin nümayəndə heyətlərinin ciddi fikir ayrılıqları səbəbindən yekun layihənin qəbulunda çətinliklər yaranıb.

Belə ki, yekun iclasda ölkələrin nümayəndə heyətləri tərəfindən Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan minimum üzvlük sayı, texniki yardım üzrə əməkdaşlıq və digər mövzular barədə məsələlərə dair, hətta beynəlxalq müqavilənin yekun adı ilə bağlı kəskin ziddiyyətli mövqelər irəli sürülməkdədir.

Yekun Konvensiya layihəsi qəbul olunarsa və BMT-yə üzv dövlətlər tərəfindən ratifikasiya olunarsa müasir dövrün və rəqəmsallaşan dünyanın ən aktual və praktik sənədi olacağı gözlənilir.



Xəbərin oxunma sayı : 832




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap