Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Eldar Əzizov aciz durumda: Mübariz Hüseynovun fəaliyyətinə nəzarət edə bilməyən mer çıxış yolunu nədə görür?

Tarix 20.11.23, 12:34

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər İcra Hakimiyyəti bir neçə gün öncə Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq barədə tədbir keçirdi. 
 
Tədbirdə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikalarının hazır vəziyyətə gətirildiyi, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işlərinin aparıldığı vurğulandı.
 
Formal çıxış və hesabatlarla davam edən iclasda diqqətçəkən məqamlardan biri isə görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilməsi oldu. 
 
AzFakt.com-un özəl mənbədən əldə etdiyi məlumata görə bu qərarın verilməsinə səbəb Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən 
Mənzil-Kommunal Təsərrüfat Departamentində və bu qurumun tabeliyində fəaliyyət göstərən idarə və müəssisələrdə korrupsiya faktlarının olması ilə bağlıdır. 
 
Məlumata görə Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərliyə başlamasından 5 il keçməsinə baxmayaraq, yeni başçı bu qurumda korrupsiyanın kökünü hələ də kəsə bilməyib. 
 
Departamentin balansılnda olan binaların cari təmiri məqsədi ilə ayrılan vəsaitlərin böyük həcmi hər il sənədlərlə "yuyulur". Kosmetik aparılan təmir işləri əhalinin Prezident Administrasiyasına kütləvi şikayətinə səbəb olur. 
 
Paytaxt sakinlərinin Prezident Administrasiyasına ünvanladıqları haqlı şikayətlər Eldar Əzizovu radikal qərarlar verməyə məcbur edib. 
 
Ancaq görünən budur ki, uzun illərdir Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən bəzi təşkilatların rəhbərləri hələ də Eldar Əzizova qarşı ciddi mübarizə apara bilirlər.
 
AzFakt.com-un əldə etdiyi məlumata görə böyük həcmdə korrupsiya faktlarının olduğu təşkilatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Sanitariya və Texniki Təmizlik İdarəsidir. 
 
Qarlı və şaxtalı havalarda Bakı şəhərinin yollarının açıq olmasına, küçə heyvanlarının yemlənməsinə cavabdeh olan bu qurum hər il milyonlarla vəsaiti müxtəlif adlar altında silir. 
 
İdarəninin balansında olan avtomobillərin və texniki vasitələrin təmiri, yenilənməsi, saxlanması, Bakı yollarına hər il alınan texniki duzun və küçə itlərinə alınan yemlərə görə hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır. 
 
Lakin bu vəsaitin böyük hissəsi aidiyyatı üzrə xərclənmir.
 
Ölkənin ən böyük "tender kralı" ilə əl-ələ verib Sanitariya və Texniki Təmizlik idarəsinə uzun illərdir rəhbərlik edən Mübariz Hüseynovun fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müdaxilə edə bilmədiyi bildirilir. 
 
Vəzifəyə təyin edildiyi dövrdən "seytnot" vəziyyətinə düşən Eldar Əzizovun çıxış yolunu görülən işlərə nəzarət məqsədilə hər bir rayona cavabdeh şəxs təyin edilməsində görür. 
 
Ancaq Eldar Əzizovun bu planının da uğursuz olacağı bildirilir. 
 
Məlumata görə indiyədək ölkənin ən böyük şəhərlərinə - Gəncə və Sumqayıt şəhərlərinə başçılıq edən, 20 ildən artıq başçı kimi təcrübəsi olan Eldar Əzizovun hələ belə aciz duruma düşdüyü olmayıb. 
 
Bakı şəhərində qışa hazırlıqla bağlı Eldar Əzizovun təyin etdiyi cavabdeh şəxslərlə bağlı qərarın isə bir çox dövlət qurumlarında gülüşlə qarşılandığı bildirilir.



Xəbərin oxunma sayı : 1444




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap