| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Elman Rüstəmovun 5 milyonluq kredit dosyesini buna görə gizlədirlər - Sensasion təfərrüat
Tarix 03.12.24, 21:03 |
|
Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsində Mərkəzi Bankın sabiq sədri, hazırda baş nazirin müavini olan Elman Rüstəmovun adı keçən məhkəmə prosesi keçirilir.
Geniş ictimaiyyətin diqqət mərkəzində olan bu cinayət dosyesinin mərkəzində Elman Rüstəmovun Mərkəzi Bank sədri olarkən verdiyi qanunsuz göstəriş dayanır. Həmin göstərişə əsasən, o zaman Elman Rüstəmovun tikinti biznesində şəriki olan Azad Nağıyevə “Premium Bank” və “Dekabank” 5 milyon manat güzəştli kredit ayırıblar!
“Cırtdan nağılı” deyil - 5 milyon manatlıq kredit 337 min manat dəyəri olan əmlak girov götürülməklə verilib!
2013-cü ildə kredit ayrılarkən böyük qanunsuzluqlara, cinayətlərə yol verilib. Belə ki, vətəndaş Nizami Kərimova məxsus əmlakın sənədləri saxtalaşdırılıb və 5 milyon manat kredit qarşılığında banklara girov qoyulub!
Niyə məhz Nizami Kərimova məxsus əmlak girov qoyulub?
Nizami Kərimov 2010-cu ildə Elman Rüstəmova məxsusluğu bilinən “Aqana” MMC-dən qeyri-yaşayış sahəsini satın alıb və həmin ildən bu sahədən istifadə etməyə başlayıb.
2013-cü ildə Elman Rüstəmov “Aqana” MMC-nin direktoru Azad Nağıyevə əmlak girov qoymaqla kredit götürməsini tapşıranda, Azad Nağıyev Nizami Kərimova məxsus qeyri-yaşayış sahəsini sahibindən xəbərsiz, sənədləri saxtalaşdırmaqla öz adına alqı-satqı edib. Alqı-satqı müqaviləsində qeyri-yaşayış sahəsinin 337 min manata aldığını göstərib və saxta çıxarış alıb. Bundan sonra Mərkəzi Bank heç bir rəsmi gəliri olmayan Azad Nağıyevə həmin saxta çıxarışla əmlakı girov qoymaqla 2 bankdan 5 milyon manat, həm də istehlak (!)krediti ayırıb! Həm də illik 5,6 faizlə!!
Alqı-satqı müqaviləsində 337 min manata alındığı göstərilən əmlakı girov götürüb, yüklü edib 5 milyon manat, özü də Mərkəzi Bank tərəfindən 5.6 faizlə kredit verilməsi sadəcə ağlasığmazdır!
Saxta çıxarış ləğv olunsa da, əmlakı bankların girovluğundan çıxarmırlar!!!
Hətta Azərbaycan reallığında bu, mümkünsüzdür! Amma bu şərtlərlə kredit ayrılması baş verib! Həmin vaxt Azərbaycanda istehlak krediti 24-30 faizlə verilirdi! Kredit veriləndən 5 il sonra əmlakın əsl sahibi Nizami Kərimov bu maxinasiyadan xəbər tutub, Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Cinayəti icra edən şəxs Azad Nağıyev həbs olunub, qeyd etdiyimiz kimi, məhkum olunub. 5 milyon manat kredit götürülərkən girov qoyulan əmlaka dair saxta çıxarış ləğv olunub!
İndi isə Mərkəzi Bank cinayət yolu ilə verilmiş kreditə görə əmlakın qanuni sahibi Nizami Kərimovdan əmlakı müsadirə etdirməyə çalışır. Halbuki qeyd olunan kredit alınarkən təqdim olunmuş saxta çıxarış ləğv olunub və əmlak bu gün də qanuni sahibinin adınadır!
5 milyon kredit alıb, Elman Rüstəmova verib! – həbsdəki şəriki belə deyir
Hazırda həbsdə olan Azad Nağıyev məhkəməyə müraciətində yazır ki, banklardan Elman Rüstəmovun göstərişinə əsasən aldığı krediti onun özünə verib. Maraqlıdır ki, Azərbaycan məhkəmələri bu xüsusatın üstündən sükutla keçməyə üstünlük verirlər. Bu səbəbdən də 5 milyon manat güzəştli kredit dosyesinin məhkəmədə araşdırılması hələ ki, baş tutmayıb. Elman Rüstəmovun Mərkəzi Bank sədri olduğu dönəmdə sirr kimi saxlanılan kredit dosyesinin üzərindən bu gün də sirr pərdəsini götürmək mümkün olmur.
Elman Rüstəmovun gizlətməyə çalışdığı da məhz bu xüsusatdır!
5 milyon manatlıq kredit vətəndaş Nizami Kərimovun qeyri-yaşayış sahəsinin özündən xəbərsiz banklara girov qoyulmaqla götürülüb. Elman Rüstəmovun gizlətməyə çalışdığı da məhz bu xüsusatdır!
Hazırda Yasamal Məhkəməsində tərəflərdən biri olan Nizami Kərimovun vəkilləri həqiqətin üzə çıxması üçün 5 milyon manatlıq kreditin dosyesinin araşdırılmasını tələb edirlər. Hakim Ayşən Sultanova-Məmmədova isə kredit dosyesinin araşdırılmasını hələ ki, təmin etməyib. Kredit dosyesi bu və ya digər şəxsə kredit verilərkən toplanır. Dosyedə kredit üçün müraciət etmiş şəxsin kredit tarixçəsi, əvvəllər götürdüyü kreditləri qaytarıb-qaytarmaması, kredit müqabilində girov olaraq təqdim etdiyi əmlaklara baxış keçirilməsi və s. sənədlər yer alır.
Kredit dosyesini buna görə gizlədirlər!
Nizami Kərimovun əmlakı özündən xəbərsiz girov qoyulub və 5 milyon manat kredit götürülüb. Nəsimi Rayon Məhkəməsində bu məsələ araşdırılarkən bu xüsusat təsdiq olunsa da, 5 milyon manatlıq kredit dosyesi ortalığa çıxarılmayıb, məhkəmədə tədqiq olunmayıb! Bununla belə, Elman Rüstəmovun şəriki Azad Nağıyevin Nizami Kərimovun əmlakını özündən xəbərsiz girov qoyması, bunun üçün əmlaka aid sənədləri saxtalaşıdırdığı təsdiqlənib.
Azad Nağıyev sənədləri saxtalaşdırma, dələduzluq maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Nəsimi Məhkəməsi Azad Nağıyevin Nizami Kərimovun əmlakını özündən xəbərsiz, sənədləri saxtalaşdırmaqla girov qoyulduğunu çıxardığı qətnamə ilə təsdiq edib, lakin Nizami Kərimovun əmlakını bankların yüklülüyündən azad etməkdən yayınıb. İndi isə Yasamal Məhkəməsi də eyni mövqedə dayanmış kimi görünür.
Kredit dosyesinin üzə çıxaracağı həqiqətlər niyə qorxulu yuxuya dönüb?
5 milyon manatlıq kredit dosyesinin məhkəməyə gətirilərək tədqiqi həqiqəti üzə çıxarmaq gücündədir. Kredit dosyesi məhkəmədə tədqiq olunarsa, bilinəcək ki, Azad Nağıyevə kredit verən bankların nümayəndələri krediti verərkən Nizami Kərimova məxsus olan əmlaka baxış keçiriblərmi? Keçiriblərsə, Nizami Kərimov həmin vaxt orada olubmu? Keçirməyiblərsə, 5 milyon manatın təminatı olan girova baxmadan krediti necə ayırıblar? Baxış keçirilməməsi nə ilə əlaqəli olub?
Məsələn, 50 min manat kredit üçün 50 cür sənəd tələb edən, girovun təminatı olan əmlaka 50 dəfə baxış keçirən bankların bu qanunsuzluğu nə ilə əlaqəli olub?
Əmlaka baxış keçirilmədən girov verilməsi tapşırığı olubmu? Olubsa, belə bir tapşırığı banklara kim verib?
Hələ ki, Yasamal Məhkəməsi bu suallara aydınlıq gətirilməsinə, həqiqətin üzə çıxmasına tələsmir.
Yasamal Məhkəməsi Mərkəzi Bankın və digər qurumların təzyiqi ilə vətəndaş Nizami Kərimovun əmlakının əlindən alınmasını rəsmiləşdirəcək qərar verə bilər.
Dekabrın 6-da Yasamal Məhkəməsində qalmaqallı cinayət dosyesi üzrə proses davam etdiriləcək.
İllər öncə Mərkəzi Bank rəhbəri olan Elman Rüstəmovun göstərişi ilə törədilən bu özbaşınalıq, qanunsuzluq məhkəmə qərarı ilə bərkidilərsə, Nizami Kərimovun durumuna istənilən Azərbaycan vətəndaşı salına bilər - özündən xəbərsiz əmlakı sənədləri saxtalaşdırılmaqla banka girov qoyular, külli miqdarda kredit götürülər və sonda kreditin təminatı olan, lakin kreditə heç bir formada aidiyyəti olmayan əmlak sahibinin əlindən alınmaqla müsadirə oluna bilər!
Musavat.com
Xəbərin oxunma sayı : 979
Hadisə
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Murad Süleymanov susur: Baş həkim Elnarə Canlının ali tibbi təhsili varmı?..
-
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi - Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı…
-
Qadınların hərbi xidməti ilə bağlı qanun dəyişir - Yeni təklif
-
İsraildə İran casusu tutuldu - Yüksəkvəzifəli şəxsi izləyirmiş
-
Nazirdən yeni kadr təyinatı - Bir nazirlikdən digərinə vəzifəyə getdi
-
Diş fırçaları Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
TƏBİB məlumat yaydı - Vüqar Qurbanovla vəzifəsindən azad olunub
-
Azərbaycanda bu vaxta qədər olan ən rəzil reklam - Qadını soyundurub...
-
Mediada bu məlumatları yayanlar həbs ediləcək - Ali Məhkəmə
-
Prezidentin Serbiyaya səfəri başa çatdı - FOTOLAR
-
Vətəndaşın cibinə qurulan “reklam tələsi“: “Park Yasamal“da nələr baş verir?
-
TƏBİB-in icraçı direktoru işdən çıxarılıb? - Səlahiyyətləri müavininə həvalə olunub...
-
Ən soyuq və ən isti nöqtələr açıqlandı: Fərq 100 dərəcəyə yaxındır
-
Xətai rayonunda yaşayış binasında yanğın olub - VİDEO
-
Prezidentlər qeyri-rəsmi səhər yeməyində - FOTOLAR
-
“Medi Hall“da əməliyyat olunan qadın öldü - Prokurorluq araşdırmaya başladı
-
Astarada 64 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO
-
Baxçalı “Bozo”ya zəng etdi - “Yeraltı” ilə bağlı paylaşım
-
İcra başçısı köməkçisini işdən çıxarıb şəhərə “mer” təyin etdi - FOTO
-
SOCAR AQŞ işçilərindən etiraz: “Dekabrdan maaş vermirlər”
-
Gecə 2-də tanımadığı evin qapısını döydü - Həbs edildi
-
“Milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz həyata keçiriləcək“ - AMB məlumat yaydı
-
İşdən çıxarılan nazir müavinlərinin yerinə - Onlar gətirildi
-
Bakıda şirkət rəhbəri işçiləri “blok“a atdı: Qanunsuz əməlləri ifşa olundu (VİDEO)
-
Antarktidada ölümcül virus yayıldı: Vəhşi quşların kütləvi tələfatı baş verir
-
“Epşteyn faylları”ndakı 300-dən çox məşhurun adını açıqladı - Siyahıda özü də var
-
Bakıya qatı duman çökdü:Görünüş məsafəsi məhdudlaşdı
-
Azərbaycanın avtomobil bazarında kəskin dönüş - VİDEO
-
Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq - Tramp
-
Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur - VİDEO
-
Astaradakı “Astalanya“ istirahət mərkəzi işçilərin maaşını vermir - VİDEO
-
İranda fəhlələri daşıyan avtobus gülləbaran olunub - Ölən və yaralananlar var
-
Bakı gömrük terminalı avtomobilsiz qalıb - Səbəb güzəştlərin ləğvidir (VİDEO)
-
Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır
-
Azərbaycanın coğrafi vəziyyəti onun əsas üstünlüklərindən biridir
-
“Xahiş edirəm, buna maksimum ciddi yanaşsınlar” - Prezident tapşırıq verdi
-
Bir zamanlar bütün SSRİ-ni güllə təmin edirdik - İndi Afrikadan alırıq
-
Avropada ən çox maaş alan futbolçular - SİYAHI
-
İlham Əliyev və Vuçiç mətbuata bəyanatla çıxış etdilər - FOTOLAR
-
Təzyiqi necə aşağı salmaq olar? - Kardioloqlardan 6 yeni tövsiyə
-
Əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm - Vuçiç
-
“Ermənilər bizə heç vaxt “azərbaycanlı“ demədilər“ - VİDEO
-
“Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq“ - İlham Əliyev
-
Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir“ - Natiq Şirinov
-
Ölkənin regional tranzit mərkəzinə çevrilməsi planları...
-
Azərbaycan benzini hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Süfrələrimizin yeni favoriti - Quru meyvə bazarında qiymətlər necə dəyişir?
-
Mehriban Əliyevadan təxribat xarakterli suala sərrast cavab - VİDEO
-
Britaniya nəhəng hərbi gəmisini Arktikaya göndərir - Kir Starmer
-
Prezident serbiyalı həmkarı ilə təkbətək görüşüb - FOTOLAR
-
Magistraturaya qəbul imtahanı keçirildi: Nəticələr nə vaxt açıqlanacaq?
-
İlham Əliyev Belqradda Ümummilli Liderin abidəsini ziyarət etdi - Fotolar
-
Serbiyada Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO
-
Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib - FOTOLAR
-
Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadıldı - QMİ-dən açıqlama
-
“Rusiya, ABŞ və Ukrayna danışıqları “məlumat sızdırmadan“ aparmağa dair razılaşıblar“ - Mixail Qaluzin
-
Misirdə 6, Azərbaycanda 28 manata - Supermarketlərin müqayisəsi
-
4 ildir yeni tikiliyə köçüblər, həyətlərində hələ də qazıntı aparılır - VİDEO
-
Rəqəmsallaşmanın sürətlənməsi ölkəmizin əsas prioritetlərindən biridir
-
“Avropa müəyyən zəmanətlər şərti ilə Rusiya ilə dialoqa hazırdır“ - Kallas
-
Vaşinqtonun yeni planı: İrandan Çinə neft ixracı dayandırılır
-
Daha bir ərazidə söküntü - 2700 AZN kompensasiya təklif edilir
-
Salyanda kanalizasiya xəttinin çəkilişi yolları keçilməz etdi - VİDEO
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
ADSEA-nın su təchizatında ciddi qanun pozuntuları aşkarlanıb - Rəsmi
-
Prezident sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb - VİDEO
-
Bakıda yeni təhlükəli dəb: Sevgini qan və məzar torpağı ilə sübut edirlər
-
Navalnı zəhərlənərək öldürülüb - Beş ölkə təsdiqlədi
-
ABŞ mütəxəssisləri Norveçə niyə getdilər? - Şübhəli qurğu araşdırılır
-
Bakıda 1194 bina qeydiyyata alındı - Yaşayış üçün risklidir
-
Meyiti tapılan kişinin qardaşından şok iddia: “Heç dəli də oraya getməzdi“
-
Türk brendlərinin mövqeyi sarsılır: Azərbaycan bazarında yeni oyunçular
-
Dərman və avadanlıq problemi: Ayrılan vəsait niyə çatmır?
-
Prezident erməni nümayəndənin təxribatçı sualına belə cavab verdi - Video
-
Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb - İlham Əliyev
-
Xəbəri olmadan sosial şəbəkədə adından pul yığılır - VİDEO
-
Magistral yollarda quraşdırılan bariyerlərin məqsədi nədir? - VİDEO
-
Prezident Münxendə görüşlər keçirdi - FOTOLAR/VİDEO
-
Ermənilərin katolikosu II Qareginə cinayət işi açıldı - Ölkədən çıxışına qadağa qoyulub
-
Hüquqşünaslarla bağlı haçalanan mövqelər - Formal bolluq, real çatışmazlıq
-
Zelenski İlham Əliyevə təşəkkür etdi - VİDEO
-
Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR
-
Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
-
Prezident İlham Əliyev Münxendə panel iclasda iştirak edib - VİDEO
-
Naxçıvanda ailə üzvləri dəm qazından zəhərləndi - Baba və nəvə öldü
-
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
-
Azərbaycanın qaraya boyanan 14 fevralı - Murovdağ faciəsi
-
Prezident İlham Əliyevin Münhendə Volodimir Zelenski ilə görüşü olub - VİDEO
-
Sabah yağış qısamüddətli intensivləşəcək - XƏBƏRDARLIQ
-
Meydan TV-nin efirinə çıxan Fuad Qəhrəmanlı gözləmədiyi ilə qarşılaşdı - VİDEO
-
“Bu müharibə “ənənəvi məğlubiyyət”lə bitməyəcək” - ABŞ Dövlət katibi
-
Kəmaləddin Heydərovun 3 müavini işdən çıxarıldı - FOTOLAR
-
Siyasi proseslər futbola da müdaxilə etdi: İran millisi özünə rəqib tapa bilmir
-
“ABŞ 2026-cı ildə Ukraynaya 15 milyard dollarlıq silah verəcək” - Rutte
-
14 illik övlad həsrətinə kənd sakinlərindən sürpriz - VİDEO
-
Məşhur “Pitomnik bağı“ ləğv edilir? - Rəsmi açıqlama
-
“Ayətullah istəsə, Tramp onunla görüşər” - Marko Rubio
-
“İşə düzəltmək” adı ilə 12 minə yaxın pulunu ələ keçirdi - Həbs olundu
-
Messi 2026-cı il Dünya Çempionatını buraxa bilər - “The Touchline”
-
Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olundu - SƏBƏB
-
“Ukrayna müharibəsində birbaşa iştirak edən tərəf deyilik“ - Çin XİN başçısı
-
Zakir Həsənov generalları topladı, tapşırıqlar verdi - MN-də Kollegiya iclası
-
Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq-Video
-
Maşında 15 yaşlı qızla insi əlaqədə olan 24 yaşlı şəxs saxlanıldı - İsmayıllıda...
-
“Ukraynada işğal etdiyi hər kilometr torpaq Rusiyaya 170 əsgərə başa gəlir“ - Zelenski
-
“ABŞ və Avropa keçmişdə birgə çoxsaylı səhvlərə yol veriblər“ - Rubio
-
Sabah olimpiadada erməni təxribatı gözlənilir - Nə edəcəklər?
-
Hakimin dəm qazından ölümünə görə cəza verildi - Çilingər günahkar bilindi
-
“Rusiya və Ukrayna atəşkəs üçün müəyyən razılığa gəliblər“ - “Politico“
-
Arayik və separatçı dəstəsini əfv edə bilərsiniz? - Prezident bu suala belə cavab verdi
-
Nazir Brilliant Dadaşovanın ərini işdən çıxardı - Yerinə təyinat oldu + FOTO
-
“KapitalBank“ rəhbərinin peşəkarlığı sual doğurdu - Amma hər ilin sonu milyonlarla manat bonus alırlar...
-
“Avropa müdafiə baxımından ABŞ-dan ifrat asılılıqdan uzaqlaşmalıdır“ - Starmer
-
Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil - PREZİDENT
-
Paytaxtda sahibkar yol kənarını zəbt etdi - Qurumlar nə cavab verdilər?
-
Timur Mehdiyevlə bağlı şok məlumat: FHN-ə yox, bu nazirliyə müavin gedəcəkdi, amma...
-
“Bundesveri Avropanın ən güclü ordusuna çevirəcəyik“ - Merts
-
Masazırda kanalizasiya suları küçəyə axır - Sakinlər çarəsizdir - VİDEO
TOP 10
ARXİV






