“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Elmar Məmmədyarov Peru Konqresinin sədri ilə görüşüb –Müzakirə + FOTO

Tarix 05.07.19, 12:24

Font ölçüsü : - / +
bitmap-img6


Xarici İşlər naziri Elmar Məmmədyarov Peru Respublikasına işgüzar səfəri çərçivəsində Peru Konqresinin sədri Daniel Enrique Salaverry Villa ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı E.Məmmədyarov Peru parlamentinin Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi bəyanatlarda ifadə etdiyi ədalətli mövqeyinə görə təşəkkürünü bildirib, rəsmi Bakı ilə Lima arasında parlament diplomatiyasının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, Konqresin sədri və görüşdə iştirak edən Konqresin Mədəniyyət Komitəsinin sədri və Peru-Azərbaycan dostluq qrupunun sədri, konqresmen Dalmiro Palomino Ortiz, konqresmen Xuan Karlos del Aqila və dostluq qrupunun üzvü, konqresmen Viktor Andres Garcia Belaunde Azərbaycana səfərləri haqqında xoş təəssüratlarını bölüşərək, ölkəmizin inkişafı, dünyada mədəniyyətlərarası dialoqun inkişafı sahəsində töhfəsini yüksək qiymətləndiriblər.

Görüşdə, həmçinin Azərbaycanın Peru və ümumilikdə Latın Amerikası ilə münasibətlərinin müxtəlif sahələrini əhatə edən səmərəli müzakirələr aparılıb.



Xəbərin oxunma sayı : 205




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap