“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ermənistan ordusu Cocuq Mərcanlı kəndini ağır artilleriya atəşinə tutub - “OBA” market yararsız vəziyyətə düşüb

Tarix 12.10.20, 22:17

Font ölçüsü : - / +
bitmap-img6


“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki “OBA” marketin Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalması ilə bağlı məlumat yayıb.

Məlumatda daim işğalçılıq siyasəti yürüdən Ermənistanın çirkin və qeyri-insani əməllərindən çəkinməyək Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini atəşə tutduğu bildirilib. Qeyd olunub ki, oktyabrın 11-də düşmənin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ağır artilleriya atəşinə tutması zamanı mərmilərdən biri də kənddəki “OBA” marketə düşüb. Nəticədə mağaza tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı marketin fəaliyyəti müvəqqəti dayandırıldığı üçün xəsarət alan olmayıb.

“Hazırda 800-dən çox mağazası olan “OBA” Marketlər Şəbəkəsi işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi və Cocuq Mərcanlı da daxil olmaqla azad edilən bütün ərazilərimizdə yeni “OBA” marketlərin açılışının həyata keçiriləcəyi günü səbirsizlə gözləyir”, – deyə məlumatda ifadə edilib(azərtac).




Xəbərin oxunma sayı : 1012




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap