Vəzifəli şəxs Kəmaləyə ev və maşın hədiyyə edib - VİDEO “Sevgilim Azərbaycanda yaşamır“ - Pərvin Abıyeva Günay açıq-saçıq fotoları ilə gündəm oldu - FOTO Pərvinin ilham verən saç modelləri... - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 24 Yanvar 2022

    Vəzifəli şəxs Kəmaləyə ev və maşın hədiyyə edib - VİDEO

  • / Maqazin / — 19 Yanvar 2022

    “Sevgilim Azərbaycanda yaşamır“ - Pərvin Abıyeva

  • / Maqazin / — 15 Yanvar 2022

    Günay açıq-saçıq fotoları ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 08 Yanvar 2022

    Pərvinin ilham verən saç modelləri... - FOTOLAR

  • / Maqazin / — 07 Yanvar 2022

    “Efirdə daha qəşəng görünürəm“ - Aygün Kazımova

  • / Maqazin / — 04 Yanvar 2022

    Afaq yenə soyundu – FOTOSESSİYA

Ermənistan yalvarıb, Rusiya xahiş edib... - Prezident dünənki cəza əməliyyatının detallarını açıqladı

Tarix 12.01.22, 22:32

Font ölçüsü : - / +
bitmap-img6


"Elə dünən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. 

Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Yəni, istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb – cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra", - Prezident vurğulayıb.

"Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək" - deyə, Prezident əlavə edib. 



Xəbərin oxunma sayı : 904

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap