![]() |
|














Ermənistanda Rusiyanın reytinqi sürətlə düşür – Bir sorğunun çıxardığı nəticələr
Tarix 16.07.20, 16:49 |
|
514.jpg)
Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC) tərəfindən doqquzuncu dəfə keçirilən “Qafqaz barometri” sosioloji sorğusunun nəticələri açıqlanıb.
Sorğu bir sıra maraqlı məqamları ilə diqqət çəkir və olduqca maraqlıdır.
Qeyd etmək istərdik ki, sosioloji sorğu Ermənistan vətəndaşlarının bəzi ölkələrə, xüsusilə Rusiyaya münasibətinin kəskin dəyişdiyini özündə əks etdirir.
Sorğunun təhlil hissəsinə keçməmişdən əvvəl qeyd edək ki, respondentlərə təqdim olunan suallar arasında Azərbaycanla da bağlı suallar olub. Tədqiqat işi “Qafqaz barometri – 2019” adlandırılsa da, sorğu 21 fevral-15 mart 2020-ci il tarixləri aralığında aparılıb və bu ilin nəticələrini özündə ehtiva edir. Bu məqalədə Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC) tərəfindən keçirilən tədqiqatın bizim üçün maraqlı olan bəzi detallarına nəzər salmağa çalışacağıq.
Qafqaz Tədqiqat Resurs Mərkəzinin (CRRC – Caucasus Research Resource Center) missiyası nədən ibarətdir və Cənubi Qafqaz haqqında data toplamağa niyə maraq göstərir?
Sorğunun nəticələrini təqdim etməzdən öncə Qafqaz Tədqiqat Resurs Mərkəzi haqqında qısa məlumat vermək istərdik.
Bu Mərkəz 2003-cü ildə ABŞ-ın Avrasiya Əməkdaşlıq Fondunun (Eurasia Partnership Foundation) təşəbbüsü, bir əsrdən çox müddətdə fəaliyyət göstərən nüfuzlu Nyu-York Karnegi Korporasiyasının (zəruri qeyd: hazırda rəhbəri Vartan Qriqoriandır – geniş izahata ehtiyac yoxdur, soyadı hər şeyi izah edir) maliyyə dəstəyi ilə yaradılıb [Gregorian, Vartan . A Message to Our Community in Support of Equality, Dignity, and Justice. Carnegie Corporation of New York. 06.02.2020 URL: https://www.carnegie.org/news/articles/message-our-community-support-equality-dignity-and-justice/ (access date: 10.07.2020)].
Mərkəz Ermənistanla yanaşı Azərbaycan və Gürcüstanda da fəaliyyət göstərir və sosial tədqiqatların həyata keçirilməsi ilə məşğuldur.
Aşağıdakı linkdə Qafqaz Tədqiqat Resurs Mərkəzinin tanıtım vidosu ilə tanış ola bilərsiniz.
[Caucasusbarometer.org. İntro video. 29.04.2014. URL: https://www.youtube.com/watch?time_continue=6&v=8prPEh5Y6H0&feature=emb_title (access date: 10.07.2020)].
“Qafqaz barometri – 2019” Ermənistan sorğusunun əsas məqsədi
“Qafqaz barometri – 2019” adlı layihənin əsas məqsədi Ermənistan vətəndaşlarının digər ölkələrə münasibətini öyrənmək olub.
Ermənistanda hələ sovet dövründə mərkəzi rəhbərliyə və Moskvaya münasibəti birmənalı olmayıb. Kremldə də bunu yaxşı bilirdilər.
Ermənistanda Rusiyaya münasibət niyə dəyişib? (konseptual təhlil)
1998-ci ildə Levon Ter-Petrosyanın hakimiyyətdən getməsi və Robert Köçəryanın prezident kürsüsünə oturmasından sonra Rusiyanın bu ölkədə mövqeyi bir qədər də möhkəmlənmişdi. Ermənistan vətəndaşları Rusiyanı qardaş ölkə kimi təqdim edirdilər, lakin son illərdə vəziyyət əsaslı surətdə dəyişib.
Diaqramdan da göründüyü kimi, Rusiyanın Ermənistandakı nüfuzu illər ötdükcə aşağı düşməkdə davam edir. 2013-cü ilin sorğusunda respondentlərin 83%-i Rusiyanı yaxın dövlət hesab edirdisə, növbəti illərdə bu rəqəm kəskin azalıb (2015-ci ildə 75%, 2017-ci ildə 63%), son sorğuda isə rəyi soruşulanların cəmi 57%-i Rusiyanı “qardaş” ölkə kimi gördüyünü bildirib. Buna baxmayaraq, hətta bu göstəricilərə görə də Rusiya Ermənistana dost ölkələr siyahısında liderliyini davam etdirir [Հայաստանցիների շրջանում Ռուսաստանի վարկանիշը կտրուկ անկում է ապրել. CRRC-Armenia. Youtube. 06.07.2020. URL: https://www.youtube.com/watch?time_continue=3&v=balGoQIiMXc&feature=emb_title (müraciət tarixi:11.07.2020)]
Diaqramda əks olunan məlumata görə deyə bilərik ki, Rusiya ilə bağlı kəskin azalma 2017-ci ilin sorğusunda özünü biruzə verib. Həmin vaxt Ermənistan vətəndaşları Aprel döyüşlərinə görə Rusiyanı ittiham edirdilər. Məhz dördgünlük müharibə Ermənistanda Rusiyanın nüfuzun yüksək templə aşağı düşməsinə səbəb oldu. Qeyd olunan məqam Rusiyanın Ermənistanda nüfuzunun itirməsinə gətirib çıxardı.
Düşünürük ki, Rusiyanın Ermənistanda nüfuzunun itirməsinin obyektiv səbəbləri var. Bunu təkcə Aprel döyüşləri ilə əlaqələndirmək olmaz. Rəsmi Moskva ilə Bakının hərbi-strateji tərəfdaşlığı var və silah satışı ilə bağlı milyardlarla dollar məbləğində müqavilələr uğurla icra olunur. Halbuki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanla tərəfdaşdır. Azərbaycan isə bu təşkilatın üzvü deyil. Digər tərəfdən, Ermənistan özü üçün təhdid hesab etdiyi Türkiyənin Rusiya ilə siyasi, iqtisadi, hərbi və enerji müstəvisində yaxınlaşması həzm edə bilmir. İrəvanda Rusiya-Türkiyə yaxınlaşmasını Ermənistanın suverenliyi üçün təhlükə hesab edirlər.
Daha çox koronavirus COVİD-19 pandemiyası ilə yadda qalan 2020-ci il Ermənistanda Rusiyanın nüfuzuna zərbə vuran başqa bir hadisə ilə də əlamətdar oldu, ölkəni təbii qazla təmin edən “Qazprom” şirkəti qiyməti artıracağını bəyan etdi. Ermənistan hökuməti beynəlxalq bazarda təbii qazın qiymətinin düşməsinə rəğmən “Qazprom”un belə qərar verməsini qəbul etmək istəmədi. Bununla yanaşı, koronavirus pandemiyasının gücdən saldığı ölkə təbii qaz üçün əlavə pul ödəmək niyyətində deyil. Düşmən dövlətdə ümumi rəy bundan ibarətdir ki, Rusiya həqiqətən Ermənistanın dostudursa, belə bir vəziyyətdə təbii qazın ixracından əlavə gəlir qazanmaq barədə fikirləri kənara qoymalıdır. Sadaladığımız bütün bu məsələlər yekunda Rusiyanın Ermənistanda reytinqinin aşağı düşməsinə səbəb olub.
Ermənistanda yeni nəsil Rusiyadan niyə narazıdır?
Diqqətçəkən digər bir məqam ondan ibarətdir ki, erməni gənclər arasında Rusiyanın nüfuzu daha aşağıdır. 18-35 yaş aralığında olan respondentlərin cəmi 52%-i Rusiyanı özünə dost hesab edir.
Sorğu üç yaş qrupunda aparılıb: 18-35, 36-55 və 56 yaşdan yuxarı. 18-35 yaşlarında olan ermənilərin 52%, 36-55 yaşındakı ermənilərin 60% və 56 yaşdan yuxarı ermənilərin 59% -i tərəfindən Rusiyanı əsas dost ölkə hesab edir.

Ermənistanın paytaxtından kənarda Rusiyanın nüfuzu böyükdür
Keçirilmiş sorğunun nəticələrinə əsasən qeyd edə bilərik ki, paytaxt İrəvanda respondentlərin 47% -i, Ermənistanın digər şəhərlərində – 57%, kəndlərdə isə 66% əsas Rusiyanı dost ölkə hesab edir. Kəndlərdə Rusiyanın nüfuzunun daha yüksək olmasının da öz obyektiv səbəbləri var.
Ermənistan yeni dost axtarışında…
Sorğu həm də Ermənistanın yeni dost axtarışında olduğunu üzə çıxardı. Son sorğularda Fransa yeni dost mövqeyinə daha uyğun görünür. Axırıncı açıqlanan məlumatda Ermənistanda respondentlərin 12%-i Fransanı dost mövqeyində görür. Bu, 2017-ci il ilə müqayisədə 7% çoxdur. Halbuki, 2013, 2015 və 2017-ci illərdə bu göstəricidə Fransa 5% səs toplaya bilmişdi. Belə vəziyyətin yaranmasına son illərdə Fransada ermənilərin mövqeyinin güclənməsi böyük ölçüdə təsir göstərib və bu Avropa dövlətinin Ermənistanın dostları siyahısında Rusiyadan sonra ikinci pilləyə qalxmasına səbəb olub.
Ümumilikdə Ermənistanın dost siyahısı aşağıdakı kimi sıralanıb.
1. Rusiya
2. Fransa
3. Gürcüstan (4%). 2013-cü ildə bu göstərici 2%, 2015-ci ildə də 2%, 2017-ci ildə isə 3% olub.
4. İran
Ermənistanda Azərbaycanı düşmən kimi ilk pillədə görürlər
Ermənilərin özlərinə əsas düşmən hesab etdiyi dövlət yenə də Azərbaycandır (75%), ikinci pillədə Türkiyə qərarlaşıb (22%). Maraqlıdır ki, 1% respondent Rusiyanı özünə düşmən kimi görür.
Məxməri inqilabdan sonra Ermənistanda Rusiyanın mövqeyinin zəifləyəcəyi ilə bağlı proqnozlar verilirdi. Hətta Ermənistanın Rusiyanın orbitindən çıxdığını dair qəti şəkildə fikir söyləyən ekspertlər də tapılırdı. Əslində, Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini qaldırmaq niyyəti də əsassız deyil. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra onun siyasi xəttində Qərbə meyillənmə müşahidə olunurdu. “Soros”çuların yeni Ermənistan hakimiyyətində mövqeyi güclənirdi. İnqilab eyforiyası bitəndən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Qərbə meyillənməyin dövlət üçün o qədər də asan olmayacağını dərk etdi. Belə olan halda, Paşinyan özündən əvvəlki hərbi xunta rejiminin açdığı cığırla gedərək Rusiyanın ətəyindən bərk-bərk yapışdı.
Ermənistan-Türkiyə sərhədində bayraq şousunun əsl səbəbi
Bu gün Ermənistan təbii qazla yanaşı, bir çox sahələrdə Rusiyadan asılı vəziyyətdədir. Bunu özünə yaxşı fürsət hesab edən Kreml təbii qazla bağla etdiyi həmləni başqa sahədə və başqa imkanları ilə da çox rahatlıqla edə bilər. Ötən həftənin sonu Ermənistanın prezidenti Armen Sarkisyan dövlətin Türkiyə ilə sərhədinə səfəri zamanı Rusiya ilə Ermənistan bayraqlarının dalğalandığı yerdə şəkil çəkdirməklə iki ölkənin dost olduğuna diqqət çəkməyə çalışıb.
Prezident Sarkisyan dövlət sərhədində dalğalanan Ermənistan və Rusiyanın dövlət bayraqlarının qarşılıqlı etimada söykənən dost və müttəfiq münasibətlərin simvolu olduğunu qeyd edib [Айрумян, Н. Армен Саркисян не оставляет России выбора? «Лрагир.ам».
07.07.2020. https://www.lragir.am/ru/2020/07/07/178209/ (дата обращения: 11.07.2020) ].
Qeyd edək ki, 1992-ci ilin 30 sentyabr tarixində imzalanan müqaviləyə əsasən Ermənistan Respublikasının Türkiyə və İranla dövlət sərhəddini Rusiyanın sərhəd qoşunları nəzarətdə saxlayır.
Nəticə
Sonda belə qənaətə gələ bilərik ki, 2013-cü ildən başlayaraq Ermənistanda keçirilən sorğuya görə Rusiyanın bu ölkədə reytinqi 26% azalıb. Bu səpkidə olan sorğular üçün 26% kifayət qədər böyük göstərici hesab olunur.
Digər tərəfdən, xüsusi qeyd etmək istərdik ki, bir ölkənin sərhəddini başqa bir ölkənin əsgərləri qoruyursa və həmin sərhəddə başqa bir ölkənin bayrağı dalğalanırsa, bu, özü-özlüyündə maraqlı fakt kimi qəbul olunmalıdır.
Erməni xalqının böyük əksəriyyəti Rusiyaya nifrət bəsləsə də, bunun hazırki vəziyyəti dəyişəcəyi inandırıcı görünmür. Ən azından 2044-cü ilədək Rusiyanın 102-ci hərbi bazası Gümrü şəhərində saxlanılacaq.
İlyas HÜSEYNOV
Sosial Tədqiqatlar Mərkəzinin
Daxili siyasətin təhlili departamentinin
baş məsləhətçisi, politoloq
Xəbərin oxunma sayı : 898
Analiz
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV