“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Evini 3 milyona satışa çıxaran Məleykə: “Halal zəhmətlə almışam“ - VİDEO

Tarix 01.03.20, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddət öncə yaşadığı evi 3 milyona satışa çıxaran Xalq artisti Meleykə Əsədova sosial şəbəkədə ona tənqid yazanlara cavab verib.

Lent.az -ın məlumatına görə, aktrisa bildirib ki, evini halal zəhmətlə alıb:

"Məktəbə tez gedib, 16 yaşım olmamış universitetə qəbul oldum. Atam dünyasını tez dəyişdi. Ailəni atam dolandırırdı, çətin vəziyyətə düşdük. Anam rayonda işləyirdi, mənlə qalmırdı. Əziyyətimi heç kimə bildirmirəm, içimdə çəkirəm. Universitetdə hamı görürdü ki, Məleykə, zərif qız, gəlir dərsə, yaxşı oxuyur. Dərs bitən kimi rayona qaçırdım, qohumlarımızın ansamblı ilə toylara gedirdim.

Oxuyub, pul qazanıb, gəlib Bakıda kirayə pulumu ödəyir, geyim alırdım. Gənclik illərimdə kinoteatra getməmişəm, sevgi yaşamamışam. Universiteti bitirəndə getdim 1 il rayonda işlədim, hər gün toylara gedirdim, pul yığırdım. Gəlib Bakıdan ilk evimi aldım. Məşhur olandan sonra dedilər, evini filankəs alıb. Yalandır, hər şeyi əziyyətlə əldə etmişəm. İstedadlı aktrisaya obraz verilir. Bunları əziyyətimlə qazanmışam. Hamı məni indiki kimi görür. Problemimi heç kim görməsin, bilməsin istəmişəm.

İstedadı Allah mənə verdi, anam, tamaşaçılar dəstək oldu. O vaxt nə yaşım var idi ki... 17-18 yaşımda gəncliyimi yaşamadım, çalışıb pul yığırdım. Ağlım var idi. Mən də gəlib maşın alardım, özümü göstərərdim. Amma etmədim, birotaqlı ev aldım. Sonra yenə pul yığıb onu ikiotaqlıya dəyişdim. Daha sonra maşın aldım".








Xəbərin oxunma sayı : 1630




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap