“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Fransada son illərin ən böyük etiraz aksiyası keçirilir – Pensiya islahatları narazılığa səbəb olub

Tarix 06.12.19, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


Fransada dünəndən başlayan və pensiya islahatlarına qarşı olan ümummilli tətildə 100-dən artıq şəhərdə 800 mindən çox adam iştirak edib.

“İnterfaks” xəbər verir ki, bu barədə Parisdə işıq üzü görən “Le Monde” nəşri məlumat yayıb.

“Bu, həm dövlət, həm də özəl sektorda çox güclü mobillikdir”, – Fransanın ən böyük həmkarlar ittifaqı olan Baş Əmək Konfederasiyasının baş katibi Filipp Martinez deyib.

Şəhərlər üzrə olan məlumatda bildirilir ki, paytaxt Parisdə küçələrə, təxminən, 65 min nəfər çıxıb. Tuluzadakı aksiyalarda 33 min, Marseldə 25 min, Bordoda 20 min, Nantda 19 min, Klermon-Ferranda 15 min, Lill, Ruan, Qrenoblda 12-13 min, Tur, Renn, Brest, Sent-Etyen, Bayonn və Poda azı 10 min, Strasburq, Perpinyan, Limoj, Sent-Nazer və Kanda 9 min nəfər qatılıb.

Nəticədə dünən iqtisadiyyatın bir çox sektorlarında və administrasiyanın müxtəlif səviyyələrində güclü “dayanmalar” olub, nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub.

Qeyd etmək lazımdır ki, fransızların küçələrə çıxmasına səbəb olan islahat çətin əmək şəraiti səbəbindən daha tez təqaüdə çıxmaq və ya artıq ödənişlər almağa imkan verən bir sıra peşə nümayəndələri üçün xüsusi kateqoriyaların aradan qaldırılması üçün hazırlanıb. (report)



Xəbərin oxunma sayı : 427




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap