“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

G7 ölkələri Navalnının zəhərlənməsini pislədi – Rusiyaya qarşı beynəlxalq təzyiqlər artır

Tarix 09.09.20, 16:17

Font ölçüsü : - / +
bitmap-img6


G7 qrupuna daxil ölkələrin xarici işlər nazirləri rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsini pisləyiblər və Rusiyanı bu “müdhiş hücumun” arxasında duranların aşkarlanmasına və cəzalandırılmasına çağırırblar.

AzFakt.com “Azadlıq” radiosuna istinadən xəbər verir ki, sentyabrın 8-də verilmiş bəyanatda deyilir: "Biz G7 qrupunun üzvləri – Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və BirləşmişŞtatların xarici işlər nazirləri və Avropa İttifaqının ali komissarı Navalnının “artıq təsdiqini tapmış zəhərlənməsini” ən kəskin şəkildə pisləməkdə yekdilik”.

Kreml Aleksey Navalnının zəhərlənməsini inkar edir.

Almaniya BirləşmişŞtatların sədrliyi ilə keçirilən iclasda G7 qrupu nazirlərini Navalnının vəziyyəti barədə məlumatlandırıb. G7 nazirləri bildiriblər ki, onlar Rusiyanın bu zəhərlənmə aktının araşdırılmasına dair çağırışlara necə cavab verməsini izləyəcəklər.

Sentyabrın 8-də habelə BMT-nin insan haqlarıüzrə ali komissarı Miçelle Başelet Rusiyanı Aleksey Navalnının zəhərlənməsi ilə bağlı tam təhqiqat aparmağa çağırıb. Bəyanatda bu hadisə “sui-qəsd” cəhdi adlandırılır.

Komissar deyib ki, Almaniya ekspertləri Navalnının Noviçok kimyəvi maddəsi ilə zəhərlənməsinə dair yekdil nəticəyə gəliblər: "Sadəcə olaraq onun zəhərləndiyini inkar etməklə iş bitmir. Rusiyanın hazırkı hakimiyyəti bu cinayət üçün kimin məsuliyyət daşıdığını tam araşdırmalıdır. Bu, Rusiya torpağında baş vermis çox ciddi bir cinayətdir”.

Baçelet əlavə edib ki, indiyədək bir çox Rusiya vətəndaşları zəhərləmə ilə sui-qəsd cəhdlərinin hədəfi olublar və bu, son dərəcə narahatedici məqamdır.

Almaniyanın Avropa işləri naziri Mixael Roz sentyabrın 8-də deyib ki, Berlin Navalnının zəhərlənməsinə cavab vermək üçün ən geniş vasitələri nəzərdən keçirir. Almaniya kansleri Angela Merkel deyib ki, Rusiya bu işlə bağlı suallara cavab verə bilər və verməlidir.

BirləşmişŞtatlarda Konqresin Xarici Əlaqələr Komitəsinin respublikaçı və demokrat üzvləri ABŞ-ı Rusiyanın öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməsi iddialarını araşdırmağa çağırıblar.

Sentyabrın 8-də komitənin sədri Eliot Engel prezident Donald Trampı, əgər Rusiyanın öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadəsi təsdiqlənərsə, Moskva üzərinə əlavə sanksiyaların qoyulmasına çağırıb.



Xəbərin oxunma sayı : 2812




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap