“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Günün transfer xəbərləri: PSJ-nin yeni baş məşqçisi açıqlandı

Tarix 23.06.22, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır. 

"Le Parisien" nəşri: "PSJ" Milan Şkrinyar üçün "İnter"ə 60 milyon avro təklif edib".

Fabritsio Romano, insayder: "Arsenal" paralel olaraq Qabriel Jezus və Rafinya üçün iki müqavilə üzərində işləyir. Qabriel Jezus ilə vacib detallar müzakirə olunur". 

Ernesto Valverde: “Mənə gələn təkliflər cəlbedici və stimullaşdırıcı olmalı idi. Bəli, onların arasında "Atletik Bilbao"nun da təklifi var".

Cianluka Di Martsiodan xəbərlər: "Pol Poqbanın təmsilçisi danışıqları yekunlaşdırmaq üçün cümə axşamı "Yuventus"la görüşəcək. Fransalı futbolçuya 3 illik müqavilə təklif olunub. Onun iyulun 5-də Turində olacağı gözlənilir".

“Fiorentina” “Şaxtyor”un futbolçusu Dodonu almağa yaxındır. "Bənövşəyilər" transferi reallaşdırmaq üçün 14 milyon avro ödəməyə hazırdırlar".

"Montsa" "Real Madrid"dən Borxa Mayoral və "Roma"dan Qonsalo Villare ilə maraqlanır".

"Divok Oriqi gələn bazar ertəsi Milana gələcək, çərşənbə axşamı isə "rossonerlər"lə məşq edəcək".

"Di Mariya hələ də "Yuventus"un təklifini nəzərdən keçirir". 

"Çelsi" Matteys De Liqtlə maraqlanır".

"Hellas Verona" "Arsenal"ın müdafiəçisi Pablo Mari ilə maraqlanır".

Fabtitsio Romano, insayder: "Lids" klubu "Brügge"nin ulduzu Şarl de Ketelareni heyətinə qatmağı planlaşdırır. İngiltərə klubunun braziliyalı futbolçusu Rafinya 65 milyon funt sterlinq müqabilində bu yay klubdan ayrılacaq". 

RMC radiostansiyası: "Kristof Qaltye sabah PSJ-nin baş məşqçisi vəzifəsinə keçməzdən əvvəl təfərrüatları müzakirə edəcək. "Nitsa"dan ayrılacaq fransalı mütəxəssis Paris klubu ilə 2 illik müqavilə imzalayacaq".

"Tuttomercato.web" saytı: "Roma" klubunun sabiq yarımmüdafiəçisi Henrix Mxitaryan "İnter"in futbolçusudur".

Pedro Sepulveda, jurnalist: "Benfika" və "River Pleyt" Entso Fernandesin 18 milyon avro müqabilində transferi ilə bağlı razılığa gəliblər".

"Herta" klubunun rəsmi saytı: "Kevin-Prins Boatenq "Herta" ilə müqaviləsinin müddətini 2022/23 mövsümünün sonuna qədər uzadıb".

Baş tutmuş transfer xəbərləri: 

19 yaşlı yarımmüdafiəçi Con Lepenant "Kan" klubundan "Olimpik Lion"a keçib.

Transfer məbləği 4,25 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

"Vest Hem"in 29 yaşlı futbolçusu Rayan Frederiks azad agent qismində "Bornmut"a keçib. Müqavilənin müddəti 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

"Vest Hem"in 29 yaşlı futbolçusu Rayan Frederiks azad agent qismində "Bornmut"a keçib. Müqavilənin müddəti 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub.






Xəbərin oxunma sayı : 1348




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap