![]() |
|














Gürcüstan Keşikçidağa görə nələri itirə bilər? –“Qərb, xüsusən də amerikalılar durumu qarışdırırlar” – Təhlil
Tarix 17.07.19, 14:24 |
|

Mira Həsənova
regnum.ru, 16.07.2019
2019-cu il iyulun 14-də Gürcüstan-Azərbaycan sərhədində təhqirli ifadələri özünə caiz bilən və radikal köklənmiş bir qrup Gürcüstan vətəndaşının Keçikçidağ mağara kompleksinin (David Qareci monastırının) yaxınlığında Azərbaycan sərhədçilərinə hücumu Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradzeni Azərbaycan Xarici İşlər Nazirliynə dəvət etməyə səbəb olub.
XİN baş verənləri Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq ruhuna zidd hərəkət və iki müttəfiq ölkə arasında qarşıdurma yaratmağa yönəlmiş fitnəkarlıq kimi dəyərləndirib.
Bakı Tiflisdən bu hadisəni araşdırmaq və uyğun tədbirlər görməyi tələb edib.
Gürcüstan tərəfi hadisəni Gürcüstan və Azərbayacanın strateji münasibətlərinə uyğun gəlmədiyi ilə razılaşıb və ekspert qruplarının və delimitasiya komissiyalarının görüşlərini davam etdirməyə “tam hazır olduğunu” ifadə edib, habelə təxribatlardan yayınmaq üçün ictimai güclər tərəfindən maksimal təmkin göstərməyin önəminə diqqət çəkib.
Bu arada, Azərbaycan sərhədçilərinin məlumatına görə, insident ən qısa müddətdə aradan götürülüb, şəxsi heyət sözügedən sahədə təhlükəsizlik tədbirlərini təmin edib.
Azərbaycan və Gürcüstan sərhədçiləri arasında görüş olub, baş verənləri birgə araşdırmaq təşkil edilib və gələcəkdə belə hadisələri önləmək üçün tədbirlər müzakirə olunub.
Təsadüf belə gətirib ki, Bakıda məhz bu günlərdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin üçtərəfli toplantısına qatılmaq üçün Tiflisdən nümayəndə heyəti gəlib. Onların gündəliyi başqa olsa da, şübhə yoxdur ki, Keçikçidağdakı hadisə də müzakirələrin predmeti olub. Gürcüstan DİN durumu nəzarətə götürüb. Tərəflər sərhədlərin delimitasiyası üzrə cari ilin mayında yaradılmış birgə komissiyanın normal işini təmin etməkdən ötrü maksimum səylər göstərirlər. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov hadisə ərəfəsində bildirib ki, komissiyanın, ola bilsin, Tiflisdə baş tutacaq artıq sıradakı toplantısında “önəmli qərarlar alına bilər”.
Hər iki dövlətin strukturlarının ləyaqəti üçün deyilməlidir ki, məsul şəxslər duruma opreativ reaksiya verib və fitnəkarlara durumu böyütməyə və Bakı və Tiflisin strateji tərəfdaşlığına ziyan vurmasına yol verməmək üçün gərəkli tərdbirlər alıblar. Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov etiraf edib ki, ekspertlər səviyyəsində müzakirələrin gedişində artıq hər iki tərəfdən fikirlər səslənir ki, iki qonşu dövlət arasında formalaşmış dostluq münasibətləri və strateji tərəfdaşlıq kimisə ciddi narahat edir. Ölkələri baş-başa toqquşdurmaq istəyən güclər var. O, ümidini ifadə edib ki, “Azərbaycan və Gürcüstan xalqları belə hallarda bundan sonra da sakitlik və müdriklik göstərəcək, duyğulara sərbəstlik verməyəcək, uyğun rəsmi instansiyalar isə bu hadisəni törədənlərin və iki dost ölkə arasında gərginlik yaratmaqda maraqlı olanların kimliklərini prinsipial qaydada müəyyən edəcək, onları cəzaya cəlb etməyi təmin edəcək”.
Həsənov təəssüflə qeyd edib ki, baş verən hadisələrdə müəyyən güclərin geopolitik maraqları və onların daxili siyasi prosesləri manipulyasiya etmək cəhdləri açıq üzə çıxır.
Gürcüstan və Azərbaycanda xarici təsirə məruz qalan bəzi əlaqədar siyasi qruplar belə bir incə məqamda baş vermiş hadisədən hakimiyyət uğrunda mübarizə üçün yararlanmağa çalışırlar. Amma Gürcüstan-Azərbaycan münasibətlərində, əslində, nə baş verir, böhranı kim törədir, bu, kimə əlverişlidir, yaranmış durumdan çıxış yolu varmı və hansıdır?
Bakı politoloqu Tofiq Abbasov hadisələrə baxışını Regnum İA ilə bölüşüb.
Onun fikrincə, Gürcüstan hökuməti ölkədə durumu nəzarətə götürməklə bağlı prinsipcə çətinliklər yaşayır. O cümlədən Azərbaycan yönündə. Tiflisin bir neçə cəbhədə oyuna vadar edildiyi mənzərə göz qabağındadır. Rusiya istiqamətində əvvəllər Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun sədrliyi kimi formal texniki bəhanədən istifadə olunub. Kiçik hadisə bütün ölkə üçün risk amilinə çevrilib, dalğavari qarışıqlıq başlanıb. Nümayişçilərin artıq Rustaveli prospektini və parlamentin qarşısındakı meydanı tutduqları etirazların gedişində etirazçılar içində antiazərbaycan çağırışları səslənib, David Qareci monastırını xatırladan transparantlar ortalığa çıxıb, kütlə bu kompleksin Gürcüstana məxsusluğu haqda çağırışları ahənglə səsləndirib.
Tofiq Abbasov Bakının bir çox politoloqları ilə razılaşmayaraq deyir: “Mən düşünməyə meylliyəm ki, Gürcüstan Respublikası üçün alovlu musiqi sifariş edən xarici güclər var və özlərinin təsir rıçaqlarını gücləndirmək üçün onu xaosa soxmaq istəyirlər. Əlbəttə, avantüraya gedən marginal güclər də var, amma onları öz planlarının orbitinə kim çəkir? Bu, Rusiyann Cənubi Qafqazdakı maraqlarına qətiyyən uyğun gəlmir, çünki Rusiya sərhədlərinin bütün perimetri üzrə onu qaynar nöqtələrlə, qeyri-sabit zonalarla çevrələmək Qərbin, Amerikanın planıdır. Rusiya prezidenti Vladimir Putin deputatların təkidli tələblərinə baxmayaraq, Gürcüstana münasibətdə sanksiya tətbiqindən imtina edib, Rusiya elitası qəfil meydana çıxan çağırışa olduqca təmkinlə yanaşıb, Moskva göstərib ki, bu yöndə sabitləşmə onun maraqlarına cavab verir”.
O, hesab edir – çox ehtimal ki, durumu Qərb, xüsusən də amerikalılar yırğalayırlar. Gürcüstan hökumətini, bölgədə güc bölgüsünü dəyişdirməklə. Çünki Gürcüstan ən böyük energetika və nəqliyyat axınları yolunda əlaqələndirici bənddir: “Antiazərbaycan əhvalını qızışdıran güclər fitnəkar və radikalları yönəldirlər, Gürcüstanda sabitliyi pozmaqda maraqlıdırlar ki, mərkəzi hökumət zəifləsin, Azərbaycanın simasında davamlı tərəfdaşların münasibətlərinə çiv vurulsun. Və ən başlıcası, daxil-siyasi şərait yenidən formatlansın və növbəti inqilabi dalğaya nail olunsun. Rusiya deputatının iştirakı ilə Pravoslav Assambleyası ilə bağlı hadisə baş verəndə etirazçılar sürətlə qruplaşdı, mərkəzi küçələri doldurdu və hökumətin istefası, parlamentə təkrar seçkilər siyasi tələblərilə çıxış etməyə başladılar. Yəni onlar hakim klasteri parçalamaq, onu müxtəlıif tərəflərə ayırmaq, Gürcüstanı ənənəvi Rusiya amili orbitindən və ənənəvi dayanıqlı tərəfdaşlığa yönəlməkdən çıxarmaq üçün yeni inqilaba zəmin qurmaq məqsədi güdürdülər. Buna baxmayaraq, Moskva isə Gürcüstanla gələcək birgə fəaliyyət haqqında perspektiv planlara malikdir. Burada söhbət təkcə Azərbaycandan deyil, həm də Türkiyədən gedir. Biz Qərb dövlətlərinin Azərbaycan-Gürcüstan tandeminə dağıdıcı zərbə vurmaq, bununla da Ankaranın mövqeyini zəiflətməkdə silsilə cəhdlərin üzə çıxdığı Türkiyə-AB və Türkiyə-ABŞ oxları üzrə kəskinləşmə müşahidə edirik. Burada hibrid texnologiyadan istifadə olunur. Axı üç dövlət son on illər boyu işbirliyinin olduqca uzlaşdırılmış sistemini yaradıb, ümumi səylərlə əlverişli geoiqtisadi şərait qurub və miqyas çox şey vəd edir”.
Politoloq vurğulayır: “Energetika, nəqliyyat-kommunikasiya infrastruktur layihələri ilə yanaşı indi xüsusi önəm ifadə edən mədəni-humanitar yöndə münasibətlər də inkişaf edir, çünki Qərbin mühafizəkar gücləri kürəsəlləşmə planı ətrafında birləşib, onlar mümkün olan hər şeyi özlərinə tabe etmək istəyirlər. Onlar faktiki olaraq mədəniyyətlərarası dialoqu qəti şəkildə sarsıtmağa şərait yaradan fəaliyyətə başlayıblar. Bu güclər Avropaya doğru mühacir axını göndərib, təkcə ərəb ölkələrində durumu qarışdırmayıb, Avropa qitəsini yenidən qurmaqla məşğul olublar. Kürəsəlçilər faktiki olaraq bütün kürəsəl layihələr, dünya geoiqtisadiyyatı üzərində geostrateji nəzarət qurmaq, sərfəli müştəriləri paylaşmaq və seçməyə dair idarə edilən vahid mühit yaratmaqla kommersiya hədəfi güdürlər”.
Abbasov deyir – uyğun olaraq, Qafqazda yaranmış effektli Azərbaycan-Gürcüstan-Türkiyə konfiqurasiyası bu güclərin ürəyincə deyil. Bu, kiminsə maraqlarını təhdid edir, burada söhbət sırf geoiqtisadiyyatdan və Avrasiya inteqrasiya layihəsindən gedir. Bu üç dövlət həm də Avropa inteqrasiyası yönündə olduqca uyğun şəkildə işləyir. Onun fikrincə, Gürcüstanı amansız, qarışdırıcı planlar üçün arena seçiblər ki, bir yandan, daxili asayiş laxlasın və birlik pozulsun. Kiməsə gərəkdir ki, öz adeptlərini hakimiyyətə gətirmək üçün bu ölkə təslim olsun. Amerikalılar həmişə bu uğurda çıxış ediblər ki, Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan, Ukrayna kimi ölkələrdə hakim qrupların çevik, sürətli əvəzlənməsi olsun ki, güclülər hakimiyyətdə uzun müddət qalmasın. Strateji baxışlarda Qərb çevrələrilə razılaşmaq istəməyən siyasətçilər Qərb dövlətlərinin, o cümlədən amerikalıların maraqlarına cavab vermir. Onlar inamla “yox” deməyi, öz ölkəsinin mövqeyini qorumağı bacaran dövlətlərin liderlərini sevmirlər. Məsələn, Hillari Klinton 2009-cu ildə Ermənistan-Türkiyə barışığı mövzusunda Ermənistanla separat danışıqlar aparırdı. Amma onlar Azərbaycan prezidenti İlham Əliyevi İstanbula mədəniyyətlər forumuna təkidlə dəvət edərkən o, getməkdən imtina etdi. Ola bilsin, başqası Klintonu rədd edə bilməzdi, amma Əliyev ikiüzlü planlara qətiyyətlə “yox” deməyi bacardı. Azərbaycan prezidenti ona eyham vurub ki, ABŞ müttəfiqlik münasibətlərinə xəyanət edib və Bakıdan gizlicə çirkin bazarlıq aparıb. Əliyev amerikalıların Ermənistanla Türkiyəni barışdırmaqla siyasi şou keçirmək və Qarabağ problemini diqqətdən qıraqda qoymaq istədikləri tədbirə, sadəcə, qatıla bilməzdi.
Məhz kürəsəlçilər şərait və imkanları özlərinə tabe etmək iqtidarında olarkən özlərinin korporativ hədəflərini izləyərək dünyanın müxtəlif hissələrində hərc-mərclik, iğtişaşlar, durumlar yaradırlar. Qərbin polittexnoloqları bunda peşəkardırlar. Həm Birinci, həm də İkinci dünya savaşları onların işidir. Onların yeganə məqsədi Gürcüstanın marginal, radikal bölümünü Azərbaycana qarşı kökləmək, Azərbaycan, Türkiyə və Gürcüstanın, demək olar, otuz il boyunca yaratdığı əlverişli düzəni pozmaq üçün ölkələr arasına nifaq salmaq, sonra isə yeni siyasi oyunlar üçün özül qoymaqdır.
Yeri gəlmişkən, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz səfərindən sonra “Qarabağ üzrə Bolton planı” termini meydana çıxıb.
Fakt üzrə belə bir şey yoxdur, çünki Vaşinqtonun həm Azərbaycanın, həm də Ermənistanın Rusiyadan aldığı silahların əvəzində bu iki ölkəyə silah satmağa hazır olduğu haqda təklifi hesaba alınmasa, açıq-aydın heç nə təklif etməyib. “Amma mən düşünməyə meylliyəm ki, “Bolton planı” hələ də var və onun cizgilərini Cənubi Qafqazda indiki proseslərdə görürük, – Tofiq Abbasov qeyd edir. – Azərbaycan transərhəd hadisəsində tədbirlilik, təmkin göstərib, bu da anlaşılan səbəblərdən Azərbaycan cəmiyyətinin bir hissəsinə çox da xoş gəlmir. Çünki gürcü radikalların Azərbaycan sərhədçilərinə münasibətinə qarşı sərt tədbir görməkdə ictimai güclərdən çağırışlar var idi. Gürcüstan hökumətinin özü öz radikallarını rəsmən pisləyir, amma onlara qarşı hətta cərimə növündə də konkret tədbirlər görmür”.
Onun sözlərinə görə, “Qarabağda azərbaycanlıların həlakında təqsirli olan terrorçuya ermənilərin heykəl qoyduqları Cavaxetiyada da belə bir durum var idi və Gürcüstan hökuməti heç bir addım atmayıb”.
Gürcüstan hökuməti bundan sonra da öz marginallarına güzəşt edərsə, onda özünə problemlər qazanacaq. Respublikanın inzibati və cinayət məcəllələrinin nəzərdə tutduğu adekvat tədbirləri qabaqcadan görmək gərəkdir. Planetin müxtəlif hissələrində inqilabi ssenarilər oynayan və millətçilər, radikallar və marginalların əliylə bölgəmizdə həmişəki rejimi pozmaq istəyən beynəlxalq siyasi biznesmenlərin növbəti tullantısı Gürcüstanın qismətinə düşüb. Onların qızışmağına yol verməmək üçün Rusiya, Türkiyə, Azərbaycanın, Gürcüstanın özünün sağlam güclərinin düşünülmüş kooperasiyası gərəkdir. Əks halda, Tiflisin küçələri birdən qəzəbli qrupların sərəncamına keçərsə, həm Gürcüstanın özü, həm də bölgə layihələri ziyan görər. Ən başlıcası, bütün dinc və geoiqtisadi təşəbbüslər üçün mühüm platforma və əsas tələb olan təhlükəsizlik itiriləcək. Gürcüstan hökuməti öz gücünü göstərməlidir, əks halda rıçaqları və durum üzərində nəzarəti itirər. Xüsusən də xalqdan mandatı olduğuna görə.
Abbasov söhbət yekun vurub: “Azərbaycan vətəndaşlarının təhlükəli korporativ niyyətlərin daşıyıcısı olan, önəmli geoiqtisadi layihələri təhlükəyə məruz qoyan güclərə nisbətdə uyğun tədbirlər görməyən Gürcüstan hökumətinə qarşı şəxsi iddaları var”.
Tərcümə Strateq.az-ındır.
Xəbərin oxunma sayı : 244
Analiz
Xəbərlər
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq - FOTOLAR
-
Bakının mənzil fondu yenilənir - VİDEO
-
Azərbaycanın qızıl bazarında vəziyyət necədir? - Açıqlama
-
Kəşfiyyatın məxfi məlumatı mediaya sızdı: sensasion təfərrüatlar
-
Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Vəkilliyə qəbulla bağlı test imtahanında 196 nəfər uğur qazandı - SİYAHI
-
Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
-
Bulvarda dənizə düşən 57 yaşlı qadın xilas edildi - VİDEO
-
Məmmədli sakinləri acınacaqlı durumda: “Şikayətimizə baxan yoxdur“
-
Xaricdən məhsul gətirənlərin nəzərinə: Hansı qaydalar dəyişir?
-
Oğlunu 10 minə FHN-ə işə düzəldəcəkdi - Məmmədovun cinayət işi
-
“Neftçi“ dünya ulduzu ilə danışıqlar başladı - İDDİA
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
Putinlə Makron arasında telefon danışığı - Lavrov açıqladı
-
Həmin rəqəm səhvən 5000 əvəzinə 3000 göstərilib - DİM
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
Mask yeni siyasi partiyasını qurduğunu elan etdi - “Amerika“
-
Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO
-
Əməkdaşlıq davam edir, əlavə yüz minlərlə dron alacağıq - Zelenski
-
Kür çayında batan gənc tələbə imiş - “Üzə bilmirdin, niyə gedirdin, ay bala?”
-
Xamenei müharibədən sonra ilk dəfə üzə çıxdı - VİDEO
-
“Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb“ - Elçin Əmirbəyov
-
Qohumlarını xilas etmək istədilər, üçü də göldə batdı - Fotolar
-
Bakıda və bölgələrdə yağış yağır, dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA
-
Almaniya Patriot sistemlərinin dörddə birini Ukraynaya təhvil verib - “Bloomberg“
-
“Ermənistana yeni konstitusiya lazımdır“ - Paşinyan
-
Saray körpüsünün ətrafı genişləndirilir - VİDEO
-
Binəqədidə ağaclardan qurd tökülür - VİDEO
-
“Rusiya Ermənistandakı hərbi mövcudluğunu genişləndirir“ - Ukrayna kəşfiyyatı
-
13 yaşlı qızı zorlamaqda ittiham edilən şəxs həbs olundu - 10 min ödəyib, ailə ilə barışmışdı
-
TikTok-la bağlı sövdələşmə hazırdır: İyulun 7-8-də...
-
İslam aləmi Aşura Gününü necə qeyd edir - ARAŞDIRMA
-
Azərbaycanda ən az maaşı kim alır? - Açıqlama
-
Boşanmadan sonra kredit borcunu kim ödəməlidir? - AÇIQLAMA
-
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
-
“Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır“ - Türkiyə prezidenti
-
İrəvanda məscidlərimizi də bərpa edəcəyik - Allahşükür Paşazadə
-
“Qəzza razılaşması gələn həftə bağlanıla bilər” - Tramp
-
Bir ayın kirayəsi bir günə - Bağ evləri “od tutub yanır”
-
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
-
“Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək“ - Ərdoğan
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
“İnsanlar şaiyələrə inanmayıb, təxribatlara uymasınlar“ - QMİ
-
Beş kollecin direktoru işdən çıxarılıb - Yerinə təyinatlar olub
-
Polis özünü dənizə ataraq qadını xilas edib - VİDEO
-
Bu gün Aşuradır - Qanvermə aksiyaları təşkil olunub
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
DTX-nın Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
TOP 10
ARXİV