“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Gəncədəki qalmaqallı Körpələr evindən daha bir şok görüntü: Uşaqlar döyülür? (VİDEO)

Tarix 25.01.20, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


Gəncədə 2 saylı Körpələr evində azyaşlı uşaqların döyüldüyünə dair bir sıra məlumatlar yayılıb. 

İddia edilir ki, sözügedən uşaq evində körpələrə nəzarət edilmir. Uşaqların işçilər tərəfindən döyüldüyü də iddialar arasındadır.

Körpələr evini ziyarət edən şəxslərdən biri həmin görüntüləri çəkib və sosial şəbəkələrdə paylaşıb.

Qaynarinfo xəbər verir ki, mövzu ilə əlaqədar oxu.az Körpələr evinin direktoru Lətifə Kərimova ilə əlaqə saxlayıb.

L.Kərimova yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

O bildirib ki, sözügedən video köhnədir və uşağın işçilər tərəfindən döyülməsi iddiası yalandır:

"Videodakı uşaq Bərdədən gətirilən iki uşaqdan biridir. Baxıcılar uşaqları nəzarətsiz qoymur. Sadəcə olaraq, uşaqlar öz aralarında oynayan zaman bir-birini itələyiblər. Nəticədə, uşaq yıxılıb, başı yerə dəyib.

Uşağın başına dərman vurub, bağlamışdıq ki, şişkinlik tez çəkilsin. İndi bu videonu vətəndaşlardan kim paylaşıb bilmirəm, amma uşağın döyülməsi ilə bağlı yayılan məlumatlar yanlışdır. Video isə yeni sayılmaz. Çünki hadisə bir müddət əvvəl baş verib”.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl Gəncədə 2 saylı Körpələr evi ilə bağlı başqa bir təəssüf doğuracaq görüntülər yayılmışdı. Həmin məlumatlarda iddia edilirdi ki, sözügedən körpələr evində uşaqları bir-birinə iplə bağlayırlar.

Səbəb isə uşaq bezləri dolanda balacaların onları çıxarmağa cəhd etməsi və ətrafı bulaşdırması deyilirdi. Bundan başqa, xeyirxah insanlar tərəfindən uşaq evinə verilən oyuncaqların, geyimlərin də uşaqlara verilmədiyi iddialar arasında olub.






Xəbərin oxunma sayı : 205




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap