Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Gəncəlilər səs-küydən evdə otura bilmirlər: “Son çarə məhkəmədir”

Tarix 26.03.23, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


Bir qrup Gəncə sakini evində rahat otura bilmədiyi üçün məhkəməyə müraciət edəcək.

AzFakt.com xəbər verir ki, bunu Meydan TV-yə Gəncə şəhəri, Əttarlar küçəsinin sakinləri bildiriblər.
“Səs-küydən evdə otura bilmirik. Qapı-pəncərəni bağlayırıq, amma xeyri yoxdur. Əsəblərimiz pozulub, sanki hava limanında yaşayırıq”, - sakinlər deyib.
Bildirilib ki, onlar şəhərin mərkəzində, “Gəncə qalası” ticarət mərkəzinin bir addımlığında yaşayırlar.
“Bura Gəncə əhalisinin sıx olduğu ərazidir. Şəhərə gələn turistlər də bu bazara üz tuturlar. Bazarın yaxınlığında da mağazalar fəaliyyət göstərir. İridiametrli ağacları kəsən alətləri təmir edən mağaza da var. Alətləri işə salırlar, motorların səsi maşınların, insanların səsinə qarışır. İstirahətimiz yoxdur, nə yata, nə də dincələ bilirik”, - sakinlərdən Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, sakinlər mağaza sahiblərinə, polisə, eləcə də digər aidiyyəti qurumlara müraciət ediblər, amma nəticəsi olmayıb. Onlara məhkəməyə müraciət etməyi tövsiyə ediblər:
“Son çarə məhkəmədir. Satıcılar deyirlər ki, vergi verirlər, buna görə də səs-küyün yaranması onların problemləri deyil. Təsəvvür edin ki, gecə-gündüz motorlar işləyir, avadanlıqları işə salırlar, yoxlayırlar və səs-küy kilometrlərlə məsafəyə yayılır. Bizi nəzərə almırlar, bəs şəhərə gələn qonaqları niyə fikirləşmirlər? Evimizdən köçüb hara gedək?”
Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, onlara bununla bağlı şikayət daxil olubsa, araşdırılacaq.
“Mən məlumatsızam, amma şikayət daxil olubsa, mütləq araşdırılır, yəqin ki, obyekt sahiblərinə xəbərdarlıq edilir”, - icra hakimiyyətinin xanım əməkdaşı bildirib.
Memar Səməd Quliyev isə söyləyib ki, təkcə Gəncədə deyil, Bakıda da səs çirklənməsi böyük problemə çevrilib:
“Səs böyük ekoloji təsirdir. Səs getdikcə, tədricən insan beynini korlayır. İnkişaf etmiş ölkələrdə bu məsələ mütləq nəzərə alınır. Bizdə də gecə saatlarında səs-küyün olmamasına dair sərəncam var, amma bu sərəncama baxan yoxdur”



Xəbərin oxunma sayı : 547




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap