| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?
Tarix 12.04.26, 17:31 |
|
Cari ilin əvvəlində hibrid və elektrik mühərrikli avtomobillər üçün tətbiq edilən vergi güzəştlərinin ləğvi yerli avtomobil bazarında ciddi ajiotajla qarşılanmışdı. İlkin ehtimallara və ekspert proqnozlarına görə, qanunvericilikdəki bu dəyişikliyin ardınca ölkəyə idxal olunan, xüsusilə də son illər yollarımızda kütləviləşən Çin istehsalı avtomobillərin qiymətində ən azı 20 faizlik artım gözlənilirdi. Lakin geridə qalan aylar tamamilə fərqli və gözlənilməz bir iqtisadi mənzərəni ortaya çıxarıb. Real bazarda nəinki proqnozlaşdırılan bahalaşma qeydə alınmayıb, əksinə, iqtisadi məntiqlə ziddiyyət təşkil edən bir tendensiya formalaşıb. Müşahidələr göstərir ki, hazırda ən çox tələb görən populyar Çin avtomobilləri ötən ilin sonundakı rəqəmlərlə müqayisədə 1000-2000 manat daha aşağı qiymətə təklif edilir. Bəs gözləntiləri alt-üst edən bu vəziyyətin əsl səbəbi nədir?
"Ölkəyə kifayət qədər avtomobil gətirilib”
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyevin sözlərinə görə, qiymətlərin artmamasına səbəb bazardakı bolluqdur: "Son iki ildə ölkəyə paralel idxal vasitəsilə yəni rəsmi diler olmayan fərdi şəxslər və kiçik salonlar tərəfindən kifayət qədər avtomobil gətirilib. Ötən il isə bu proses pik həddə çatdı. Vəziyyət o yerə gəlib çatdı ki, peşəsindən asılı olmayaraq hər kəs avtomobil idxal etdi. Hibrid avtomobillər üçün tətbiq edilən güzəşt müddətinin başa çatacağı ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra bazarda kütləvi ajiotaj yarandı. Növbəti ilin rüsumlarından azad olmaq və nəqliyyat vasitələrini ölkəyə güzəştli şərtlərlə daxil etmək məqsədilə insanlar tələsik avtomobil gətirməyə başladılar. Bu zaman gömrük rəsmiləşdirilməsi müxtəlif şəxslərin adlarına həyata keçirilirdi. Prosesə həmçinin xüsusi investorlar cəlb edərək ölkəyə kütləvi şəkildə avtomobil idxal edən şəxslər də qoşulmuşdu. Avtomobil biznesi ilə məşğul olan bir şəxs müxtəlif miqdarda 100 min, 200 min və ya 300 min manat həcmində sərmayə yatıran investorları cəlb edir və idxal prosesini mərkəzləşdirilmiş şəkildə təşkil edirdi”.
Tələbi üstələyən təklif bolluğu
E.Əliyev bildirdi ki, nəticə etibarilə, bazarda tələbi kəskin şəkildə üstələyən təklif bolluğu formalaşdı. Bu vəziyyətin fonunda isə avtomobillərin satışı səngidi: "Əvvəllər gətirilən maşını üç gün ərzində satıb mənfəət əldə etməyə öyrəşən investorlar gözlənilməz mənzərə ilə üzləşdilər. Yanvar ayında satışlar azaldı, fevralda demək olar ki, dayandı, mart ayından etibarən isə avtomobillərin bazar dəyəri kəskin şəkildə düşməyə başladı. Qiymətlərin enməsi investorları təşvişə saldı. Yatırdıqları sərmayəni geri götürüb bazardan çıxmaq və ya gələcəkdə daha ehtiyatlı addımlar atmaq istəyən investorlar satıcıları tələsdirməyə, maşınları hətta "maya dəyərinə" satmağı tələb etməyə başladılar. Nəticədə vəsaitləri qaytarmaq məcburiyyətində qalan satıcılar çətin vəziyyətə düşdülər. Çıxış yolu kimi heç bir gəlir əldə etmədən avtomobilləri təcili satmağa başladılar”.
"Ucuzlaşma tendensiyası aradan qalxacaq”
Sədrin fikrincə, bu tendensiya müvəqqəti xarakter daşıyır: "Hazırda bəzi nəqliyyat vasitələri hətta ötənilki qiymətlərdən də aşağı dəyərə təklif olunur ki, bu da bazarda unikal bir durğunluq mənzərəsi yaradıb. Ehtimal olunur ki, hazırkı avtomobil ehtiyatları tükəndikdən və ölkəyə yeni, rüsumla rəsmiləşdirilmiş partiyalar daxil olduqdan sonra qiymətlər yenidən tənzimlənəcək”.
İstehsalçılara və yerli istehlakçılara güzəşt
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Emin Qəribli də düşünür ki, ötən il vergi dəyişikliklərinin tətbiq ediləcəyini əvvəlcədən bilən idxalçılar kütləvi şəkildə avtomobil alaraq anbarlarda böyük ehtiyatlar formalaşdırdılar. Məhz bu səbəbdən cari ildə bazarda dinamika və tələbat olsa da, qiymətlərdə artım müşahidə edilmir: "Çünki mövcud stoklar hesabına təklif tələbi xeyli üstələyir. Digər mühüm amil isə avtomobillərin fiziki şəxslər tərəfindən idxal edilməsidir. Bu qəbildən olan şəxslər üçün əlavə dəyər vergisinin (ƏDV) nəzərdə tutulmaması onlara nəqliyyat vasitələrini daha rahat və rəqabətədavamlı qiymətlərlə satmağa imkan yaradır”.
E.Qəribli bildirdi ki, gələcək qiymət dinamikasını birmənalı şəkildə proqnozlaşdırmaq çətindir. Bu, bir neçə qlobal faktordan asılıdır: "Hazırda dünyada alternativ enerji mənbələri ilə çalışan avtomobillərə qlobal bir keçid trendi var. Bu tələbata uyğun olaraq istehsal həcmi, xüsusən də Çin şirkətlərinin bazardakı payı artır. Çin hökuməti həm istehsalçılara, həm də yerli istehlakçılara müxtəlif vergi güzəştləri və subsidiyalar tətbiq edir. Ölkəmizə gətirilən avtomobillərin müəyyən bir qismi də məhz həmin yerli istehlakçılara yönəlmiş güzəştli maşınlar hesabına formalaşır”.
İqtisadçının fikrincə, əgər bu təchizat zəncirində hər hansı qırılma baş verərsə, qiymətlərin bahalaşması qaçılmaz olacaq: "Qiymət artımını şərtləndirə biləcək əsas risk faktorlarına Azərbaycanda vergi dərəcələrinin ehtimal olunan artımı, dünyadakı geosiyasi münaqişələr fonunda logistika və nəqliyyat xərclərinin yüksəlməsi, eləcə də Çin hökumətinin subsidiyaları azaltması daxildir”.
Mənbə: "Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 1072
Sosial
Xəbərlər
-
Polisdən əməliyyat - 51 kq narkotik dövriyyədən çıxarıldı (Video)
-
Yeyib-içdikdən sonra tanışının maşını qaçırdı, qəza törətdi - 40 minlik ziyan
-
Bir vəkil Kollegiyadan xaric edildi - 5-i cərimələndi
-
Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə - Azərbaycanda ikinci dəfədir yaşanır
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İnsani keyfiyyətlərinizə, həssas münasibətinizə və...“ - Flora Kərimova Mehriban Əliyevaya belə təşəkkür etdi
-
Sertifikatlaşdırma imtahanı: 606 nəfər müəllim iştirak edib
-
Prezident bir qrup səhiyyə işçisini təltif etdi - SİYAHI
-
ABŞ və İran arasında yeni iqtisadi mexanizm: 300 milyard dollarlıq sərmayə
-
İlqar Bayramlı bütün səlahiyyətləri sektor müdirinə verib? - Murad Məmmədov kimdir?
-
DYP Fərhad Mehdiyevin qızı ilə bağlı məlumat yaydı - QƏZANIN VİDEOSU
-
Azərbaycanda baytarlıq preparatları ƏDV-dən azad edildi - Qərar
-
Prezident onu “Dostluq” ordeni ilə təltif etdi - Sərəncam
-
“Qarabağ“ dayanmayacaq - Azı 3 transfer gözlənilir
-
MEDİA-da ikitərəfli görüş keçirildi - FOTOLAR
-
14 iyun imtahanının nəticələri - Elan olundu
-
Azərbaycanda bu şəxslər 20 illik gəlir vergisindən azad edilir
-
Trampdan Brüsselə maraqlı təklif: Hörmüzə dəstək müqabilində Putinə təzyiqə hazıram
-
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi - Həbsdə qaldı
-
Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub - Siyahı
-
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi
-
Bu universitetin məzunlarına sevindirici xəbər - Qaydalar dəyişdi
-
Avtomobil nəhəngi iflas həddində: Məşhur marka tamamilə yox ola bilər
-
Meloninin etirafı təəccübləndirdi - Ərdoğanla maraqlı dialoqunu gündəmə gətirdi
-
İnzibati xəta törətmiş şəxsə psixiatriya yardımı razılıqsız göstəriləcək
-
ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq etməyi müzakirə edir - “Politico”
-
Millimizin daha bir futbolçusu Avropa klubuna keçdi - FOTO
-
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO
-
Azərbaycanda sudan xüsusi məqsədlərlə istifadə ilə bağlı YENİ RÜSUMLAR
-
Bu il mağazalarda nə qədər pul xərcləmişik? - CƏDVƏL
-
Yeni qanun qəbul etdilər - Orbanın qayıdış yolu bağlanır?
-
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
-
“Narahatlığa heç bir əsas yoxdur” - MN-dən çağırış
-
ABŞ - İran sazişinin tam mətni yayıldı - Həmin 14 bənd
-
Böyük Qayıdış davam edir: Şükürbəyliyə 45 ailə köçür (FOTO)
-
“Hörmüz boğazının minalardan təmizlənməsi 40-50 gün çəkə bilər” - “Reuters”
-
Messinin het-triki Argentinaya qələbə qazandırdı - VİDEO
-
Azərbaycana avtomobil idxalı niyə azalıb? - VİDEO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
İspaniya klubunun ulduzu “Qarabağ“a gəlir: Fabritsio açıqladı
-
“Əvvəl uşaqları göndərirdilər, indi isə...“ - Yay düşərgələri niyə bağlanıb?
-
“Xocəsən gölü“daşdı - Evlər suyun içində - VİDEO
-
Hövsanda abadlıq işləri niyə yarımçıq saxlanılıb? - VİDEO
-
Sel Şəkinin Cunud kəndinə gedən yolu dağıtdı - VİDEO
-
Nöqsana görə qovulan direktor şikayət etdi - Rədd cavabı aldı
-
Gənclər Fondu bu il 377 min manat icarə haqqı ödəyəcək - Qiymət artırılıb
-
Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? - Detallar
-
Avtomobil sığortası ilə bağlı yeni qaydalar-VİDEO
-
MKİ rəhbərindən Trampa xəbərdarlıq - “İran bu məsələdə səmimi deyil...”
-
Kamran Əliyev Naxçıvanda qəbul keçirdi - FOTOLAR
-
Azərbaycan qarğıdalını Rusiya, Tailand və Türkiyədən alıb - Statistika
-
Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir - AYNA
-
Yeniyetmə qızı da narkokuryerliyə cəlb ediblər - VİDEO
-
Azay Möhnətovla bağlı qalmaqal davam edir: Zərərçəkmişin konpensasiyası ödənilmir
-
FTB Ağ Evə dron hücumunun qarşısını alıb - 5 nəfər saxlanılıb
-
Bəzi ərazilərə dolu düşəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Arayikgilin apellyasiya məhkəməsi davam etdirilib - FOTOLAR
-
Sığorta fermərə fırıldaq gəlib? - Prezidentin köməkçisi tapşırıq verdi
-
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə təhsil... - İmtahan oldu
-
Ermənistan ÜDM-i buna görə azalır - Mərkəzi Bank rəhbəri açıqladı
-
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTOLAR
-
Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdilər - FOTOLAR
-
Hava ilə bağlı xəbərdarlıq: Külək, yağış, dolu...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əli Əsədov Şavkat Mirziyoyevlə görüşüb - FOTOLAR
-
Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyir? - STATİSTİKA
-
İlham Əliyev Niderlandın Baş naziri ilə telefonda danışdı - Müzakirə
-
“Suriya “Hizbullah“ məsələsinin öhdəsindən İsraildən daha yaxşı gələ bilər“ - Tramp
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
-
Prezident İlham Əliyev əlavə tədbirlər haqqında fərman imzalayıb - DETALLAR
-
İranın Təhlükəsizlik Şurası ilə bağlı müəmma: Prezidentliyə keçmiş namizəd qurumdan çıxarılıb?
-
Azərbaycan sərmayəsi İsraildə 641, Ukraynada isə 80 dəfə artıb - Ölkələrin siyahısı
-
“Estemol Saç Vitamin Mərkəzi“ külli miqdarda cərimələndi - Əkilən saç çıxmayıb
-
Rusiyada bu tarixdə seçkilər keçiriləcək - Putindən fərman
-
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir - FOTO
-
Leyla Əliyeva Almaniyada Xəzərin səviyyəsinin müzakirəsində - Fotolar
-
Trampın Makronun həyat yoldaşı ilə bu görüntüləri maraq doğurdu - VİDEO
-
Magistraturaya qəbulun yekun nəticələri - Açıqlandı
-
Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI
-
İrlandiyadan Azərbaycana köçürülən pullar kəskin artıb – Tam siyahı
-
Müəllim və şagirdlərin geyimi ilə bağlı yeni tələblər... - Qanuna dəyişir
-
Əli Kərimlinin barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
-
Konqoda Ebola virusu - Ölənlərin sayı 200 nəfərə yaxınlaşır
-
Prezident təqaüdü alanları sayı kəskin artıb - Son 5 ildə sosial təminat şəbəkəsi necə dəyişib?
-
“Azərbaycan son beş ildə təhsilə 2 milyard dollar ayırıb“ - Nazir müavini
-
Yeni Şuranın vəzifələri bunlar olacaq - SİYAHI
-
Mallar gətirilmədi, pul geri qaytarılmadı: Ləğv olunmuş MMC təqsirli bilindi
-
Prezident Müqəddəs Taxt-Tacın nümayəndəsini qəbul etdi - FOTO
-
Bu qurumların əsasında - Media və Yayım Şurası yaradılır
-
Nazir rəis müavinini vəzifəsindən azad etdi - FOTO
-
İki ay ərzində Hörmüz boğazından keçid ödənişsiz olacaq - Vens
-
“Turan Tovuz“ avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Cəlilabadda heyvanlar kütləvi şəkildə tələf olub: səbəb vaksindir?
-
İntensiv yağışlardan sonra Bakının bəzi yolları dağılıb - VİDEO
-
Azərbaycan-Türkiyə Müttəfiqliyinin Tarixi Zirvəsi
-
Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqlik səviyyəsinə ucaldılmasının rəmzi-Şuşa Bəyannaməsi
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Satışa çıxarılan qarpızlar istehlak üçün təhlükəsizdir? - Mütəxəssislər xəbərdarlıq edirlər
-
ABŞ İranla zənginləşdirilmiş uran ehtiyatlarının məhvini müzakirə edir - Vens
-
“Reself Lite“ reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib - VİDEO
-
Moskva-Naxçıvan reysində təhlükəli səhv:sərnişin təyyarə qapısını tualet bilib
-
Azərbaycanda sürücülük vəsiqəsi ömürlük veriləcək? - AÇIQLAMA
-
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
-
Bəzi sürücülər bu yolda cərimələnirlər - Səbəb nədir?/VİDEO
-
Məşqçisindən yaşlı qapıçı - Noyer DÇ-2026-da rekord qırdı
-
Aİ İranla atəşkəsin Livana da şamil edilməli olduğuna inanır - Kallas
-
Bank olmayan kredit təşkilatlarında faizlər nəyə əsasən müəyyən edilir? - VİDEO
-
Ermənistan yalnız Qərbə güvənsə, vəziyyət daha da çətinləşəcək - Narışkin
-
İran regionda yeni şərait yarada bilər - Məsud Pezeşkian
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
“Gəmilər Hörmüzdən keçməyə başladı” - Donald Tramp
-
Paşinyan və Anna Hakopyan boşanmayıblar? - Baş nazirin qərarı müzakirələrə səbəb olub
-
Norveç şahzadəsinin oğlu həbs edildi - Zorlamaya görə
-
Avtomobillərin icbari sığortasında yeni dövr - Sabahdan böyük güzəştlər olacaq
-
Putin Kiyev Lavrasını vurmaqla nəyin “qisasını alıb”? - “Bu, onun imicinə ciddi zərbədir”
-
Çobanlar arasında mübahisə qanla bitdi - Ağdamda
-
Türkiyə faiz dərəcəsini dəyişmədi - Dünyada 2-ci yerdədir
-
Yeni ticarət müharibəsi anonsu: Tramp Makronu nə ilə hədələdi?
-
Məcnun Məmmədov Sabirabadda kombayn sürdü - FOTOLAR
-
Paytaxtda narkotik dövriyyəyə buraxmaq istəyirdi - VİDEO
TOP 10
ARXİV






