“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Hacı Mazan“nın cinayət işi açılan “Sirr-M“ MMC-si batır? - 200 minlik borc

Tarix 21.04.26, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus olduğu deyilən "Sirr-M" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə vergi borcu 218.735,74 AZN-ə çatıb. 

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Əzimov Mahmud Nizami oğludur. 

Ötən ilin avqust ayında Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) apardığı nəzarət tədbirləri zamanı "Sirr-M" MMC tərəfindən Viləşçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edib. Şirkət rəhbərliyinə cinayət işi açılmışdı. Sonradan bu barədə ictimaiyyətə məlumat verilmədi. 2022-ci ildə də Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınması halı aşkar edilmişdi. Məlumata əsasən, ərazidən gündəlik olaraq 90-100 yük maşını torpaq və daş daşınır.  


Şirkətin də qeyri-rəsmi olaraq iş adamı Ramazan Zeynalova məxsus olduğu bildirilir. 

Onu da bildirək ki, Masalı rayonunda yerləşən "Viləş Palace Hotel"in də Ramazan Zeynalova məxsus olduğu deyilir. Ötən ilin aprel ayında "Viləş Palace Hotel"in qanuni təmsilçisi dəyişib. Ramazan Zeynalovun qardaşı oğlu Vüqar Zeynalov MMC-nin qanuni təmsilçiliyindən çıxarılıb. Onun yerinə Bağırlı Samir Eldar oğlu gətirilib.

2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti "Viləş Palace Hotel" MMC-ni aralarında yaranamış torpaq mübahisəsinə görə məhkəməyə verib. İddialara görə, otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi "Viləş Palace Hotel" MMC rəhbərliyi tərəfindən zəbt olunub. Hazırda da tərəflər arasında məhkəmə çəkişməsi davam etdirildiyi bildirilir. 




Xəbərin oxunma sayı : 847




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap