| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
“Qohum şirkətlər”, xərclənən milyardlar, bərbad infrastruktur... - “Azərsu” haqda araşdırma
Tarix 29.08.19, 11:41 |
|
Azərbaycanın kommunal sektorunda inhisarçı mövqeyə malik dövlət şirkətlərinin maliyyə fəaliyyəti uzun illərdir şəffaflıq və hesabatlılıq kimi meyarlara uyğun olmaması ilə seçilir. Dövlət tərəfindən külli miqdarda vəsait ayrılsa da, bu şirkətlərin təqdim etdikləri xidmətlərin keyfiyyətində ciddi bir dəyişikliyin olduğunu söyləmək, təəssüf ki, mümkün deyil. Qaynarinfo-nun verdiyi məlumata görə, belə qurumlardan biri ölkənin içməli su və kanalizasiya təchizatının tək inhisarçısı "Azərsu” Açıq Səhmdar Cəmiyyətidir. Ölkəyə neft gəlirlərinin axını başlandığı illərdən adıçəkilən ASC-yə birbaşa dövlət büdcəsindən, həmçinin dövlət zəmanətli xarici kreditlər hesabına milyardlarla vəsait çatıb. Qarşılığında faktiki olaraq bu gün Azərbaycanda nə aldığı içməli suyun keyfiyyətindən, nə də davamiyyətindən tam razı qalan kimsəni tapmaq müşkül məsələdir.
"Azərsu”ASC-yə 2011-ci ildən bəri Qorxmaz Hüseynov rəhbərlik edir. Bir neçə il öncə araşdırmaçı jurnalistlərin aşkarladığı faktlardan aydın oldu ki, Q.Hüseynov "Azərsu”nun həyata keçirdiyi layihələr çərçivəsində yaxın qohumlarına külli miqdarda dəyəri olan işləri həvalə edir. Hansı ki, həmin qohumların rəhbərlik etdiyi icraçı şirkətlərin demək olar ki, hamısı məhz Q.Hüseynov ASC prezidenti təyin olunduqdan az sonra – 2011-2012-ci illərdə yaradılıb. O da məlum olub ki, bu şirkətlərə sifarişlər heç bir tender prosesi keçirilmədən həvalə edilib. Q.Hüseynov bu zaman Nazirlər Kabinetinin 22 avqust, 2011-ci il tarixli "Azərsu”ya "müvafiq sahədə təcrübəsi olan” şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamaq səlahiyyəti verən sərəncamına əsaslanıb. Göründüyü kimi, sərəncamda söhbət bir neçə ay əvvəl yaradılan deyil, məhz müvafiq sahədə təcrübəsi olan şirkətlərdən gedir.
Q.Hüseynov bu sərəncamdan uzun müddət geninə-boluna yararlana bilib. Belə ki, 2018-ci ilədək tenderlərin rəsmi reyestrində bu qurumun alqı-satqılarına dair hər hansı məlumata rast gəlinmir. Yəni ASC öz sifarişlərini faktiki olaraq heç bir tender keçirmədən yerləşdirib. Halbuki "Satınalmalar haqqında” qanuna əsasən 50 min manatdan yuxarı bütün işlər üçün tender elan olunmalı, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır. 2015-ci ilədək "Azərsu”nun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, Q.Hüseynov ASC-yə yeni rəhbər təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər. Həmin şirkətlərin bir çoxunun Q.Hüseynovun yaxın qohumlarına məxsus olması ilə bağlı məlumatlar var. Məsələn, "Azərsu”nun seçdiyi şirkətlərdən biri "Sənaye Tikinti-M” MMC-dir. MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov Qorxmaz Cavanşir oğlu Hüseynovun qardaşıdır. "Hidro-İnşaat Servis” MMC isə 2011-ci ildə Q.Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bundan əlavə, mətbuatın yazdığına görə, Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində bəzi xidmətlər Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə olunub.
"Qohum şirkətlər”lə iş birliyi 2019-da da davam edir
"Azərsu”nun 2019-cu il dəki alqı-satqılarına diqqət yetirdikdə, maraqlı bir faktla qarşılaşdıq. Belə ki, ASC bu il "Hidro Park” MMC ilə 4 alqı-satqı müqaviləsi imzalayıb. Sayğac qutularının alınması üçün MMC ilə 193 min 276.92 manatlıq, son tamamlama materiallarının alınması üçün 298 min 478.53 manatlıq, dolğu mallarının alınması üçün 273 min 836.7 manatlıq, elektrik mal-materillarının alınması üçün isə 389 min 378.76 manatlıq müqavilə bağlanıb.
Hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlardan aydın olur ki, bu MMC Q.Hüseynovun qohumlarının "Azərsu”dan bəhrələnən MMC-ləri kimi 2011-ci ilin mayında yaradılıb. Son vaxtlar MMC-nin hüquqi təmsilçisi, hazırkı rəhbəri olan İsgəndərov Emruz Xeyrulla oğlunun Türkiyədə fəaliyyəti yasaqlanan FETÖ təşkilatı ilə bağlılığına dair məlumatlar yayılmaqdadır. Bundan əlavə, 2017-ci ilin aprelində Dövlət Gömrük Komitəsinin yaydığı məlumatdan aydın olur ki, "Hidro Park” MMC ölkəyə gətirdiyi malların qiymətini dəfələrlə azaldıb. Belə ki, aprelin ilk ongünlüyündə şirkət idxal etdiyi 39882 dollarlıq malı 5720 dollarlıq saxta invoysla rəsmiləşdirməyə çalışıb. Yəni malın real qiymətini 7 dəfəyə yaxın azaltmaqla vergi və rüsumlardan yayınmaq istəyib. Təsəvvür etmək çətin deyil ki, DGK-ya malı real dəyərindən 7 dəfəyə yaxın aşağı qiymətə sırımağa çalışan şirkət "Azərsu”ya satdığı malların qiymətini nə qədər şişirdə bilər.
Maliyyə Nazirliyi və Hesablama Palatasının hesabatlarından aydın olur ki...
Nazirlər Kabinetinin 2019-cu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov maraqlı bir məsələyə toxunub. Nazir bildirib ki, cari ildə nəzərdə tutulan 5 milyard 980 milyon dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 6 ayda cəmi 37 faizi icra olunub.
S.Şərifovun sözlərinə görə, bunun bəzi obyektiv səbəbləri var: "Onunla bağlıdır ki, bu məbləğdə təxminən 1 milyard 140 milyon manat kreditlər nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hesab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir”.
Maliyyə naziri qeyd edib ki, bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir: "Hesab edirik ki, bunların ləngiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən də infrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var. Bu isə bizim vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında bizə müəyyən maneələr yarada bilər. Ona görə biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna - noyabr-dekabr aylarına təsadüf etməsin”.
Beləliklə, S.Şərifov infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün ayrılmış kreditlərin mühüm bir hissəsinin xərclənmədiyini, yəni nəzərdə tutulan işlərin icra olunmadığını deyir. Azərbaycanda infrastruktur layihələri üçün ən çox xarici kredit cəlb edən dövlət qurumları sırasında öndə gedənlərdən biri "Azərsu” ASC-dir. Uzun illər boyu bu qurumun müxtəlif xarici maliyyə institutlarından dövlət zəmanəti ilə aldığı kreditlərin məbləği milyardlarla manatla ölçülür.
Hesablama Palatasının 2018-ci il üzrə dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, bağlanmış müqavilələr üzrə bu ilin 1 yanvarına "Azərsu”nun cəlb olunmuş kreditlərinin həcmi 1 milyard 267,9 milyon dollar, faktiki xərclənmiş borcu isə 2018-ci ilin 1 yanvarı ilə müqayisədə 15,3 faiz artaraq 912 milyon dollar təşkil edib. Palata bildirir ki, dövlət zəmanətli borc öhdəliklərinin həcminin kifayət qədər irihəcmli olması, xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin ilbəil artımı və bu tendensiyanın davam etməsi dövlət büdcəsi üçün ağır yükə keçmə ehtimalını artırır ki, bu da borca xidmət xərclərinin artımı ilə yanaşı, büdcənin digər mənbələri hesabına həyata keçirilməsilə müşahidə edilir: "Eyni zamanda icraçı təşkilatlar tərəfindən ödənilməli olan borc öhdəliklərinin 60-70 faizi, bəzi hallarda isə 100 faizinin ödənilməməsi, müvafiq illər üzrə bu göstəricinin artımla müşahidə edilməsi, ödənilməyən borc öhdəliklərinin dövlət büdcəsindən və Təminat Fondundan qaytarılması növbəti illərdə dövlət üzərinə düşən borc yükünün artımla müşahidə olunması ehtimalını yüksəltmişdir”.
"Azərsu”nun aldığı xarici kreditlərin dövlət büdcəsindən qaytarıldığı dolayısı ilə onun maliyyə hesabatında da əksini tapır. Belə ki, hesabata görə, 2016-cı ilin noyabrından 2018-ci ilin dekabrınadək "Azərsu” ASC Maliyyə Nazirliyindən 5 dəfəyə ümumi məbləği 99 milyon manatdan yuxarı olan faizsiz və uzunmüddətli ödəniş müddəti müəyyənləşdirilmiş kreditlər alıb. Bu kreditlərin hansı məqsədlə alındığı açıqlanmasa da, onların əksəriyyətinin dollarla və ilin sonuncu rübündə götürülməsi vəsaitlərin ASC-nin xarici təşkilatlardan aldığı kreditlər üzrə borclarının qaytarılmasına yönəldildiyi qənaətinə gəlməyə imkan verir.
"Azərsu”da 2018-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Q.Hüseynov bildirib ki, 2018-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında mühüm layihələr icra olunub. Avtomobil yollarının yenidən qurulması çərçivəsində Babək prospekti, Təbriz, Xiyabani, Mir Cəlal və Məsud Davudoğlu küçələrində su və kanalizasiya xətləri yenilənib.
Qorxmaz Hüseynovun gülüş doğuran statistikası
Hesabat dövründə 1162 km magistral və şəbəkə su xətləri, 335 km kanalizasiya kollektoru və xətləri, 8 su anbarı inşa edilib, 26 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda 48 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 97 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 69 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib. Q.Hüseynovun Bakı şəhərində fasiləsiz içməli su ilə təminat səviyyəsi barədə açıqladığı rəqəmlər, sadəcə, gülüş doğurur. Çünki faktiki olaraq paytaxtda əhalinin sıx məskunlaşdığı ərazilərin böyük bir qismində su ciddi fasilələrlə, gündə 4-5 saat verilir.
2016-cı ildə prezident fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə su və kanalizasiya sistemində idarəetmənin keyfiyyətinin və səmərəliliyin artırılması, itkilərin azaldılması kimi hədəflər müəyyənləşdirilib. Bu hədəflərin hər biri üzrə hansı real nəticələrin əldə olunduğuna dair obyektiv monitorinq nəticələri, təəssüf ki, mövcud deyil. Lakin reallıq göstərir ki, hər iki sahədə ciddi irəliləyişin əldə edildyini söyləmək mümkün deyil. Halbuki 2016-cı ilin dekabrından – Strateji Xəritə təsdiqlənəndən bəri "Azərsu” həm dövlət büdcəsi, həm də daxili və xarici kreditlər üzrə külli miqdarda vəsait əldə edib.
Qurumun 2018-ci il üzrə konsolidasiya olunmuş maliyyə hesabatından aydın olur ki, "Azərsu”nun qeyri-maliyyə aktivləri, dövlət büdcəsindən maliyyələşdirilmiş və dövlət zəmanəti ilə beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilmiş investisiyalar formasında dövlətdən aldığı investisiyaların həcmi 2017-ci ilin sonuna 3 milyard 874 milyon 410 min manat, 2018-ci ilin sonuna isə 4 milyard 190 milyon 156 min manat təşkil edib. Ötən il ərzində ASC 152 milyon 672 min manat beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən dövlət kreditləri, 90 milyon 778 min manat Maliyyə Nazirliyi tərəfindən ayrılan kreditlər əldə edib.
Bundan əlavə, dövlət "Azərsu”ya başqa yollarla da dəstək verməkdədir. Belə ki, 2016-cı ilin iyulunda ASC dövlətə məxsus Beynəlxalq Bankdan simvolik olaraq 1 faizlə 239 milyon 720 min manatlıq kredit götürüb – həm də dövlət zəmanəti ilə. Və bu qədər vəsait elə 2016-cı ilin sonunadək son qəpiyinədək xərclənib. Ötən ilin sonuna kredit üzrə ödənilməmiş faiz məbləği 73 min manat təşkil edib.
Və qurum su və kanalizasiya haqqının azlığından şikayətlənir
Hesabata əsasən infrastruktur layihələrində əhəmiyyətli cari investisiyalar nəticəsində "Azərsu”nun cari öhdəlikləri cari aktivlərindən 31 dekabr 2017-ci il tarixinə 370 milyon158 min manat, 31 dekabr 2018-ci il tarixinə isə 300 milyon 448 min manat çox olub. ASC 2018-ci ili 480 milyon 201 min manat (2017-ci ili 508 milyon 350 min manat) məbləğində xalis zərərlə başa vurub. Bunun əsas səbəbi olaraq Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan xidmətlər üzrə tariflərin su və kanalizasiya xidmətləri üzrə tam maya dəyərindən aşağı olması göstərilir: "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 fevral 2019-cu il tarixli 03/02-05-98-102 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 19 fevral 2019-cu il tarixli İN-X/O-2234/2019 nömrəli məktublarına əsasən 2018-ci il üzrə Qrup üçün 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.30 AZN, orta satış qiyməti isə 0.74 AZN olmuşdur. Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətini 0.56 manat və ya 1.75 dəfə səviyyəsində üstələmişdir”.
Göründüyü kimi, "Azərsu” üzləşdiyi zərərin əsas səbəbi kimi su və kanalizasiya xidməti tariflərinin maya dəyərindən aşağı olmasını önə çəkir. Hansı ki, uzun illərdir müstəqil ekspertlər və beynəlxalq təşkilatlar Azərbaycanda yalnız su təchizatı deyil, digər kommunal sahələrdə də maya dəyərinin şişirdilməsini əsas problemlərdən biri kimi qiymətləndirirlər.
Qorxmaz Hüseynov isə 5 min manatdan çox əməkhaqqı alır...
Bu qədər zərərin qarşılığında ASC rəhbərliyi Azərbaycan reallığı üçün çox yüksək olan əməkhaqqı ilə təmin olunub. ASC-nin hesabatına görə, "Azərsu” sədri və 5 müavininin daxil olduğu "Baş rəhbərliy”ə 2017-ci ildə əmək haqqı və mükafatlar formasında 269 min manat, 2018-ci ildə isə 362 min manat ödəniş edilib. Bu, orta hesabla götürdükdə hər adama 2017-ci ildə ayda 3700 manatdan, 2018-ci ildə isə 5 min manatdan yuxarı ödəniş olunduğu deməkdir. Bu, ödənilən vəsaitləri bərabər bölərkən alınan məbləğdir, aydın məsələdir ki, Q.Hüseynov ASC sədri olaraq müavinlərdən daha yüksək əmək haqqı və mükafat alır.
Son olaraq qeyd edək ki, 2018-ci ildə "Azərsu” ASC-nin büdcəyə ödənişi 27,5 milyon manat, büdcədən bu quruma ayrılan vəsait isə bundan 17 dəfəyə qədər çox, yəni 431,3 milyon manat olub.
ASC rəhbərliyi su və kanalizasiya sisteminin yenidənqurulması üçün master plan hazırlayıb. Plan heç bir formada ictimaiyyətə açıqlanmasa da, Q.Hüseynovun onunla bağlı verdiyi açıqlamalarda nəzərdə tutulan işlərin həyata keçirilməsinə milyardlarla manat investisiyanın tələb olunduğu qeyd edilib. Əgər bu milyardlar da indiyədək ASC-nin xərclədiyi milyardlar kimi "effektiv” xərclənməkdə davam edəcəksə, nəinki planda nəzərdə tutulan 2035-ci ilədək, heç 2050-ci ilədək də Azərbaycan əhalisi keyfiyyətli içməli su və kanalizasiya xidməti əldə edə bilməyəcək...
Xəbərin oxunma sayı : 871
Gündəm
Xəbərlər
-
Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
-
Nazirlik yeni mənzillər satışa çıxardı - Kv.metri 435 manatdan 830 manata qədər
-
“İranın Yaxın Şərqi ələ keçirmək planları artıq məhv edilib“ - Tramp
-
Azərbaycanda ər arvadını zəncirləyib - Qısqandığı üçün
-
“Çox diqqətli olmağınızı xahiş edirəm” - Ərdoğan
-
Xanım tanışını gecə evlərinə gətirdi, atasını döydü - Həbs edildi
-
“ABŞ tezliklə Hörmüz boğazında tankerları müşayiət edəcək“ - Tramp
-
Bakıda qəribə dələduzluq:“Maşın oğurluqdur“ deyib əlindən aldı, sonra yenidən özünə satdı
-
Polis evinizə gələ bilər: Kirayə müqaviləsi olmayanları nə gözləyir?
-
Azərbaycan nefti 3,5 dollar bahalaşdı - Neftimiz 109 dolları keçdi
-
Xəzər dənizi sahilində quşların kütləvi ölümü baş verib - VİDEO
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Braziliyalı ulduz Qətərdən qaçdı - Klubundan açıqlama
-
Elektron siqaret satanları və istehsal edənləri cərimə gözləyir - 1 apreldən
-
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - TƏFƏRRÜAT
-
Sumqayıtda həkim başqa yerdə analiz verən pasiyenti müayinə etmədi - ŞİKAYƏTÇİ
-
“ABŞ Hörmüz boğazının bağlanmasına imkan verməyəcək“ - Heqset
-
Ramazan ayının 24-cü günü - İmsak və iftar vaxtları
-
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
-
AzTU-nun xanım prorektoru rektorun müşaviri oldu - FOTO
-
Bakıda 203 nömrəli tam orta məktəbdə şagirdlər arasında bıçaqlanma - VİDEO
-
Ağ Ev Konqresdən 50 milyard istəyəcək - ABŞ-da narahatlıq artır
-
Tarif dəyişikliyi yalnız nağdsız ödənişlə işləyən müasir avtobuslara aiddir - AYNA
-
Qadın sahibkarın şirkətində yoxlamaya imkan verilmədi - Nazirlik məhkəməyə üz tutdu
-
“ABŞ Avropanı bölmək istəyir və onu sevmir” - Kaya Kallas
-
TƏBİB-in eks-rəhbər ilə bağlı sensasion iddialar: ABŞ-da yaşayan jurnalistə gizli məlumatları o ötürürmüş…
-
Dünyada 1 milyard dollardan çox sərvəti olan 4 azərbaycanlı var - “Forbes”
-
“Aqrarkredit” BOKT 7 əmlakını hərraca çıxarır - Qiymətlər
-
Naxçıvanda 10 milyonluq taxıl qalmaqalı: Fuad Nəcəfli həbs olunur?
-
Dövlət bu torpaqları geri ala bilər: Siyahı genişləndirildi
-
İş adamı Rasim Nəbiyev Bakıxanov qəsəbəsində yenə qanunsuz tikinti işləri aparır? - VİDEO
-
Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı - 64 nəfərə vətəndaşlıq verilib
-
Bakı və paytaxtətrafı avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
-
Yanvar ayında 26 min nəfərin əmək müqaviləsinə xitam verilib - Rəsmi
-
Nəsimi rayonunda yaşıllıq zonası ticarət obyektinə çevirilir - Tahir Budaqov icazə verib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Vitse-spiker dəhşətli rəqəmləri açıqladı - “50 minə yaxın müəllimin ixtisar riski yaranıb”
-
Avropa yeni enerji böhranına hazırlaşır, amma pul tükənir - “Reuters“
-
Türkiyəyə raket buraxılışı qəbuledilməz eskalasiyadır - Azərbaycan Müdafiə Nazirliyi
-
Xəyalə İsmayılova necə ixtisaslaşmış estetik həkim Məryəm Həsənzadə oldu? - DETALLAR
-
Azərbaycanın xarici dövlət borcu açıqlanıb - 537,5 milyon manatı azalıb
-
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
-
İş adamı Adnan Əhmədzadənin həbs müddəti 2 ay uzadıldı - Məhkəmədən qərar
-
Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı
-
Gəncədə antik əşya oğurlayan şəxslər saxlanıldı - VİDEO
-
Elqar Bağırovun şirkətinə 413 min manatlıq sifariş - Birmənbə metodu ilə...
-
Müasir müharibə ABŞ ordusu komandirlərini yorur: Problem nədir?
-
“Azərbaycan regional dəhlizləri inkişaf etdirir“ - Prezidentin köməkçisi
-
Bu ərazilərdə qar yağacaq - Şənbə gününün havası
-
Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə
-
Azərbaycan neçə ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir? - Əli Əsədov AÇIQLADI
-
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
-
Netanyahudan müsəlmanlar haqqında qalmaqallı açıqlamalar - “İstər sünni, istərsə də şiə...“
-
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
-
Azərbaycana ərzaq məhsullarının idxalı niyə artır? - Hökumət səbəbləri açıqladı
-
Daha bir İcra Hakimiyyətində kütləvi ixtisar: 44 nəfər işdən çıxarıldı
-
412 min dollarlıq dələduzluqla gündəmə gəlmişdi - Ölkədən çıxışına “stop“ qoyuldu
-
“Pulumuz qalmayıb” - “Bu, xalqı cəzalandırmaqdır”
-
Geyim mağazaları hansı bank kartına daha çox “keşbek” verir? - Siyahı
-
21 yaşlı oğlan sosial şəbəkədə intim xidmətlər təklif etdi - Həbs olundu
-
Şəkərli diabet xəstələri Respublika Endokrinoloji Mərkəzdəndə saatlarla növbədə gözlədilir - VİDEO
-
Məmmədli kəndində gölün daşması çirkab suları həyətlərə və evlərin zirzəmisinə doldurdu - VİDEO
-
İranın nüvə silahından imtina təklifi rədd edilib - Əraqçi
-
Pulunu ödədi, evi ala bilmir:“MM Park“ MMC tikintini niyə dayandırıb?
-
Azərbaycan neftinin qiyməti 105 dolları ötdü - Kəskin bahalaşma
-
Tramp İranla bağlı vəziyyətin çox sürətlə inkişaf etdiyini deyib - “Hər şey çox yaxşı gedir“
-
“Bədənim tanınmaz hala düşdü“ - Plastik cərrah Səkinə Xudiyevaya ağır ittiham
-
Azərbaycanda bu avtomobillər bahalaşdı - Video
-
Ermənistanla sülh yalnız kağız üzərində deyil - İlham Əliyev
-
“Məktəb təhsili ilə 50 bal da toplaya bilmirlər” - ETİRAZ
-
“Sabah“ məşhur futbolçunu transfer edir - “Atletiko Madrid“də oynayıb
-
Prezident XIII Qlobal Bakı Forumunda çıxış etdi - Fotolar
-
“İranda rejim dağılmayacaq” - Kəşfiyyat hesabatları
-
Masazırda parkın ərazisində obyekt tikilir? - FOTOLAR
-
Qlobal Bakı Forumunun XIII toplantısı 400 nəfəri bir araya gətirəcək - Hikmət Hacıyev
-
Tehranda terror aksiyası – 10 polis həlak oldu
-
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
-
“Müharibə regionu “od halqasına” doğru aparır“ - Yaşar Gülər
-
Bakıda mənzillərin ən çox bahalaşdığı rayonlar - SİYAHI
-
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edir - VİDEO
-
Aygün Kazımovanın bir günü necə keçir? - Sirlərini açıqladı
-
Könül Həmzəyeva saxlanıldı - Külli miqdarda dələduzluq ittiham olunur
-
MOK-da yeni komissiya yaradıldı - Azər Əliyevə yeni vəzifə verildi
-
“ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək“ - Tramp
-
Qoyun oğrusunun həyat dramı - Cəriməsini ödəmək üçün cinayət törətdi
-
Prezidentin Koşta ilə rəsmi nahar əsnasında görüşü oldu - FOTOLAR
-
Müşfiq İmranov və biznesi - AAYDA məmurlarının diqqət çəkən sərvəti
-
Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana getdi - Fotolar
-
Ramazan ayının 22-ci günü: İmsak və iftar vaxtı
-
Azərbaycanın strateji ərzaq ehtiyatı necə müəyyən edilir? - RƏSMİ
-
Turizm Agentliyindən milyonluq tender: MDB və Cənubi Asiyada Azərbaycanı kimlər “tanıdacaq“?
-
Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?
-
“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür - Bəs idarənin texnikalarını kimlər talayıb
-
Putin G20 sammitində iştirak edəcək? - Peskovdan açıqlama
-
“Biz artıq Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək“ - Azərbaycan Prezidenti
-
Kim Çen In 13 yaşlı qızı ilə qanadlı raket sınaqlarını izlədi - FOTO
-
“Aİ Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır“ - Prezident İlham Əliyev
-
Bakı meri dövlət tenderini özünə yaxın şirkətə verib - ARAŞDIRMA
-
Pentaqon 5 gündə 50 milyard dollar xərcləyib: Lüks qida, bahalı
-
İlham Əliyevlə Antonio Koşta mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azərbaycanla sülh növbəti yüz, hətta min il ərzində əhəmiyyət kəsb edəcək“ - Paşinyan
-
Müharibədə nə qədər ABŞ hərbiçisi xəsarət alıb? - Say açıqlandı
-
Kamran Əliyev Sabunçuda qəbul keçirdi - FOTO
-
Əliyevin Koşta ilə təkbətək görüşü oldu - FOTOLAR
-
“ABŞ-İsrail-İran müharibəsi regionu alova bürümədən dayandırılmalıdır“ - Ərdoğan
-
Müştərilər ən çox bu banklardan şikayət edirlər - Tam siyahı
-
Pezeşkiandan qonşulara “atəşkəs“ mesajı: “Yalnız ABŞ bazalarını vuracağıq“
-
Ülviyyə Ağazadə pasiyentə 32 min manat təzminat ödəyəcək - SƏBƏB
-
ADY-nin departament müdiri işdən çıxdı, yenisi təyin olundu - FOTO
-
Nizami rayonunda icazəsiz tikinti aparan Razim Rüstəmov kimdir? - VİDEO
-
“8 noyabr” prospektində köhnə dəmiryolu relsləri niyə sökülür? - VİDEO
-
Putin İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
-
AYNA son bir gündə 11 obyekt icarəyə götürüb - TAM SİYAHI
-
Mbappe məşhur aktrisa ilə sevgilidir? - Madridə eyni təyyarədə getdilər
-
Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 27 nəfər işsiz qaldı
-
Azərbaycanda üç kəndin adı milliləşdirilir - QƏRAR VERİLDİ
-
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
-
Masazırda “hazır bina” üzərində gizli mərtəbə əməliyyatı - Qanunlar kimə işləyir? (FOTO)
TOP 10
ARXİV






