Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Hacı Qalibin oğlu namizəd olmadı, qalmaqallı direktora yol açıldı

Tarix 25.07.24, 15:47

Font ölçüsü : - / +
bitmap-img6


YAP-ın 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizədi Qasımova Səbinə Məmmədağa qızıdır. 

AzFakt.com Tribunainfo.az-a istinadən məlumat verir ki, S.Qasımova paytaxtın Bakıxanov qəsəbəsində yerləşən 271 saylı məktəbin direktorudur. Bu dairədən deputat Şeyxin Qudası Hacı Qalibin oğlu Əliabbas Salahzadə olmuşdu. Amma bu dəfəki seçkilərdə iştirak etmir. 

Açıklama yok.

O, hakim partiyanın siyahısında yer almayıb. Hazırda bu dairədə başqa bir diqqət çəkən namizəd yoxdur və məktəb direktoru üçün yol açılmış görünür.

Qeyd edək ki, bəzi KİV-lərdə xanım direktor və onun məktəbi haqda şikayətlərə rast gəlmək olar. Xüsusən də 271 saylı tam orta məktəbin müəllimi Səltənət Zahid qızı Bağırova direktordan şikayətçi olub. Məktəbimizin direktoru özünü məktəbə, pedaqoqa yaraşmayan tərzdə aparır, müəllimlər arasında ayrı-seçkilik salır, imkan düşdükcə məni, müəllimləri və digər işçiləri təhqir edir, aşağılayır. Hətta mənə bildirir ki, sənə sinif verməyəcəm, hara gedirsən get, kimə istəyirsən şikayət et, mən heç kimdən qorxmuram. Son günlər isə məni müxtəlif bəhanələrlə işdən qovacağı ilə hədələyir. Uzun müddətdir direktordan öz haqqımı tələb edirəm, amma təəssüflər olsun, mənim tələbimin heç biri təmin edilməyib. Əksinə, daim direktor tərəfindən şantaj olunur və basqıya məruz qalıram”, – şikayətçi bildirib.

 Açıklama yok.

271 saylı məktəbin 10 və 11-ci sinif şagirdləri dərsə gəlmir, dərs saatlarının pulunu da müəllimlərlə direktor öz aralarında bölür. Bundan başqa, məktəbimizdə 7-ci saatın dərsləri də keçirilmir, məşğələlər olmur, direktor sözügedən dərs saatlarını münasib bildiyi müəllimlərin adına yazır və sonradan dərs saatlarına ödənilən pulları ona geri verirlər. Məktəbimizdə bağban ştatı var, amma maaşını direktor alır. Ayşən və Sevər adlı şəxslər də ştat cədvəlində xadimə kimi müqavilə bağlayıblar, sadəcə, faktiki olaraq laborant işləyirlər. Müəllimlərin sertifikasiyasından keçməyən dörd nəfər ibtidai sinif müəllimi iki aklad sinif aparırlar, mənə isə normal dərs saatı belə verilmir” – müəllimə deyib.

Tribunainfo.az



Xəbərin oxunma sayı : 985




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap