![]() |
|














Həbs olunan keçmiş MTN generalı həyat yoldaşından boşanıb - sensasion təfərrüat
Tarix 04.11.22, 10:17 |
|

Zərərçəkən: “Düşünürlər ki, bu cür gülünc üsullarla istintaqı və məhkəməni aldada biləcəklər”
Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev həyat yoldaşından ayrılıb. O, boşanma haqda şəhadətnaməni məhkəməyə təqdim edib. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Mövlam Şıxəliyevin həyat yoldaşından ayrılması onun istintaqa cəlb edilməsindən sonraya təsadüf edib.
Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və digər 3 MTN polkovnikinin cinayət işi üzrə keçirilən prosesdə Aybəniz Şıxəliyevanın adı dəfələrlə hallanıb. Zərərçəkənlər Aybəniz Şıxəliyevanın və ailə üzvlərinin - oğlu Elgün Şıxəliyevin, qızı Samirə Əliyevanın də istintaqa cəlb olunmalarını tələb ediblər.
Tələblərini belə əsaslandırıblar ki, Mövlam Şıxəliyev cinayət yolu ilə əldə olunan əmlakların böyük bir hissəsini həyat yoldaşı Aybəniz Şıxəliyevanın, oğlu Elgün Şıxəliyevin və qızı Samirə Əliyevanın adına rəsmiləşdirməklə leqallaşdırıb.
Hüseyn Səfərov
Zərərçəkənlərdən Hüseyn Səfərov “Yeni Müsavat”a deyib ki, Mövlam Şıxəliyevin həyat yoldaşından ayrılması müsadirə olunacaq əmlakları xilas etməyə hesablanmış addımdır: “Bir çoxları kimi, deyəsən, Mövlam Şıxəliyev də bilmir ki, onun həyat yoldaşından ayrılması üzərinə həbs qoyulan əmlakları müsadirədən xilas etməyəcək. Çünki Mövlam Şıxəliyev istintaqa cəlb ediləndən dərhal sonra onun və ailə üzvlərinin adına rəsmiləşdirilən bütün əmlaklar üzərinə həbs qoyulub. Mövlam Şıxəliyevlə Aybəniz Şıxəliyevanın boşanması isə bundan sonraya təsadüf edir. Yəni Mövlam Şıxəliyev həyat yoldaşı ilə əmlaklara görə əbəs yerə boşanıb”.
Hüseyn Səfərov bildirib ki, Bakı Apelyasiya Məhkəməsinə təqdim etdikləri şikayətlərində Mövlam Şıxəliyevin üzərinə həbs qoyulmuş bütün əmlaklarının müsadirə edilməsini, onun ailə üzvlərinin də istintaqa cəlb olunmalarını tələb ediblər: “İbtidai istintaq dövründə Mövlam Şıxəliyevin 23 əmlakının üzərinə həbs qoyulub. Bakı Hərbi Məhkəməsi həmin mülklərin 7-sini heç bir əsas olmadan Mövlam Şıxəliyevin özünə qaytardı. Bundan başqa məhkəmə üzərində həbs olan 16 mülkdən səkkizinin 12-nin yenə də heç bir əsas olmadan Mövlam Şıxəliyevin özünə qaytarılması barədə qərar qəbul etdi. Yerdə qalan 12 mülkün satılması və zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə qərar verilib. İşdə 36 zərərçəkən, 20 milyon manat zərər var. Mövlam Şıxəliyeviin ümumilikdə 23 mülkü satılsa da, yenə də biz zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməsi mümkün deyil. Çünki zərərçəkmişlərə dəymiş ziyanın həcmi müsadirəyə götürülmüş 23 mülkün mövcud qiymətləndirmə ilə dəyərindən daha çoxdur. Bu səbəbdən Mövlam Şıxəliyevə məxsus bütün əmlakların müsadirə olunmasını, doğru-dürüst qiymətləndirilməsini tələb edirik. Mən 76 gün MTN-də girov saxlanılmışam. 76 gün ərzində ailəm, oğlum, qızlarım zülm-zillət içində olublar. Bu gün də mən onun arvadı Aybənizin, qızı Samirənin və oğlu Elgünün həbsini tələb edirəm. Onun arvadı Aybəniz Şıxəliyeva, 36 yaşlı qızı Samirə Əliyeva və 38 yaşlı oğlu Elgün Şıxəliyev də istintaqa cəlb olunmalıdırlar. Cinayət Məcəlləsində Mövlam Şıxəliyevin arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün həbsi üçün 2 maddə var. Cinayət Məcəlləsinin 193-1. maddəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlaki leqallaşdirma adlanır. Arvadı da, qızı da, oğlu da Mövlam Şıxəliyevin evinə apardığı torba-torba pulların, qızılların mənbəyini bilib. Gəlin görək, MTN-in İstintaq İdarəsində rəis işləyən biri maaşla milyonluq mülklər ala bilərdi? Haradandır torbalarla pullar, qızıllar? Arvadı Aybəniz bu gün milyonçudur. 10 milyonlarla ölçülən varidatın sahibidir. Onun sahibi olduğu əmlakları adına əri Mövlam Şıxəliyev iz azdırmaq üçün keçirib. İndi də formal olaraq boşanıblar, düşünürlər ki, bu cür gülünc üsullarla istintaqı və məhkəməni aldada biləcəklər.
Aybəniz Qinyaz qızı Şıxəliyeva 1961-ci ildəndir. Ağdaşdandır. Öyrənmişik ki, Aybənizin atası Qinyaz kasıb biri olub. Ortabab dolanıb. Aybənizin babası, Qinyazın atası da milyonçu olmayıb. Aybəniz Şıxəliyeva isə milyonçudur. Milyoner Aybənizin varidatının mənbəyi gizli deyil, ortadadır. Bu pulların mənbəyi Azərbaycan sahibkarlarının cibidir. Ağdaşlı Aybənizi milyonerə çevirən mənim kimi qanunsuz həbs edilən, girov saxlanılan iş adamlarıdır.
Cinayət Məcəlləsinin 194-cü maddəsi isə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə adlanır. Bu nə deməkdir? Mövlam Şıxəliyev günahı pul qazanmaq olan sahibkarları MTN-ə gətirdib və qanunsuz olaraq həbsə almaqla əllərindən pullarını alıb. Həmin pulları, həmin pullar hesabına əldə etdiyi varidatı arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün adına dövr etdirib. Mövlam Şıxəliyev cinayət yolu ilə əldə etdiyi əmlaklara ailə üzvlərini də şərik etməklə onları da cinayətkara çevirib. Azərbaycanda Mövlam Şıxəliyevin soyğununa məruz qalan şəxslərdən biri də mən olmuşam. Təsəvvür edin ki, çağırıb deyiblər ki, pul ver. Mən də heç bir cinayətim olmadığını demişəm, pul verməkdən imtina etmişəm. 2 ay yarım məni həbsdə saxlayıb evimi, oğlumun maşınını, qızlarımın, həyat yoldaşımın qızıl-zinət əşyalarını satdırıb pulunu alıblar. Bundan sonra məni qanunsuz həbsdən azad etsələr də, yenə də əl çəkməyiblər. Mövlam Şıxəliyev tipik dələduzdur. Hər dəfə bir şey fikirləşib məndən pul qoparırdı. Gah deyirdi ki, ad günümdür, mənə kostyum al. Gah deyirdi rütbə almışam, pul ver. Mənim kimi yüzlərlə iş adamı, sahibkarlar olub ki, şərləyib qanunsuz həbs ediblər, girov saxlayıblar, pul alıb buraxıblar. Amma əl çəkməyiblər. Onun qızı Samirə Əliyev Sumqayıtda musiqi məktəbində işləyib. Musiqi məktəbində işləyən müəllimənin 5-10 milyonluq əmlakı haradandır? Arvadı 2-ci qrup əlildir. Dövlətdən ayda 220 manat təqaüd alır. Haradandır adına olan 5-10 milyonluq əmlak? Oğlunun adına da milyonluq əmlaklar var. Mövlam Şıxəliyevin özü kimi ailəsi də bizə qarşı cinayətlərdə iştirak etdiklərinə görə həbsə alınmalıdırlar!"
Xəbərin oxunma sayı : 1432
loading...
Gündəm
Xəbərlər
-
Neslihan Atagülün transparan libası müzakirələrə səbəb oldu - FOTO
-
“ABŞ Ukraynanı uzaqmənzilli raketlərlə təmin etməyə çalışır” - NULAND
-
MİDA-nın fəaliyyəti təftiş edilir - Ard-arda yoxlamalara başlanıldı
-
Akif Çovdarov bu bazarı qızının adına 20 manata rəsmiləşdirib - ŞOK FAKTLAR
-
“Serbiya Qərbdə müttəfiqsiz qalıb” - Vuçiç
-
“9 min verdim ki, şikayətçi olmasın” - Tamadanı bıçaqlayan şəxs
-
Şəki camaatının it zülmü - VİDEO
-
“Yaşıl enerji layihəsi çox strateji və böyük sərmayə tələb edən layihədir“ - İlham Əliyev
-
“Bu, ağlasığmazdır, amma faktdır...“ - Putin
-
Masallıda qapıya qədər gəlib çatan təhlükə - VİDEO
-
İpoteka krediti ilə bağlı elektron xidmətin təhlükəsizliyi yoxlanılır - BİRGƏ MƏLUMAT
-
Bakıda Rumıniya Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - VİDEO
-
“Traktor” azarkeşlərindən zəlzələdən zərər çəkmiş Xoy sakinlərinə dəstək - VİDEO
-
“Qiymət artımından “K Group” MMC 3-4 milyon qazanacaq” - İqtisadçı
-
Naxçıvan Universitetinə yeni rektor təyin edildi - FOTO
-
Azərbaycan və Rumıniya prezidentlərinin geniş tərkibdə görüşü olub - FOTO
-
Son sutkada 35 yeni yoluxma faktı qeydə alınıb - 5 nəfər ölüb
-
“Türkiyə İsveçin NATO-ya üzvlüyünə “hə” deməyəcək“ - Müdafiə naziri
-
Şəhər və rayonlararası marşrutların YENİ TARİFLƏRİ
-
Xoy sakinləri ac-susuz küçələrdə gecələyirlər - VİDEO
-
Azərbaycan və Rumıniya prezidentlərinin təkbətək görüşü olub - FOTO
-
10 min uyğur Kanadaya köçürüləcək - Parlament səs verdi
-
Bakıda narkotikə görə 46 nəfər saxlanılıb - VİDEO
-
Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO
-
“Azərbaycanda milli məfkurəyə sadiq nəsil yetişib“ - İlham Əliyev
-
“Deyəcəyəm, yenə qalmaqal olacaq“ - Nigar Camal
-
Vətəndaşların sığorta şəhadətnamələrini onlayn qaydada rahat almaları üçün YENİLİK
-
Ərəblər “Real“ın iki ulduzunu birdən aparır - Maaşları açıqlandı
-
Dezinformasiyaya müqavimət dərsi – “Nyu-York Tayms”
-
Rusiya XİN başçısı: “Azərbaycan öz ərazilərini geri qaytarıb”
-
Rumıniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
-
Anar Kərimovun qohumu işdən çıxarıldı - Nöqsanlara görə
-
İran casusları məlumatları Bakıdakı gizli radiostansiya vasitəsilə ötürürmüş - ŞOK FAKTLAR
-
AQTA yüzminlərlə vəsaiti öz işçisinə bağlı olan şirkətə ödəyib – Təfərrüat
-
Prezident ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib - FOTO
-
Mehriban Əliyeva gəncləri təbrik etdi - FOTO
-
“Qərb Moldovanı növbəti Ukrayna kimi görür“ - Sergey Lavrov
-
Ombudsman Bəxtiyar Hacıyevlə görüşüb
-
Bakıda dəhşətli qətlin təfərrüatı: - Sevgilisinin əl-ayağını bağlayıb, 14 yaşlı qızını zorladı
-
İkinci “Togg” elektromobilini İlham Əliyevə verəcək - Ərdoğan açıqladı
-
Azərbaycanda kredit faizləri yenidən artacaq? – İqtisadçı yaranacaq durumu açıqladı
-
“Konsulluqların bağlanması Türkiyəyə qarşı psixoloji müharibədir” - Süleyman Soylu
-
“Rusiya ordusu fevralın 24-dək hücuma başlaya bilər“ - Reznikov
-
“Ən-Nəsr” Ronalduya maaşının cəmi 10 faizini ödəyir - The Athletic”
-
İran hücuma görə kürdləri və İraqı ittiham etdi - PUA-lar İran ərazisinə bu yolla keçirilib
-
Azərbaycan Ordusu üçün minlərlə kilometr təminat yolu qardan təmizləndi - FOTO/VİDEO
-
Bakıda şübhəli şəxs polisə bıçaqla müqavimət göstərib - Video
-
Yeltsinin Ukraynaya qarşı müharibə ilə bağlı proqnozları ortaya çıxdı: “Sabitliyi pozan əsas faktordur”
-
Xəlil Rza Ulutürkün viran qalan ata yurdu - VİDEO
-
Bu gün Azərbaycan Gəncləri Günüdür - VİDEO
-
Kəlbəcərdə qəza: Polkovnik-leytenant həlak olub
-
Laçın yolunda son durum - Aksiyanın 53-cü günü
-
Bakıda bu yollarda tıxac var – Siyahı
-
“İsveçin NATO-ya üzv olmasına müsbət baxmırıq” - Ərdoğan
-
Lukaşenkonu Zimbabvedən keçi ilə yola saldılar - VİDEO
-
Bakıda sürücülərin kabusuna çevrilmiş küçələr - VİDEO
-
Hadisə makiyajsız və sinəsi açıq geyimdə - FOTO
-
FED uçot dərəcəsini artırıb - 4,50-4,75 %-ə çatdırılıb
-
Balakən icra hakimiyyəti ev pullarını “yeyib”? - VİDEO
-
“Gürcüstan hakimiyyəti Saakaşvilini açıq şəkildə öldürür” - Zelenski
-
“İranın nüvə obyektindəki fəaliyyətlər Tehranın öhdəliklərinə ziddir” - BAEA
-
Abdin Fərzəliyev Mehdiabadda səkini də satdı: bələdiyyə sədri makler rolunda – FOTOLAR
-
“Dövlət aparatı həddindən artıq şişib” - “Bu qədər imtahanlar, testlər nəyə lazımdır?
-
Mərkəzi Bank uçot dərəcəsini artırdı: Kredit bazarında nə baş verəcək?
-
Prezidentin təltif etdiyi gənclər kimdir? - FOTO
-
Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
-
Sabunçu sakinlərinin acınacaqlı vəziyyəti: Nə yol var, nə kanalizasiya sistemi - FOTO
-
“Türkiyə Suriya və İraqın şimalında anti-terror əməliyyatlarını davam etdirəcək“ - Akar
-
“Qarabağ”ın yeni transferi: “Biz maaşı da, qızı da göstərmirik”
-
2,6 milyard kapitalı olan “Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir...
-
“Banklar depozit faizlərini artıra bilərlər” - Mərkəzi Bankın sədri
-
Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu yenidən qurulub - FOTO/VİDEO
-
Avtomobil sahiblərinin nəzərinə: Rəng dəyişikliyi ilə bağlı YENİLİK
-
Azərbaycanla Macarıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq
-
Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub - DETALLAR
-
Gənclər üçün Prezident mükafatlarının alacaq şəxslərin adları müəyyənləşdi - SƏRƏNCAM
-
DİN iranlı narkobaronların havadarlarına qarşı əməliyyatlar keçirib - 36 nəfər tutulub (VİDEO)
-
Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
-
Gültəkin Hacıbəyliyə bəraət verildi
-
Azərbaycanda daha 39 nəfər COVID-19-a yoluxub - 2 nəfər vəfat edib
-
“Dövlət qulluğu haqqında“ qanuna dəyişiklik qəbul olunub - DETALLAR
-
Putin üçün tribunal – “Vaşinqton Post”
-
Gənclər ictimai-siyasi həyatda fəal iştirak edirlər
-
Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıldı
-
Prezidentdən yüksək vəzifəyə TƏYİNAT
-
İqtisadiyyat Nazirliyinin ləğvini tələb etdiyi tenderi “udan“ şirkət kimindir? - 385 minlik qalmaqal
-
Avropa futbolunun qış transfer dövründə ən səs-küylü keçidləri - SİYAHI
-
“Müharibədə əsas missiyanı o gənclər yerinə yetirdilər” - Vüqar Rəhimzadə
-
Fevralda hava belə olacaq - Aylıq proqnoz
-
“İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik“ - Ərdoğan
-
Azərbaycan-Macarıstan dostluq əlaqələri Avrasiya üçün çox böyük önəm daşıyır
-
Publik hüquqi şəxslərin sosial şəbəkələrdəki fəaliyyətlərinin monitorinqi aparılıb - SİYAHI
-
Baş nazir qərar imzaladı: Bu şəxslərin maaşı artırıldı
-
“Xeyli vaxt çəkib, İran polisi hər hansı ciddi tədbir görməyib“ - Perzident
-
Dudadan Zelenskiyə sülh müqaviləsi ilə bağlı təklif: “Çarizmdən qalan əsirlik sona çatsın”
-
Parlamentin İntizam komissiyası yenidən formalaşdırılıb - SİYAHI
-
“Gediş haqlarının artmasının müsbət tərəfi də var” - Deputat
-
Polis idarəsinə 100 dəfə şikayətə getdi, həbs olundu - FOTO
-
GDU-da imtahan sualları gizli formada satışa çıxarılıb? - İDDİA
-
2 fevral - Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
-
“Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır” - Nazir müavini
-
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı... - 39 nəfər saxlanılıb + FOTOLAR
-
Ötən il Qarabağda bərpa işlərinə 4,3 milyard manat xərclənib - Hansı xərclərə qənaət edilib?
-
Neftçalada İranın casus şəbəkəsinə qarşı əməliyyat: Saxlanılanlar var - FOTO
-
Dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA
-
“Rusiya maksimum eskalasiyaya hazırlaşır” - Aleksey Danilov
-
Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi
-
“Bu il illik inflyasiya 8 % ətrafında olacaq“ - AMB
-
Evinin çıxarışı olmayanlara sevindirici xəbər: Güzəştlər ediləcək - VİDEO
-
Lukaşenko həmkarına traktor hədiyyə etdi, əvəzində müqəvva aldı - FOTO
-
Bugünkü gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır
-
İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT
-
Azərbaycanda nəzirlər elektron formada toplanacaq? - VİDEO
-
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
-
Xankəndi-Laçın yolunda aksiya 52 gündür davam edir - FOTO
-
Macarıstan və Azərbaycan gələcəkdə Avropa enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaqlar
-
“Onun saç-başını yoldum” - VİDEO
-
“İstədiyimiz formada deyilik“ - Qurban Qurbanov
-
Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edildi - FOTO
-
Ceyhun Baramovla Lavrov telefonda danışdı: nələr müzakirə edilib?
TOP 10
ARXİV