| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Həbsdə olan generalın əmlakları özünə qaytarılır - MTN işi
Tarix 02.12.21, 19:37 |
|
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin(MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev, İstintaq İdarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Qaynarinfo xəbər verir ki, proses başa çatmasa da, artıq zərərçəkənlər məhkəmənin onların mülki iddiları ilə bağlı hissədə verəcəyi qərardan danışırlar. Deyirlər ki, Bakı Hərbi Məhkəməsi Mövlan Şıxəliyevlə qeyri-rəsmi razılaşma əldə edib. Həmin razılaşmaya əsasən, mülki iddialar qəbul edilməməlidir. İbtidai istintaq dövründə Mövlan Şıxəliyevin üzərinə həbs qoyulmuş əmlaklarını Bakı Hərbi Məhkəməsi özünə qaytarılmalıdır.
Ad - 00:02
ƏTRAFLI
Shah Freedom 10 sec
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ötən gün baş tutan açıq məhkəmə prosesinə jurnalistlər yenə də buraxılmayıb. Media mənsublarının hansı səbəbdən prosesə buraxılmadığı açıqlanmır. Hakim Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini qapalı keçirməsinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov da susqunluq nümayiş etdirir.
Prosesdə isə hakim vəkillərə qarşı qanunsuzluq etməkdən çəkinmir. Vəkillərdən çox kobud şəkildə telefonlarının nəzarətçilərə təvil verilməsini tələb edir. Bununla bağlı zərərçəkən Nizami Kazımovun vəkili Elçin Sadıqov məlumat verib:
"Məhkəmə iclasında prosesə "sədrlik” edən hakim Elbəy Allahverdiyev özünü hakim kimi yox, etik qaydalara belə əməl edə bilməyən şəxs kimi aparır. Hər kəsdən telefonunu qanunsuz alan hakim mənim telefonumu da almasına etiraz edəndə dedi ki, səsinin tonunu kəs. Sanki mən pıçıldayaraq danışmalı və bundan üzr istəməli idim. Guya məni ilk dəfə eşidirdi və səsimin gur olduğunu bilmirdi. Hətta bu sözü deyərkən ədəbsizcəsinə sağ əlinin baş və şəhadət barmağını maqqaş formalı hərəkət etdirməyi də unutmadı. Sadəcə olaraq səbrimi boğdum. Belə ruhi-əsəb problemləri olan, özünü aparmağı bacarmayan, etik qaydalara əməl etməyən adamın nə üçün hakim kimi qalmağı məni təcübləndirdi. Vəkil yoldaşların xahişi ilə telefonu verdim. Bu telefon məsələsinə Vəkillər Kollegiyasının Rəyasət Heyəti aydınlıq gətirməyə çalışsa da, belə hakimlərin ucbatından qanunlar pozulur. Halbuki, elektron məhkəmədə sənədlərə baxılması, yüklənməsi və s. hərəkətlərin hamısı asan imza və internet vasitəsi ilə olur. Hakimin belə qanunsuz hərəkəti nəticəsində baxılan həmin iş üzrə heç bir sənədə baxmaq imkanım olmadı. Halbuki, Mövlan Şixəliyev tərəfindən verilən vəsatətlər və digər sənədlər elektron məhkəmədə olduğuna görə sənədlərə çatmaq imkanım olmadı. Məhkəmələrə vəkillərin telefonla buraxılması məsələsi bir dəfəlik həll edilməlidir”.
Vəkilin qaldırdığı digər məsələ iş üzrə mülki iddiaların qəbul edilməsi üçün rüsum tələb edilməsi ilə bağlıdır. Vəkil qeyd edib ki, bu məsələyə aydınlıq gətirməsi üçün Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib:
"Son vaxtlarda cinayət işləri üzrə məhkəmələrdə rastlaşdığım problem və ikili yanaşma ilə bağlı yazıram. Bildiririəm ki, son dövrlərdə məhkəmələr arasında cinayət prosesi zamanı mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsi ilə bağlı fikir ayrılıqları vardır. Bəzi məhkəmələr mülki iddia üçün dövlət rüsumunun ödənilməli olmadığını bildirsələr də, bəzi məhkəmələr dövlət rüsumunun ödənilməli olduğunu bildirirlər. Hətta, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin adları Hökumət Ödəniş Portalında olmadığından həmin məhkəmələrə dövlət rüsumları ödəmək mümkün deyil. Həmin məhkəmələr mülki iddiaları dövlət rüsumu olmadan icraatlarına qəbul edirlər.
Bildiyiniz kimi AR CPM-dən 182-ci maddə çıxarılıb. AR CPM-nin iddia ərizəsini qəbul etməkdən imtina edilməsini nəzərdə tutan 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər.
AR CPM-nin 183.3. maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Göründüyü kimi mülki iddianın icraata qəbul edilməsindən imtina olunması əsasları arasında dövlət rüsumunun ödənilməsi göstərilməmişdir.
AR CPM-nin 179.2. maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.
Qeyd edilməlidir ki, qeyd edilən maddəyə görə mülki prosessual qanunvericiliyin normasının tətbiqi imperativ xarakter daşımır. Həmçinin qeyd edilən maddə mülki iddianın icraata qəbulunu deyil, mülki iddia üzrə icraatda (!) zəruri olan qaydaları nəzərdə tutur. Yəni qəbuledilənliklə bağlı əsasları deyil prosessual əsasları nəzərdə tutur. Məsələn maddi zərərin məbləğini, xəstəxana xərclərini sübut etmək, hüquq xidməti xərclərinə dair sübutlar təqdim etmək kimi çəkişmə prinsipinin meyarlarını nəzərdə tutur.
Digər bir tərəfdən Dövlət rüsumu haqqında AR Qanununa əsasən mülki işlərdə apelyasiya və kassasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumunun 50%-nin ödənilməsi, eyni zamanda AR MPM-də apelyasiya və kassasiya şikayətləri üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğu halda AR CPM-də apelyasiya və ya kassasiya şikayəti vermək hüququ olan şəxslərin (apelyasiya, kassasiya şikayətinin kim tərəfindən verilməsindən asılı olmayaraq) dövlət rüsumu ödəməli olması nəzərdə tutulmayıb”.
Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Proses "Kapital Bank”ın "Tərəqqi” filialının müdiri olmuş Hüseyn Səfərovdan MTN-də girov saxlanılmaqla 2 milyon dollar alınması epizodu üzrə şahidlərin dindirilməsi ilə bağlı davam etdirilib.
Prosesdə ilkin olaraq Hüseyn Səfərovun övladları, yaxın qohumları dindirilib. Hüseyn Səfərovun övladları bildiriblər ki, ataları 2008-ci ilin oktyabrında MTN-ə aparılıb. Orada 67 gün "Meşə qardaşları” dəstəsi üzvlərinin yanında girov saxlanılıb. Həmin müddət ərzində onlardan atalarının azad edilməsi üçün 3 milyon dollar tələb olunub. Sonda qohum-qardaşlarından topladıqları və özlərinin əmlaklarının satışından əldə etdikləri 1 milyon 650 min dolları Hüseyn Səfərovun oğlu Rüstəm Səfərov aparıb MTN-in yaxınlığında Vüsal Ələkbərova verib. Bundan sonra ataları girovluqdan azad olunub. Hüseyn Səfərov azad edildikdən sonra evini sataraq yerdə qalan 350 min dolları da oğlu Rüstəmlə bərəbər aparıb Mövlan Şıxəliyevə çatdırıblar. Pulu onlardan MTN binası yanında Vüsal Ələkbərov alaraq binaya aparıb.
Mövlan Şıxəliyevin vəkili Ceyhun Yusifov Hüseyn Səfərovun qızına atasının nədə ittiham edilməsi ilə bağlı sual verib. Şahid deyib ki, bu haqda onlara vəkilləri məlumat verib:
"Vəkil gülə-gülə dedi ki, atanızı dələduzqluqda ittiham edirlər. Mən hüquqşünasam. Vəkilin gülməyinin səbəbini də anlayırdım. Çünki dələduzluq cinayətinin araşdırılması qanunla MTN-in səlahiyyətlərinə aid deyildi. MTN faktiki olaraq polisin səlahiyyətlərini mənimsəməklə atama qarşı qondarma, saxta ittiham irəli sürmüşdü. Hamı bilirdi ki, atamı bizdən pul qoparmaq üçün girov götürüblər”.
Vəkili digər sualı MTN-ə aparılan pullaırn hansı əsginaslarda olması ilə bağlı olub.
Hüseyn Səfərovun oğlu sualı cavablandırıb. Deyib ki, Vüsal Ələkbərova verdiyi 1 milyon 650 min dollar əsasən 100-lük əsginaslardan ibarət olub.
Mövlan Şıxəliyevin digər vəkili də Hüseyn Səfərovun övladlaırna bir neçə sual verib. Vəkillərin verdiyi suallar zərərçəkənlərin və onların yaxınlarının etirazı ilə qarşılanıb. Onlar vəkilləri işin mahiyyətindən kənar, mənasız suallar verməkdə ittiham ediblər.
Məhkəmə prosesi zamanı üzə çıxıb ki, Vüsal Ələkbərov Mövlan Şıxəliyevin göstərişi ilə Hüseyn Səfərovun ailə üzvlərini hamısını bir yerdə MTN-ə çağırtdırıb. Onların hər birindən tələb edib ki, "Texnikabank”da adlarına olan hesablardakı pullardan imtina etmələri haqda ərizə yazsınlar. Ərizədə pullarından könüllü şəkildə imtina etdikərini qeyd etsinlər.
Sonradan həmin pullar Eldar Mahhmudovun yaxın dostu Çingiz Əsədullayevin rəhbərlik etdiyi "Azəriqazbank”a köçürülüb. Məhkəmədə həmçinin bəlli olub ki, pulların bir hissəsi depozit hesablardan nağd şəkildə çıxarılıb.
Məhkəmə zamanı şahid Zaməddin Məmmədov dindirilərkən yeni hal müəyyən edilib. Məlum oldu ki, Hüseyn Səfərovun oğlu 1 milyon 650 min dollar pulu MTN-ə apararkən digər bir maşınla onu Zaməddin Məmmədov müşayət edib.
Şahid bildirib ki, Rüstəm Səfərovun əlindəki pul dolu çantanı alıb qaçma ehtimalını nəzərdən keçiriblər. Bu ehtimalı aradan qaldırmaq üçün Rüstəm Səfərov pulu Vüsal Ələkbərova təhvil verənə qədər gizli şəkildə müşayət edib.
Şahid məhkəmə zamanı bildirib ki, Rüstəm Səfərov pul dolu çantanı məhkəmə zalında əyləşən Vüsal Ələkbərova oxşayan şəxsə təhvil verib. Həmin şəxs pul dolu çantanı alandan sonra MTN binasına tərəf gedib və binaya daxil olub. Şahid deyib ki, həmin şəxs MTN binasına daxil olandan sonra o, Rüstəm Səfərovun yanına qayıdıb.
Növbəti şahid "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili olub. O, sərbəst ifadəsində bildirib ki, 2009-cu ildə Hüseyn Səfərov həbsdən azad ediləndən sonra onun yanına gəlib və MTN-çilərin başına açdıqları oyunlar haqda danışıb. Asif Mərzili Hüseyn Səfərovun başına gələnlərlə bağlı qəzetdə yazılar yazıb və həmin yazılarla bağlı onu MTN-ə çağırıb hədələyiblər.
İttihama görə, Mövlan Şixəliyev Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlan Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlan Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Mehrac Qurban oğlu Qurbanov, Etibar Vahid oğlu Cəfərov, Akif Teymur oğlu Qurbanov, Orxan Elman oğlu Abdullayev, Cavidan Mustafa oğlu Hacıyev, Railə Rafkat qızı Musayeva, Kəramət Etibar oğlu Əliyev, Zaur Ağahüseyn oğlu Əliyev, Afət Davud oğlu İsmayılov, Azad Niyazi oğlu Rəşidov, Hüseyn Nəriman oğlu Səfərov, Müsənnif Hilal oğlu Salahov, Ceyhun Mahmud oğlu Seyidov, Əhməd Məhəmməd oğlu Mirzəyev, Sərdar Əhməd oğlu İsmayılov, Elvar Layıq oğlu Əliyev, Seyran Burhan oğlu Nəcəfov, Rauf Faiq oğlu Kərimov, Qulam Davud oğlu Bağırov, Qüdrət Baloğlan oğlu Baloğlanov, İbrahim Məhəmməd oğlu Zeynalov, Rauf Qasım oğlu Həsənov, Ələddin Hüseyn oğlu Əliyev, Anar Sadıx oğlu Heydərov, Bahəddin Abdulla oğlu Sultanov, Elşən İsmayıl oğlu Mədətov, Ağasalam Mövlud oğlu Ağamalıyev, Namil Heydər oğlu Rzayev, Etibar Mahmud oğlu Əliyev, Nizami Firudin oğlu Kazımov, Əfsəl Xanlar oğlu Həsənəliyev və Esmira Məcid qızı Bayramova zərər çəkiblər. Cinayət işi üzrə 32 zərərçəkmiş var. Onlara ümumilikdə 20 milyon manat ziyan vurulub.
Xəbərin oxunma sayı : 1000
Hadisə
Xəbərlər
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bakıda restoran 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO
-
Azərbaycanda qədim dövrlərə aid qurğular aşkarlandı - FOTO
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəbi bu ola bilər
-
“Formula -1 Azərbaycan” qran-prisinə görə bəzi parklanma yerləri bağlandı - VİDEO
-
Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz - Bu halda
-
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı - Yeni siyahı
-
Pezeşkian Nyu-Yorka gedir - ABŞ-dan qəribə qadağa
-
Magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir - Xəbərdarlıq
-
Türkiyə dönərə “qadağa” qoydu - Azərbaycanda vəziyyət necədir?
-
Husilər Səudiyyəyə hücumu genişləndirir - Məkkə ilə Mədinə gündəmdə
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: “Mənə heç nə edə bilməzsiniz“
-
Xocavənd rayonunda nə qədər insan yaşayır? - Açıqlama
-
Putindən sonra Rusiyanı kim idarə edəcək? - 7 namizəd
-
Keçmiş baş nazirdən şok iddia: “20 milyon əhalimiz qalıb!“
-
“Asiyada əvvəlki Amerika nizamı çöküb, yeni regional nizam yaratmaq lazımdır” - Qalibaf
-
Matviyenko ona məğlub oldu - Gizli yazışmalar üzə çıxdı
-
F-35-lərə aid məxfi texnologiya oğurlanıb? - Araşdırma başlayıb
-
Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı
-
Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı (VİDEO)
-
Hansı ölkədə alınan mənzilin pulunu neçə ilə “çıxarmaq” olur? - Siyahı
-
Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?
-
Almaniyada iki əyalətdə seçki keçirilir - Mertsin gələcəyi təhlükədə
-
Millidən kənarda qalan qapıçı “od püskürdü“ - “Bu, onunla əlaqəli söhbət deyil“
-
İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB
-
Bakıya yağış, rayonlara dolu - Sabahın havası
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN (VİDEO)
-
Si Cinpinlə bağlı müəmmalı məqam: BRICS şam yeməyinə son anda qatılmadı
-
PSJ rəhbəri ilə bağlı Parisdə araşdırma başladı - Səbəb nədir?
-
İran ilə ABŞ arasında danışıqlar davam edir - Əraqçi
-
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
Ceyhun Bayramov Nyu Yorka getdi - Baş Assambleyanın 81-ci sessiyasında iştirak edəcək
-
Trampın iqamətgahı üzərində həyəcanlı anlar: “F-16“ qırıcısı mülki təyyarəni ələ keçirdi
-
“Əsrin müqaviləsi“nin imzalanmasından 32 il ötdü
-
Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
-
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Sevda çimərlik geyimində görüntülərini paylaşdı - VİDEO
-
Bəhlul Mustafazadə komandaya nə vaxt qoşulacaq? - Qurbanov açıqladı
-
Yeni dərs ili başlayan kimi əmək müqaviləsinə xitam verildi - VİDEO
-
Formula 1 zamanı şəhərin mərkəzindəki bu yollar açıq olacaq - SİYAHI
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək - VİDEO
-
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
“Eşitdiklərimdən şoka düşdüm“ - Seyfəddin Dəmirliyə qarşı dələduzluq edənin İŞİ
-
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
-
99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub yarı qiymətə satışa çıxarılıb - Alan yoxdur
-
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb - TƏFƏRRÜAT
-
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
-
Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK
-
Nazirlik iki kənddə məktəb tikəcək - 13,8 milyon manat ayrılıb
-
Bakıda bu məktəblər onlayn tədrisə keçir-Siyahı
-
Afra Saraçoğlunun adı narkotik istintaqında - Aktrisa danışdı
-
Fransanın Azərbaycanla bağlı xəbərdarlığına - Rəsmi Bakıdan reaksiya
-
Bu şəxslərin borcları ilə bağlı yeni addım atılır - Nazirlik məlumat yaydı
-
Azərbaycanda abortların sayı rekord səviyyəyə yüksəlib - Son 18 ilin statistikası
-
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Aqrarkredit”in 10 milyonluq əmlakı hərracda - Üçü ucuz qiymətə satıldı
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
-
Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - RƏQƏMLƏR
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
-
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində:Milyonlarla avroluq cinayət işinin detalları
-
Saxta əlillik verən həkimin məhkəməsində “povestka“ paylayan danışdı - ŞOK İFADƏ
-
Bu işlə məşğul olan vətəndaşların nəzərinə - Əlavə pul alacaqsınız
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
-
Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü
-
Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
-
Hansı ölkədə işçinin maaşından daha çox pul tutulur? - SİYAHI
-
Ayxan Abbasov millinin heyətini açıqladı - Kimlər çağırıldı?
-
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
-
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq - YENİ QANUN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
-
Bakıda 13 yaşlı qızın hamilə olması üzə çıxdı - Oğlana bu cəza verildi
-
İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? - VİDEO
-
Evlərinə tez çatmaq üçün düz xətti qırıq-qırıq xəttə “çevirdilər” – Video
-
Beyləqanda kənd təsərrüfatı ilə bağlı monitorinq keçirilib - Fotolar
-
Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı
-
Sabahdan Bakıda mərkəzi yollar bağlanır - SİYAHI
-
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)
-
Kadırovun oğlunun çıxışı müzakirələrə səbəb oldu - VİDEO
-
Almaniyada terror aktı cəhdi: İraq vətəndaşının planı üzə çıxdı
-
Bakıda qızları tora salan “SEHİRLİ ŞAMLAR“ - İnanc, yoxsa pul tələsi
-
“Evsiz-eşiksiz qaldım“ - Məhkəmənin qərarı niyə icra olunmur?
-
Hökməli dairəsində piyadaların keçidi üçün şərait yoxdur? - VİDEO
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Bərpa olunan enerji sahəsində yeni mərhələ başlayır - VİDEO
-
Prezidentin Şamaxı rayonuna səfəri ilə bağlı paylaşım olunub - VİDEO
-
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
-
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
-
Şagirdlər axşama qədər məktəbdə qalır - Valideynlərdən NARAZILIQ
-
Metronun “Həzi Aslanov“ stansiyasında aparılan yenidənqurma işləri yekunlaşır - VİDEO
-
Əli Nağıyev Qazaxıstanda: “Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və...“
-
Ekspres avtobuslara minənlərin sayı açıqlandı - VİDEO
-
Yeni dələduzluq növü peyda olub - BELƏ ALDADIRLAR
-
Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
-
Ermənistan və ABŞ arasında birgə hərbi təlimlər - Müzakirə olundu
-
Yevlaxda yolları hər il bu şirkət təmir edir - Nə qədər pul xərclənib?
-
Suraxanıda “Daş abidə”nin yerindəki tikinti dayandırıldı - İcra hakimiyyəti və qurumlar hara baxırdı?
-
Mehdiyev məhkəməyə müraciət edib - Nə yazıb?
-
35-50 yaşlı hərbi vəzifəlilər təlim toplanışına çağırılır - RƏSMİ
-
Prezident və birinci xanım Pir Ömər Sultan ziyarətgahında - FOTO
-
Növbəti 4 ildə pensiyaların nə qədər arta biləcəyi açıqlandı - Artım hər il aşağı düşəcək
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“ASAN Xidmət“ə “asan“ iş vədi - Astarada 4 min manatlıq dələduzluq
-
Moskva-Bakı münasibətlərindəki böhran həll olunub - Şoyqu
-
Bakıda piyada keçidində eskalatorların işləməməsindən narazılıq - VİDEO
-
Heyvan bazarları nə vaxt bərpa olunacaq? - Rəsmi açıqlama
-
“Azərbaycan Sənaye Bankı”na yeni sədr təyin edilib - Uzun müddətdir orada çalışırdı
-
Gələn il müdafiə xərcləri 1,1, kənd təsərrüfatı xərcləri 13,2 faiz artacaq - Siyahı
-
İlham Əliyev və birinci xanım “Nəsimi Bağları”nda - FOTOLAR
-
Faizlər aşağı salınmalıdır - Tramp FED-in qərarına etiraz etdi
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib - TƏFƏRRÜAT
-
Bərdədə bir gecədə 100-dən çox artezianı söküblər - Sakinlərdən şikayət
-
Prezident və xanımı “Meysari Grand Hotel & SPA”nın açılışında - Fotolar
-
“Tələbəni xaric etmək doğru deyil“ - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
TOP 10
ARXİV






