Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Hər şey 10-15 manat – Bu qədər endirimin səbəbi nədir?

Tarix 23.02.24, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar mağazalarda sürətli endirim halları müşahidə olunur. Kiçik mağazalar hər şey 10-15 manata kimi endirimlər edirlər. Bildirirlər ki, yeni kolleksiya gələcək, ona görə belə endirim edirlər. Maraqlıdır, mağazalar hansı hallarda bu kimi kəskin endirimləri edirlər? Bu kəskin qiymət endirimi geyim sektorunun gələcəyi haqqında nə deyir?

Bu barədə Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, sahibkarlar qiymət siyasətini formalaşdıran zaman nəzərə alır ki, bütün məhsulları satmaya bilər. Buna görə də qiymətdə müəyyən qədər rezerv götürürlər:

“Məsələn, satışa çıxarılan məhsulun satılmaması, maya dəyərinə və ya ziyan ilə satılması kimi məsələlər qiymət siyasətində mütləq nəzərə alınmalıdır. Təcrübəli sahibkarlar bilirlər ki, bütün məhsulları satmaya da bilərlər, ona görə də əvvəlcədən sığortalı prosesə gedirlər. Həmin məhsulu ucuz qiymətə satmasa, yeni sezon məhsulları gəldiyi üçün ən azı bir il saxlamalıdır, bu da həm yer tutur, həm də xarab ola bilər. Xüsusən də kiçik sahibkarlar nağd pula çox həssasdırlar. Onlar üçün 3-5 min kimi məbləğlər əhəmiyyətlidir, çünki onların cari aylıq ödəmələri var, maliyyə resursları azdır, məhsulu nisyə alırlar, satıb borclarını qaytamalıdırlar. Yəni maliyyə rezervləri az olduğu üçün məhsulun satılmamasına dözmək çətinlik yaradır”.

Ətraflı
Ekspert deyir ki, belə endirimlər onlara çox da mənfi təsir etmir çünki, onlar işlərini planlaşdırırlar: “Rəqabət məsələsi həmişə olub və hər zaman da olacaq. Kiçik sahibkarların qiyməti özlərinin təyin etməsinin tərəfdarıyam. Çünki, burada həm rəqabət, həm də sadaladığımız digər risklər var. Hansısa sahibkarın taleyi, nə qədər pul qazanması deyil, ümumi bazar bizi narahat etməlidir. Alıcıya, istehsalçıya, ixtisasçıya maraqlı odur ki, rəqabətli olsun, qiymətlər ədalətli şəkildə təyin edilsin. Sezon məhsullarının sezonu bitəndən sonra və növbəti sezon üçün məhsulları daha ucuz almaq ehtimalı olan zaman ucuza satırlar ki, əldə nağd pulları olsun. Ona görə mənfəətlərindən imtina edirlər. Bu kimi amillər kəskin endirimlərin səbəbləri ola bilər”.



Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap