![]() |
|














Heydər Əliyev sabiq İran prezidentinin xatirələrində:“O, Surət Hüseynovun Rusiyanın casusu olduğunu dedi“
Tarix 30.10.19, 11:15 |
|
287.jpg)
İranın sabiq prezidenti mərhum Əli Əkbər Haşimi Rəfsancaninin xatirələri ilə “Strateq.az” oxucuları bir dəfə tanış edilib. Yadından çıxaranlar üçün xatırladım: “İranin sabiq prezidentindən Heydər Əliyevlə bağli maraqli xatirələr: “Deyirdi ki, İran və Azərbaycan Rusiyani öz hüdudlarina qaytara bilər”.
Bu dəfə daha bir parçanı ixtiyarınıza buraxıram. Ümid edirəm ki, marağınızı çəkəcək.
Zəruri qeyd: Rəfsəncaninin Heydər Əlyevlə söhbəti 1994-cü ilin 27 oktyabrına təsadüf edir.
1371-ci il (mart 1992 – mart 1993)
…[Xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə köməkçisi] cənab [Mahmud] Vaizi gəldi. Məruzə Fransa və Rusiyaya səfərlərlə bağlı idi və iki ölkə səlahiyyətlilərinin bizimlə əməkdaşlığı inkişaf etdirməyə hazırlığını bildirdi. Venesuela prezidentinin xüsusi elçisi [Orasabo Orteqa] gəldi. Prinsipcə qəbul etdiyim 1-ci qrupa qoşulmağımıza dair bir məktub aldı. Çin də dəvət olunmuşdu.
Hindistan ruhanilərindən olan cənab Adib gəldi. Növbəti toplantılarına nümayəndə heyətinin göndərilməsini istədi. İki il əvvəl etdiyi əvvəlki səfərindən sonra İrandakı müsbət dəyişiklikləri və inkişafı görəndə, təəccübləndi. Hindistan müsəlmanlarının Kəşmirin azad edilməsini istəmədiyini və Hindistanın tərkibində qalmağı üstün tutduğunu söylədi, çünki bu, hinduların təcavüzünə qarşı Hindistan daxilində müsəlmanları gücləndirəcək və Konqresdə daha çox təmsilçiliyə sahib olacaqdılar.
Türkiyənin baş naziri cənab Süleyman Dəmirəl gəldi. Əvvəlcə təkbətək görüşümüz oldu. İraq, Bosniya və Herseqovina, Dağlıq Qarabağ və Rusiya müzakirə edildi. Demokratların Amerikadakı qələbəsindən narahatdırlar və [Corc] Buşun qalib gəlməsinə tərəfdardırlar. İraqda böyük bir dəyişiklik olmayacağına inanır və İraqın ərazi bütövlüyünü dəstəklədiklərini iddia edirlər. Rəsmi görüşdə mövqelərimizi müzakirə etdik.
Namazdan sonra nahar etdik. Süfrə başında OPEC-in möhkəmləndirilməsi, keçmiş sovet respublikaları ilə əməkdaşlıq, sərhəd təhlükəsizliyi, İraq Kürdüstanının müstəqilliyinə qarşı çıxmaq və ümumiyyətlə, anlaşma ilə müşayiət olunan müştərək bankın yaradılması haqqında çoxsaylı söhbətlərimiz oldu.
[Rusiya prezidenti] Yeltsinin fikrincə, problem davam edə bilər və Rusiyada hərbi idarəçiliyə qayıtma ehtimalı zəif deyil, hərgah, özləri heç nə edə bilmirlər.
Cənab [Hüseyn] Şeyxülislam (uzun müddət XİN-də işləyib, Suriyada səfir olub, hazırda da XİN-də çalışır – Ə.R.) telefonla iraqlıların bizim vasitəsimizlə Sudana neft tədarük etmək istədiklərini bildirdi.
Gecə işləri tamamlayıb evə gəldim.
1373-ci il (mart 1994 – mart 1995)
Türkiyə prezidenti [hörmətli Süleyman Dəmirəl] və müşayiətçiləri iqamətgahımıza gəldi. Hər dəfə səhər yeməyinə gedərkən, süfrə başında danışıqlar apardıq. İraq, kürdlər və xüsusən Şimali İraq haqqında çoxlu müzakirələrimiz oldu. İraqın şimalında müstəqil kürd dövlətinin yaranmasından çox narahatdırlar. Əslində, onlarla həmrəyik, amma onlar kimi narahat deyilik.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsas problem Rusiya idi. Bosniya və Herseqovina və Əfqanıstan məsələləri də müzakirə edildi. Təxirə salınmış borclara gəlincə, onların Tehranın qərarına əməl etmədikləri məlum oldu. Bir milyondan az olan borcları ödəməli və qalan hissəsinin ödənişini uzatmalı idilər; bu işə nəzarət edilməsi qərara alındı.
…Türkmənistanın müstəqilliyinin üçüncü ildönümünü qeyd etmək üçün meydana getdik. Məndən əvvəl hamısı gəlmişdi. Türkiyə, Azərbaycan dövlət başçıları, Pakistan baş naziri və cənab Niyazov orada idilər. Dərhal meydana baxan eyvana çıxdıq. Yaxşı təşkil olunmuşdu. Cənab Niyazov və Heydər Əliyev iki tərcüməçi ilə birlikdə yanımda dayanmışdılar.
Mərasim silahlı qüvvələrin marşı və paradı ilə başladı. Çoxlu tank, helikopter, top və zenit raketləri vardı və rus pilotları 4 təyyarə ilə səmada gözəl tamaşa göstərdi. Mərasim yaxşı hazırlanmışdı. Əsgərlər və silahlar da yeni və səliqəli geyimdə idi. Sonra sadə insanlar və dövlət qurumlarının təmsilçiləri mahnı və rəqslərlə qarşımızdan keçdilər, buna üç saatdan çox vaxtımız getdi.
Xalq şad-xürrəm və xoşbəxt, təmiz, rəngarəng paltarlarda və qadınlar ənənəvi türkmən libaslarında idilər. Niyazovun fotosu həddən artıq çox gözə dəyirdi və bu, rəqiblərinin dediyi kimi, monarxiya və şəxsiyyətə pərəstiş ittihamlarının təzahürüydü. Orada mənim və digər dövlət başçılarının fotoşəkilləri vardı. İran da daxil olmaqla, bir neçə başqa qrup da parad meydanından keçdi. Qədim İran idman növləri ilə meydanda çıxış etdilər. Mərasim zamanı günorta çağı və axşam ibadət etməyə getdim və qayıtdım.
Mərasimdən sonra maşına minib cənab Niyazovun şəxsi iqamətgahında yeməyə getdik. O, İran sərhədi yaxınlığındakı tarixi Firuzəyə qonşuydu, tikintisi hələ başa çatmamış yolun kənarında. Yolun ortasında cənab Niyazov dedi ki, Firuzə mülkü İrana məxsus olub və keçmiş Sovet İttifaqı onu İrandan alıb və geri qaytarmayıb; bunun müqabilində Azərbaycandakı bir ərazi İrana təhvil verilib. Sonra doktor Vilayəti (xarici işlər naziri – Ə.R.) bu iddianı rədd etdi, dedi: “Heç nə vermədilər, binanı zorən aldılar; məsələni araşdırmalıyıq”.
(Türkmənistan ərazisi 1881-ci ilin Axal müqaviləsi ilə Rusiya imperiyasına birləşdirilib. Bu gün məşhur kurort şəhəri, əvvəllər isə Xorasanda kiçik kənd olmuş Firuzə hazırkı İran-Türkmənistan sərhədi yaxınlığında yerləşir. İran hökumətləri heç vaxt həmin ərazinin işğalını tanımayıb. “Wiki” məlumata görə, şah dönəmində Zahedi hökuməti SSRİ-nin bu əraziyə suverenliyini tanıyıb. Bunun müqabilində SSRİ-İran sərhədinin Azərbaycan hissəsində müəyyən dəyişiklik edilib. O cümlədən Yardımlı rayonunun ucqar Deman kəndi ərazisi Azərbaycan SSR ərazisinə qatılıb. Sovet hökuməti ilə nəzərdə tutulan sövdələşmələrdən biri 1940-cı illərdə İrandan müsadirə olunmuş qızıl fondu ilə bağlı olub. Lakin bu məsələdə rəsmi Tehran Kremllə anlaşa bilməyib – Ə.R.)
Təpəlik məkanda italyanlar öz materialları ilə möhtəşəm bir bina inşa edib və 180 metr dərinliyə çatan iki su quyusu qazıblar. O, (Niyazov – Ə.R.) mənə 50 hektar torpaq vermək istədiyini söylədi. Doktor Vilayəti İranın bu bölgədə qərarlaşmasının yaxşı fikir olduğunu düşünür.
Qonaqlar üçün nahar yeməyi də Aşqabadın italyan restoranında verildi. Yaxşı idi, əsasən türkmənlər xörəkləri. Günorta yeməyindən sonra dövlət başçısı olan dörd qonağa 4 at hədiyyə verildi, müvafiq mərasim və sertifikatın təqdim edilməsi ilə.
Sonra eyni maşınla qaz kəmərinin inşaat sahəsinə yollandıq. İran və Türkmənistan arasındakı sərhəddə bizə ətraflı izahat verdilər. Bu bölgədəki şir və digər nadir heyvanlar, yayda çoxsaylı yanğınların olduğu bildirildi. Rəmzi kəmərsalma mərasiminin yerində böyük qələbəlik vardı. Niyazov, Əliyev, xanım Bhutto və mən oturub söhbət edirdik. Sonra boruların qaynaq ediməsi başladı və üçümüz kürəklə təmələ torpaq atdıq.
İqamətgaha qayıtdıq. Əfqanıstandan [İslam Hərəkatı Partiyasının lideri] cənab [Əbdülrəşid] Dustum gəldi. Oradakı vəziyyəti izah etdi və [Burhanəddin] Rabbani və [Gülbəddin] Hikmətyardan şikayətləndi. Sülhə və bütün qrupların əməkdaşlığa ehtiyac olduğunu söylədim… Maraqlı insandır. Keçmiş rejimin komandirlərindən biri olub və bu gün Əfqanıstanda, digər ərazilərlə müqayisədə daha yaxşı yer olan Şimali Əfqanıstanda yaxşı mövqeyə sahibdir.
[Azərbaycan Prezidenti] cənab [Heydər] Əliyev gəldi. Azərbaycandakı son uğursuz çevrilişi qısaca izah etdi, [Surət] Hüseynovun Rusiyanın casusu olduğunu və qaçdığını dedi, acizanə tərzdə, dərhal onlara 25 min ton un və buğda göndərməyimizi xahiş etdi. Dedi ki, yaxın 3 gündə yetişdirilməzsə, insanlar ac qalacaq.
Rusiya bir qədər göndərib, amma [Azərbaycana] çatmayıb, çünki dənizdə fırtınadır. [Neft naziri] cənab Ağazadə konsorsiuma imza atmaq üçün Bakıya getmək istəyir, XİN razı deyil. O, səfirimizi [cənab Əli Əsgər Nəhavandianı] dəyişməməyi istəyir. Xarici İşlər Nazirliyi razı deyil, deyir ki, Rusiya ilə ahəngdarlıq daha yaxşı olar.
Gecə hava limanına getdik. Cənab Niyazov bizi gözləyirdi. Getməzdən əvvəl bir müddət ingilislərin kredit verdiyi 60 milyon dollarla tikilən yeni terminal binasında qaldıq.
Beləliklə, bir az fərdi danışıqlar apardıq. Yeni terminal tam təchiz olunub. [Niyazov] Əliyevlə danışıqlardan yorulduğunu söylədi. Heyqin hesabatının nəticəsi, lazımi boru dizaynını mənə göndərməli idi.
Qarşılandığımız kimi, yola salınmağımız da rəsmi mərasimlə həyata keçdi. Yolda gəldiyimiz qənaət bu idi ki, səfərdən müsbət nəticələr əldə etmişik. Sərəxs gömrükxanasını mümkün qədər tez açmağa hazırlaşırdıq. Mazandaran valisi ilə Xəzər sahili və şimal yolu layihəsi ilə bağlı müzakirələr aparıldı. Dəniz suyu bu günlərdə tez-tez qabarır. Xorasan valisinə dedim ki, Məşhəd elektrik qatarları planını yayımlayın. Saat 9-da Mehrabada və saat 10-da evə gəldik.
Əziz Rzazadə
“Strateq.az”
Xəbərin oxunma sayı : 424
Maraqlı
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV