“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Hindistan-Çin sərhədində növbəti gərginlik: Çin hərbçiləri Hindistan əsgərlərinin silahlarını müsadirə ediblər

Tarix 24.05.20, 13:14

Font ölçüsü : - / +
bitmap-img6


Çin hərbçiləri hindistanlı sərhədçiləri saxlayıb, daha sonra azad edib.

Bu barədə “NDTV” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisə iki ölkə arasında yerləşən Ladakx adlı yüksək dağlıq regionda baş verib. Çin hərbçiləri Hindistan əsgərlərinin silahlarını müsadirə ediblər, lakin sonradan geri qaytarıblar. Gərgin vəziyyət Hindistan və Çin komandanlığının nümayəndələri arasında baş tutan görüşdən sonra stabilləşib.

Buna baxmayaraq, Hindistan Çin ilə sərhədi əvəz edən Ladaxdakı nəzarət xəttinə bir neçə piyada batalyonu göndərib.

Qeyd edək ki, bir neçə gün öncə Hindistan Çinlə sərhəd rayonları yaxınlığında Pekinə məxsus helikopterlərin peyda olmasından sonra qırıcılarını havaya qaldırıb.

Xatırladaq ki, Hindistan və Çin arasında 1962-ci ildə silahlı qarşıdurma olub. Rəsmi Pekin indiyə qədər Hindistanın Arunaçal-Pradeş ştatında 3,5 min kv.km. əraziyə iddia edir. Rəsmi Dehli isə Çini Cammu və Kəşmir ştatlarında 43 min kv km. ərazini qanunsuz işğal etməkdə günahlandırır.

Son illərdə iki ölkə arasındakı ən ciddi qarşıdurma, 2017-ci ilin yayında, Çindən gələn işçilər Çin, Hindistan və Butan sərhədlərinin yaxınlaşdığı bir dağlıq ərazidə, mübahisəli Doklam yaylası üzərindən magistral yol çəkməyə başladığı zaman meydana gəlib.

Butan hakimiyyəti buna etiraz etsə də, Çin tərəfi bu etiraza səssiz yanaşıb. Ancaq Hindistan məsələyə müdaxilə edərək qoşunlarını həmin əraziyə cəlb etmişdi. Qısa atışmadan sonra Çin hərbi qüvvələrini yayladan çıxarmışdı.

Bir neçə ay ərzində aparılan siyasi məsləhətləşmələrdən sonra Hindistan və Çinin xarici işlər orqanları Doklama bölgəsində qüvvələrin yerləşdirilməsi barədə razılığa gəldiklərini açıqlamışdılar. /Report



Xəbərin oxunma sayı : 580




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap