Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Koronavirusdan ölən 9-cu sinif şagirdi ilə bağlı açıqlama: “Sağlam idi, başqa xəstəliyi yox idi...”

Tarix 13.10.21, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində koronavirusa yoluxmuş 9-cu sinif şagirdi xəstəxanada vəfat edib.

Belə ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Məktəbli oktyabrın 11-də, Bakıdakı klinikaların birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib.

AzFakt.com xəbər verir ki, sözügedən təhsil müəssisəsindən Sfera.az-a verilən məlumata görə, şagirddə yanaşı xəstəlik olmayıb:

"Kamil Əsgərovun valideyinləri də bildirir ki, onda başqa xəstəlik olmayıb. Digərləri kimi o da sağlam, normal uşaq idi. Xəstələndikdən sonra vəziyyəti ağırlaşıb və dünyasını dəyişib. Hələ ki, məktəbdə distant təhsilə yalnız onun oxuduğu sinif keçib. Digər siniflər ənənəvi qaydada tədrisi davam etdirir”.

***
 
Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.

AzFakt.com APA-ya istinadla xəbər verir ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.

Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.

Məktəbdən APA-ya verilən açıqlamada K. Əsgərovun vəfat etməsi xəbəri təsdiqlənib.

Bildirilib ki, K. Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib: "Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib”.



Xəbərin oxunma sayı : 463




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap