Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Koronavirusun Avro-2020-yə mümkün təsiri - UEFA-dan açıqlama

Tarix 26.02.20, 14:51

Font ölçüsü : - / +
bitmap-img6


Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərin siyahısında dəyişiklik ola bilər.

Qol.az xəbər verir ki, bunu UEFA-nın vitse-prezidenti Mişel Uva koronavirus epidemiyasının Avropa çempionatına mümkün təsiri barədə danışarkən deyib. Onun sözlərinə görə, əgər ev sahibi ölkələrdən hansısa sözügedən virusa görə təminat verməsə o zaman oyunlar başqa şəhərdə keçirilməli olacaq:

“Hazırda gözləmə mövqeyindəyik. Koronavirusun təsir göstərdiyi ölkələri, orada təşkil olunan turnirlərlə bağlı qərarları diqqətlə izləyirik. Böyük beynəlxalq turnirlərin təxirə salınması və ya dayandırılması vəziyyət daha da pisləşəcəyi halda gündəmə gələ bilər. Hansısa turniri təxirə salmaq və ya şəhər dəyişdirmək istəmirik. Amma ev sahibi ölkələrdən biri virusa görə bizə zəmanət verməsə, şəhər dəyişikliyi edə bilərik. İzləyib, nələr olduğunu görəcəyik”.

Uva virusun Avropada geniş şəkildə yayılacağı halda, Çempionlar Liqası və Avropa Liqasını dayandırmaq məcburiyyətində qalacaqlarını da deyib.

Qeyd edək ki, Avro-2020-nin bir neçə oyunu koronavirusun yayıldığı İtaliyanın paytaxtı Romada keçiriləcək. Hazırda İtaliyada 200-dən çox insan bu virusa yoluxub və onlardan 6-sı ölüb. Epidemiya səbəbindən İtaliyada bir sıra idman yarışları təxirə salınıb.

Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.



Xəbərin oxunma sayı : 202




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap