“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Kremldən Belarusda “Vaqner” döyüşçülərinin saxlanılmasına reaksiya:“Onlar Rusiya vətəndaşlarıdır”

Tarix 30.07.20, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


“Moskva Belarusda Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı tam məlumata malik deyil”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Moskva Rusiya səfirinin Belarus Xarici İşlər Nazirliyində (XİN) görüşdən sonra saxlanılan rusiyalılar barədə ətraflı məlumatlar əldə edəcəyinə ümid edir. Bu gün bizim səfir Minskdə, XİN-də həmkarları ilə görüşür. Ona görə də ümid edirik ki, bu görüş nəticəsində, eləcə də xüsusi xidmət orqanlarının təmas kanalları nəticəsində baş verənlər haqqında ətraflı məlumat alacağıq. Sözsüz ki, saxlanılan Rusiya vətəndaşlarının hüquqlarının tam qorunacağına ümid edirik”, – deyə D. Peskov vurğulayıb.

Kremlin sözçüsü Belarusda saxlanılan döyüşçülərin Ukrayna vətəndaşlığının olmasına da münasibət bildirib: “Biz onların Ukrayna vətəndaşlığını tanımırıq. Onlar Rusiya vətəndaşlarıdır”.

Qeyd edək ki, dünən Belarusda Rusiyanın “Vaqner” özəl hərbi qurumunun 32 döyüşçüsünün saxlanılması ilə bağlı məlumat yayılıb/APA.



Xəbərin oxunma sayı : 1840




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap