Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

“SOCAR və “Asarel Energy” arasında saziş imzalandı - Fotolar

Tarix 13.11.24, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb.

AzFakt.com xəbər verir ki, əvvəlcə Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb.

***

Görüşdə Prezident İlham Əliyev imzalanan sənədin əhəmiyyətini vurğuladı, bunun əməkdaşlığımızın möhkləmlənməsi işinə verdiyi töhfəyə toxunub.

Dövlət başçısı COP29-da iştirak etdiyinə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti bu tədbirin artıq səmərəli nəticələr verdiyini deyərək vurğulayıb ki, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı 10 ildən çoxdur müzakirələrin aparılmasına və indiyədək irəliləyişlərin əldə edilməməsinə baxmayaraq, məhz COP29-da bununla əlaqədar müvafiq irəliləyişlərə nail olunub.

COP29-un əhəmiyyətinə toxunan Bolqarıstan Prezidenti bu tədbirin mükəmməl səviyyədə təşkil olunduğunu vurğulayıb. Qeyd edib ki, burada əldə edilən nəticələr gələcək üçün böyük əhəmiyyət daşıyacaq.

Rumen Radev ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb.

Görüşdə bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq layihələri müzakirə olunub, COP29 çərçivəsində beynəlxalq maliyyə və bank təşkilatlarının yeni maliyyə hədəfi ilə bağlı verdiyi açıqlamaların ciddi ümidlər vəd etdiyi bildirilib.






Xəbərin oxunma sayı : 340




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap