Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Nazirin sensasion eyhamı - cərimələr yığılıb hara gedir?

Tarix 22.11.24, 9:26

Font ölçüsü : - / +
bitmap-img6


“Hazırda yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək”. 

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bəzi hallarda cərimə yazılır, amma büdcəyə gəlmir: “Biz bu məsələyə nəzarəti gücləndirəcəyik. İcmal proqram təminatı vasitəsilə biz cərimələrin büdcəyə ödənilməsinə nəzarət edəcəyik. Büdcə təşkilatlarının 840 milyon manat daxilolmasını proqnozlaşdırırıq. Bunların əksəriyyəti cərimələrdir. Əsas vəsait bir neçə qurumun payına düşür. Birinci yerdə DİN-dir, ən çox cərimə onlardan daxil olur. İkinci yerdə İqtisadiyyat Nazirliyi gəlir. Bu nazirliyin tərkibində də bir çox qurumlardan cərimələr büdcəyə daxil olur. Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Ekologiya və Təbiii Sərvətlər Nazirliyinin burada payı var. Bu cərimələr büdcəyə gəlir”.

Maliyyə naziri deyir ki, cərimələrin büdcəyə daxil olması məsələsində problem var. Necə olur ki, cərimələr büdcədən yayınır? Elə isə bu pullar hara gedir? Cərimələrin büdcəyə cəlb edilməsi üçün nə etmək lazımdır? 

REAL-ın yeni sədri Natiq Cəfərli olacaq?

Natiq Cəfərli 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, nazir ciddi mövzuya toxunub: “Vəzifəli şəxslərin səlahiyyəti var, onlar belə açıqlama verərkən, açıq şəkildə bəzi suallara da cavab  verməlidir: niyə daxil olmur? Hansı qurumlar cərimələri mənimsəyir? Nə qədər vəsait büdcədən yayınır? Kimlərdir günahkar? Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür? Dövlət-hökumət qurumları, məmurlar səlahiyyət sahibidirlər, səlahiyyət isə məsuliyyət yaradır, müxalifətin məlumat bazasına çıxışı yoxdur, halbuki parlament partiyalarının belə bir imkanı olmalıdır. Olsa, məlumat əldə edib, kimin nəyi necə etdiyini göstərə bilərik. Əslində bu sualın cavabını elə maliyyə nazirinin özü verməlidir. Jurnalist və müxalifət nümayəndəsi sual vermək üçündür. Onun məlumat bazalarına çıxış imkanları məhduddur. Yetkililər bu suallara aydınlıq gətirməlidir. Nazirin sualının özü sual yaradır. Hökumət aydınlıq gətirsin ki, nazirin sadaladıqlarına görə məsuliyyəti kim daşıyacaq və kimlər cəzalandırılacaq”. 

Vahid Əhmədov: “Elçibəy hakimiyyətdə çox qalmayacığını bilirdi və bunu  deyirdi də...” Pravda.az

Vahid Əhmədov

İqtisadçı Vahid Əhmədov isə deyib ki, ölkədə bir çox sahələrdə böyük məbləğdə cərimə tətbiq olunur ki, bu da əhalini narazı salır. Onun sözlərinə görə, nəqliyyatla əlaqədar cərimələrin sayı artırılıb: “Qanunda da göstərilir ki, cərimənin müəyyən hissəsi onu tətbiq edən təşkilatın, qurumun ixtiyarına verilir. Ola bilər ki, hansısa qurum bu cərimələri tam mənimsəyir və büdcəyə ödəmir. Ümumiyyətlə, cərimələrlə bağlı məsələyə yenidən baxmağa ehtiyac var. Cərimələrin tətbiq olunduğu sahələrin özünü doğruldub-doğrultmadığına baxmaq lazımdır.  

Cərimələr o sahəyə tətbiq edilməlidir ki, orada əhalinin həyat şəraitinə, normal yaşamasına, sağlamlığına müəyyən qədər təsir edir. Ucdantutma bütün sahələrdə cərimələri ilbəil artırmaq doğru deyil. Məndə olan məlumata görə, il ərzində 7 milyarda yaxın büdcəyə cərimə daxil olur. Bakıda cərimələr daha çoxdur. Avtomobili saxlamağa dayanacaq tapmırsan. Aptekdən dərman almaq üçün avtomobildən düşürsən və qayıdıb görürsən ki, cərimə olunmusan. Bu məsələdə dünya ölkələrinin təcrübəsindən yararlanmaq lazımdır. Cərimələrin strukturuna baxmaq lazımdır.  Mənim fikrimcə, müəyyən qədər güzəştlər olmalıdır. Cərimələrin büdcəyə daxil olmamasına gəlincə isə deyə bilərəm ki, cərimələr nazirliklərin və ya komitələrin büdcəsinə gedəcək də. Başqa hara gedə bilər ki? Bunu araşdırmağa nə var ki? Hesablama Palatası cərimələrlə bağlı araşdırma aparıb üzə çıxara bilər. Burada çətin heç nə yoxdur.  Cəriməni ödəməyən quruma dövlət büdcəsindən həmin cərimə məbləğində ayrılan vəsait azaldılsın. Bu, maliyyə nazirinin əlində olan məsələdir, həll edilə bilər. Hesablama Palatasının sədri cəsarətli insandır, ona tapşırsınlar, o da tez bir zamanda həll etsin və desin ki, problem nədədir". 




Xəbərin oxunma sayı : 817




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap