“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rəsmi sənəddə qeyri-rəsmi ünvan: “Elmar marketin yaxınlığı...”

Tarix 16.07.25, 14:46

Font ölçüsü : - / +
bitmap-img6


“Vergilər” qəzetinə məxsus “vergiler.az” saytında yerləşdirilən şirkətin ləğv olunması ilə bağlı elanda maraqlı “ünvan” göstərilib.

Yeniavaz.com xəbər verir ki, ötən gün saytda yerləşdirilən elanda “Ramil-92” kiçik müəssisəsinin (VÖEN – 2901298931) ləğv olunduğu və kreditorlardan iki ay ərzində tələblərini “AZ5000 Sumqayıt şəhəri, Niyazi küçəsi 1, Elmar marketin yaxınlığı” qeyri-yaşayış ünvanına bildirmələri istənilib.



Qeyd edək ki, şirkətlərin (hüquqi şəxs) ləğv olunması ilə bağlı elan rəsmi sənəd hesab olunur. Belə ki, hüquqi şəxsin ləğv edilməsi proseduru Mülki Məcəllənin və Vergi Məcəlləsinin müddəaları, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun və “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” ilə tənzimlənir. Qanunvericiliyin tələbinə görə, tələb olunan sənədlər arasında hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti (60 gündən az ola bilməz) haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd də olmalıdır.

Onu da bildirək ki, “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanının 4.2-ci maddəsində açıq şəkildə yazılır ki, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidir.
Ekspertlər isə bildirirlər ki, rəsmi sənədlərdə yer alan ünvanlara “yaxınlığı”, “arxası”, “qarşısı” kimi qeyri-dəqiq təsvirlər əlavə etmək hüquqi qeyri-müəyyənlik yarada, kreditorların rəsmi yazışmalarını çətinləşdirə və nəticədə hüquqi mübahisələrə səbəb ola bilər.



Xəbərin oxunma sayı : 313




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap