Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Samir Nuriyev görüş keçirdi - Fotolar

Tarix 19.11.24, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 19-da Prezident Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının icraçı direktoru (UN-HABITAT) Anaklaudia Rossbaxın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzFakt.com xəbər verir ki, görüşdə A.Rossbax COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə Azərbaycanı təbrik edib və sədrlik fəaliyyətində ölkəmizə müvəffəqiyyətlər arzulayıb.

S.Nuriyev Azərbaycan ilə UN-HABITAT arasında əməkdaşlığı və ölkəmizin COP29 Sədrliyinin fəaliyyət gündəliyinin prioritetləri sırasında urbanizasiya mövzusunun yer almasını məmnunluqla qeyd edib.

Görüşdə Azərbaycan ilə UN-HABITAT arasında həyata keçirilmiş faydalı əməkdaşlıq çərçivəsində 2022-ci ildə Ağdam şəhərində, 2023-cü ildə Zəngilanda Milli Şəhərsalma forumlarının və Bakıda “Ümumdünya Məskunlaşma Günü” tədbirlərinin uğurlu təşkili vurğulanıb.

S.Nuriyev qlobal və regional tədbirlərin yüksək səviyyədə təşkil edilməsində böyük təcrübəyə malik Azərbaycanın 2026-cı ilin mayında BMT-nin ən vacib tədbirlərindən biri olan 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsinin Azərbaycan ilə UN-HABITAT arasında səmərəli əməkdaşlığın təzahürü olduğunu bildirib.

A.Rossbax ölkəmizin UN-HABITAT-ın fəaliyyətinə göstərdiyi dəstəyi və verdiyi könüllü maliyyə töhfələrini yüksək qiymətləndirib.

Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasından, orada keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində aparılan işlərdən bəhs olunub, UN-HABITAT ilə bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan əlavə, 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılan Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar hazırlıq işlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.








Xəbərin oxunma sayı : 1069




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap