|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Tərtərdə yeni ailə quran gəlini sevgilisi ilə tutdular: “Arvadına de ki...“
Tarix 04.11.24, 20:21 |
|
Tərtər rayonunda 2000-ci il təvəllüdlü Saleh qısqanclıq zəminində həyat yoldaşı Nailəni (adlar şərti verilib – red.) qətlə yetirib.
Saleh qeyri-rəsmi nikahda olduğu arvadı Nailənin başqa şəxslə telefonla danışmasını əsas götürüb və ona xəyanət etməsi qənaətinə gəlib. Münasibətləri sonlandırmaq məqsədi ilə onu atası Əzimin evinə göndərib.
Ailə üzvlərinin yanında olan Nailənin keçmiş sevgilisi - Bərdə rayon sakini Həmzə Salehə zəng edib və Nailə ilə telefonla danışdığını etiraf edib. Nailənin xəyanət etdiyinə əmin olan Saleh onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək məqsədilə 4 may 2023-cü ildə keçmiş arvadı ilə telefonla əlaqə saxlayıb və övladını görmək arzusunu ona bildirib. Sonra Nailənin atası evinə gəlib. Nailə ilə həmsöhbət olduğu zaman ona hansı səbəbdən xəyanət etdiyini aydınlaşdırmaq istəyib.
Həyətdə qızılgül kolunun yanında təkbətək bir qədər söhbət etdikdən sonra Saleh yaranmış mübahisədən qəzəblənib. Ətrafda heç kimin olmadığını görüb və gödəkcəsinin cibindən bıçağı çıxarıb, Nailəyə ümumilikdə 5 zərbə vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
İstintaq orqanı tərəfindən Salehin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Mənə and içdirdilər ki, arvadıma heç nə etməyim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, 2020-ci ildə Nailə ilə ailə həyatı qurub: “Amma rəsmi nikah bağlamadıq. Birgə nikahdan bir uşağımız var. Hazırda uşaq babasının himayəsində yaşayır.
Nailə ilə atama məxsus evdə yaşamışıq. Hadisədən təxminən 4-5 gün əvvəl axşam saat 22 radələrində işdən çıxdım və Nailənin evdə olmadığını, atası evinə getdiyini bildim. Evin pəncərəsinə yaxınlaşdıqda anamın atama baş verənlər barədə mənə heç nə deyilməməyi tapşırdığını eşitdim. Evə daxil olanda valideynlərimə hər şeyi eşitdiyimi dedim və valideynlərimdən soruşdum ki, Nailə telefonla kimləsə danışıb, yoxsa nə edib?
Valideynlərim məni sakitləşdirməyə çalışdılar, and içdirdilər ki, arvadıma heç nə etməyim. Mən də and içdim ki, baş verənləri danışsınlar. Valideynlərim bildirdilər ki, Nailə azyaşlı bacım oğlunun mobil telefonu vasitəsi ilə tanımadığımız bir kişi ilə danışıbmış.
Bunu necə öyrəndiklərini soruşdum, atam bildirdi ki, həmin gün bacım oğlunun mobil telefonuna zəng gəlib, uşaq telefonu açanda bir nəfər qadın bacım oğlundan Nailəni soruşub, onu təhqir etməyə başlayıb. Bacım oğlu dərhal telefonu bacısı Əminəyə verib.
Əminə ilə telefonda danışan qadın bildirib ki, Nailə əri Həmzə ilə telefonla danışaraq onun ailəsini dağıdır. Ona görə həmin qadın Nailənin nömrəsini tələb edib”.
“Dedi ki, get arvadının başını kəs”
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra bacısı həmin qadına atasının nömrəsini verərək onunla əlaqə saxlamasını xahiş edib: “Qadın atama zəng edərək Nailənin onun ərindən əl çəkmədiyini, “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ərinə görüntülü zəng etdiyini, telefonu açmadıqda ərinə mesaj yazdığını deyib.
Mən atamdan qadının mobil nömrəsini götürdüm. Səhəri gün ona zəng etdim, Nailənin əri olduğumu dedim. Danışmağa başlayarkən qadının anası telefonu qızından alaraq məni təhqir etdi. Dedi ki, sən necə kişisən, mənim qızımdan kömək istəyirsən, kişisənsə, get arvadının başını kəs, mənim yeznəmdən əl çəksin.
Bu sözləri deyəndən sonra telefonu yenə qızına verdi. Qadın bildirdi ki, əri Həmzə ilə arvadım 2018-ci ildən sevgili olublar.
Mən arvadımla görüşərək danışmaq üçün onun atası evinə getdim. Nailənin atası Əzim, anası Zibeydə də evdəydilər. Nailədən baş verənlər barədə soruşdum. Hər şeyi etiraf edərək o, həqiqətən də Həmzə ilə danışdığını bildirdi. Ağlasa da, onun göz yaşlarına inanmadım, mənə xəyanət etdiyini bildirdim. Sonra yaşadığım evə getdim.
Evdə yenidən qayınanama zəng edərək Nailə ilə danışmaq istədiyimi bildirdim. Danışıq zamanı o, Həmzə ilə çoxdan tanış olduğunu dedi. Nailədən bu səbəblə uşağımıza Həmzənin adını qoyduğumuzu soruşdum. Ardınca əsəbləşərək telefonu söndürdüm”.
“Öhdəlik verməsini tələb etdim”
Salehin sözlərinə görə, mayın 3-də atası ilə yenidən Nailənin valideynlərinin yaşadığı evə gedib: “Məqsədimiz o idi ki, Nailə başqa biri ilə evlənsə, oğlumu mənə versin. Mən Nailənin yazılı qaydada öhdəlik verməsini tələb etdim. Lakin o, tələbimi qəbul etmədi.
Biz oradan çıxdıq, mən iş yerimə getdim. Qayınanam Zibeydə zəng edərək Nailənin cehizlərini aparmaq istədikərini bildirdi. Mən Zibeydə ilə razılaşdım və yaşadığım evə getdim.
Qayınanam Zibeydə, arvadım Nailə, arvadımın bacısı Ləman və adlarını bilmədiyim mebel ustası yük maşını ilə yaşadığım ünvana gəldilər. Bütün cehiz əşyalarını yük maşınına yığaraq apardılar”.
“Pozğunluq edəcəyini dedi”
Təqsirləndirilən şəxs bildirib ki, mayın 4-də oğlunun qızdırması olduğuna görə qayınanasına zəng edib və oğlunun xəstəliyi ilə maraqlanmaq istəyib: “Telefona arvadım Nailə cavab verdi. Ondan uşağın halını soruşdum. Mənə oğlumun hələ də qızdırması olduğunu, bu səbəbdən sabah həkimə aparacağını bildirdi.
Nailə məndən uşağa və özünə aid sənədləri, eləcə də cehizlik elektrik çaynikini istədi. Mən işdən çıxaraq həm oğlumu görmək, həm də elektrik çaynikini təhvil vermək üçün Nailənin yaşadığı evə getdim. Mən evə daxil olanda qayınanam Zibeydə evin həyətində idi.
Uşağı görmək üçün qayınanamdan onu gətirməsini istədim. Oğlumla bir az vaxt keçirdikdən sonra Nailəni çağırdım. Ondan nəyə görə mənə xəyanət etdiyini soruşdum. Artıq gec olduğunu və nəsə soruşmağa ixtiyarımın olmadığını, bundan sonra mini yubka geyinərək kafelərdə pozğunluq edəcəyini dedi.
Mən əsəbləşərək ağzıma gələni ona dedim. O da mənə təhqiramiz ifadələr işlətdi”.
“Polisə təslim oldum”
Saleh qeyd edib ki, bu vaxt əsəblərini cilovlaya bilməyib, üzərində gəzdirdiyi cib bıçağını çıxarıb və Nailənin qarın nahiyəsindən xəsarət yetirib: “Arxası üstə yerə yıxıldıqdan sonra onun uzanıqlı vəziyyətdə sinə nahiyəsinə iki və üçüncü dəfə xəsarət yetirdim. Ardınca bir neçə bıçaq zərbəsi də vurdum.
Nailənin anası və atası evdən qışqıraraq çıxdılar. Atası üstümə gələrək məni vurmaq istədi. Mən bıçağı qaynatama tərəf tutaraq dedim ki, üstümə gəlmə. Sonra darvazadan çıxaraq qaçdım.
Küçənin başına çatanda atama zəng etdim və Nailəni bıçaqla vurduğumu, təslim olmaq üçün polis şöbəsinə gedəcəyimi dedim. Bıçağı cibimə qoydum və tanımadığım taksi ilə könüllü təslim olmaq üçün Tərtər Rayon Polis Şöbəsinə getdim”.
“Qızımdan əl çəkməsini bildirdim”
İş üzrə zərərçəkmiş Nailənin hüquqi varisi qismində ifadə verən atası Əzimin sözlərinə görə, qətl hadisəsindən təxminən iki il əvvəl qızı Salehlə ailə həyatı qurub: “30 aprel 2023-cü ildə qızım Nailənin qayınatası, qayınanası evimə gəldilər. Bildirdilər ki,Nailə tanımadıqları Həmzə adlı şəxslə danışıb, bu səbəbdən onu saxlamayacaqlar.
Qızımdan Həmzə adlı şəxslə danışıb-danışmadığını soruşdum, yalnız bir dəfə danışdığını bildirdi. Sabahı gün Saleh və atası bizə gəldilər. Saleh bildirdi ki, Nailə ondan aliment tələb etməməsi üçün yazılı öhdəlik versin. Mən ona qızımdan əl çəkməsini bildirdim”.
Əzim qeyd edib ki, mayın 4-də saat təxminən 12 radələrində evin həyətində olan hamama girib: “Evin həyətyanı sahəsindən Salehin səsini eşitdim. Bir qədər sonra qızım Nailənin qışqırtı səsi gəldi.
Dərhal hamamdan çıxdım. Qızımı yerdə uzanıqlı vəziyyətdə gördüm. Salehin qızıma vurduğu sonuncu bıçaq zərbəsini gözümlə görə bildim. Mən Salehə tərəf gedəndə əlində olan bıçağı mənə tərəf uzatdı və yaxınlaşmamağımı tələb etdi. Sonra darvazadan çıxıb qaçmağa başladı. Mən də onun arxasınca qaçmağa başladım. Amma ona çata bilmədim. Qızımı Tərtər rayon Mərkəzi Xəstəxanasına apardıq”.
“Ailəli olduğumu bildirdim”
İş üzrə şahid qismində ifadə verən Həmzənin sözlərinə görə, 2020-ci ilin yanvar ayında hərbi xidməti başa vurub və həmin ilin yayında “İnstagram” sosial şəbəkəsində Nailə adlı xanım ona mesaj yazıb: “Beləcə biz tanış olduq. Biz bir-iki ay əlaqə saxladıq. Sonra Nailə mənə ailə qurmaq istədiyini və daha əlaqə saxlamaq istəmədiyini, ona yazmamağımı xahiş etdi. Mən də razılaşdım və Nailə ilə əlaqəmi kəsdim.
2023-cü il aprelin sonlarında evdə arvadımlaə birlikdə olan zaman “Whatsapp” mobil tətbiqində mənə tanımadığım nömrədən bir neçə dəfə görüntülü zəng gəldi. Öncə zəngi açmaq istəməsəm də, arvadım bildirdi ki, telefonu aç, gör kimdi səni ard-arda yığır. Zəngi açdım və onun qadın olduğunu gördüm. “Mən Nailyəm” deyərək gülümsədi.
Bu zaman zəngi sonlandırdım. Nailə mənə mesaj yazmağa başladı. Mən də ona mesaj yazaraq ailəli olduğumu bildirdim və məni narahat etməməsini xahiş etdim. Lakin o, sözlərimə məhəl qoymayaraq mesaj yazmağa davam etdi”.
“Ərini sevmədiyini bildirdi”
İş üzrə ifadə verən Həmzənin həyat yoldaşının ifadəsinə görə, 2021-ci ildə ailə həyatı qurublar: “Təxminən 2023-cü il aprelin sonlarına yaxın evdə olduğumuz vaxt ərimin telefonuna tanımadığım qadın görüntülü zəng etdi. Həmzə nömrəni tanımadığı üçün açmadı. Üçüncü dəfə zəng gələndə ondan zəngi açmağını istədim.
Həmzə zəngi açanda bir qadının baxaraq gülümsədiyini gördüm. Qadın mənim Həmzənin yanında olduğumu bilmədi. Həmzədən “tanıdın məni?” deyə soruşdu. Adının Nailə olduğunu bildirdi və telefonu söndürdü.
Zəngi bitirdikdən sonra Nailə votsapda yazmağa başladı. Danışıq zamanı Nailə evli olduğunu, lakin həyat yoldaşını sevmədiyini, Həmzədən hələ də xoşu gəldiyini bildirdi.
Həmzə ona evli olduğunu bildirdi, bir daha onu narahat etməməyi xahiş etdi. Amma Nailə Həmzənin dediklərinə məhəl qoymadı, narahat etməyə davam etdi”.
“Bizdən əl çək və ailəmizi dağıtma”
Həmzənin həyat yoldaşı qeyd edib ki, Nailənin hərəkətlərindən bezdiyi üçün onun telefon nömrəsini Həmzdən alaraq danışmaq qərarına gəlib: “İlk dəfə zəng edəndə telefonu azyaşlı uşaq açdı. Sonradan mənə bəlli oldu ki, Nailənin Həmzəyə zəng etdiyi nömrə onun özünə əxsus olmayıb.
Uşaqdan telefonu Nailəyə verməyi xahiş etdim. Nailə ilə danışanda ona “bizdən əl çək, ailəmizi dağıtma” dedim.
Sabahı gün mənə tanımadığım nömrədən zənglər gəlməyə başladı. Sonradan bildim ki, həmin nömrələr Nailənin qayınatası və qayınanasına məxsusdur. Onlar məndən nə baş verdiyini soruşdum. Bildirdim ki, gəlininiz həyat yoldaşımı narahat edir. Xahiş etdim Nailəni bizdən uzaqlaşdırsınlar.
Bir neçə gün sonra Nailənin əri votsapda yazaraq Həmzənin nömrəsini istədi. Mən qorxduğum üçün Həmzənin nömrəsini ona vermədim. Danışıq zamanı onu yola verərək söhbətimizi yekunlaşdırdım”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Saleh 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com
Xəbərin oxunma sayı : 676
Kriminal
Xəbərlər
-
Leyla Əliyeva Altıağacda - Fotolar
-
Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı yola salındı - Fotolar
-
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
-
Kartof kəskin bahalaşa bilər - SƏBƏB
-
Bayden Azərbaycanı təbrik etdi və təşəkkür bildirdi - RƏSMİ
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Filippində dəhşətli yanğın - Mindən çox ev külə döndü
-
Meteohəssas insanlara - Xəbərdarlıq
-
“Dünya tarixi Bakı nailiyyətinə şahid oldu“ - Dövlət başçısı
-
Azərbaycanda 80 minlik xına: “Tanrı, məni quş elə“ deməyimi istəyirlər“ (VİDEO)
-
“COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir“ - Azərbaycan Prezidenti
-
Bakıda yağış, bəzi ərazilərdə qar yağacaq - Sabahın havası
-
Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq - TENDER
-
“ABŞ-nin Ukraynaya silah tədarükünü artırmaq imkanı məhduddur“ - “Bloomberg”
-
ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır
-
COP29-da yeni iqlim hədəfi təsdiqləndi - 300 milyard dollar... + VİDEO
-
Azərbaycanlı şagird Türkiyədə imtahanda ən yüksək balı yığdı - VİDEO
-
Tiktoker Aybəniz Xəlilova həbs edildi - Dələdzuluğa görə
-
Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı
-
Azərbaycanda ingilis dilini nə qədər adam bilir? - STATİSTİKA
-
Maşını olanlar vergi versin - Deputatdan təklif
-
DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq - TENDER
-
Azərbaycanda bu şəxslərə 285 manat veriləcək - Yanvarın 1-dən…
-
“Berbokun Azərbaycana qarşı ittihamları qəbuledilməzdir“ - Prezidentin köməkçisi
-
“Ölkələr vəzifənin öhdəsindən gəldi” - Quterreş
-
Təklif olunan məbləğə bir daha baxılacaq - COP29-un baş danışıqçısı
-
Balıq bazarında yerli məhsulların qiyməti ucuzlaşdı - VİDEO
-
“Qərb Ukrayna münaqişəsində açıq şəkildə tərəf tutdu” – Fidan
-
“Nüvə silahı hazırlamağımız zəruridir“ - İranlı parlamentari
-
15 dəqiqəyə Bakıya çatdıran yol: “İşıqfor yox, tıxac yox“ - VİDEO
-
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən“
-
Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi - FOTO
-
Taksi qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
-
Ağsu RİH “tender kralı“na 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
-
Naxçıvanda Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişıq”a ötürüləcək – Fərman
-
Bakıda 3 milyonluq “köhnə tikili” – FOTOLAR
-
Zaur Mikayılovun yeni təyin olunan birinci müavini kimdir? - DOSYE
-
Azərbaycan ət idxalını artırıb - 40 %-ə yaxın
-
“Rusiya “Oreşnik”-dən yenə istifadə edəcək” – ISW
-
Dollar neçəyə olacaq? - 2 günlük rəsmi məzənnə açıqlandı
-
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
-
COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - VİDEO
-
Bir qrup şəxs təltif edildi - Sərəncam
-
“Trilyonlarla ödə, milyardlarla yox!” - Video - Fotolar
-
Qəza törətdi, “100-150 qram içmişəm“ dedi - Həbs olundu
-
Zaur Mikayılova yeni müavinlər təyin olundu - FOTO
-
Temperatur düşəcək, leysan yağacaq - Daşqın və sel gözlənilir
-
Zakir Həsənov generalları topladı, yeni göstərişlər verildi - MN-də müşavirə
-
70 kiloqram qızılla saxlanılan hərbi attaşenin - Kimliyi bilindi
-
“ABŞ sürətlə müflisləşir“ - İlon Mask
-
“Bu, açıq şəkildə beynəlxalq cinayətdir” - Zelenski
-
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox“ - Zaur Axundov
-
“Dadonu “qara siyahı“ya atmışam“ - Natavan
-
Laçında 4,5 bal gücündə zəlzələ: Dağıntı və ya xəsarət alan var?
-
COP29 zolaqlarındakı yol nişanları sökülür - Rəsmi
-
İsrail Beyrutun mərkəzini vurub - Ölənlər və yaralananlar var
-
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur – Siyahı
-
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
-
Sosial şəbəkədə yeni dələduzluq - Dostunun nömrəsi ilə yazıb pulunu mənimsədilər (VİDEO)
-
Yanvarda əmək pensiyaları 8 faiz artacaq – Deputat yeni indeksasiya sisteminə keçməyi təklif edir
-
Taksi sürücüləri sərnişinləri harada düşürüb – mindirə bilər? - VİDEO
-
Livanda xəstəxanaların çöküşü: ÜST-dən xəbərdarlıq
-
Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - SİYAHI
-
Maşın beton hasara çırpıldı, yanıb kül oldu - Fotolar
-
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
-
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
-
ABŞ-nin Koreya yarımadasındakı fəaliyyəti müharibəyə səbəb ola bilər - KXDR MN
-
“AG Telekom” MMC-nin külli miqdarda vergi borcu var - MƏBLƏĞ
-
Müştərinin kərə yağı adı ilə aldığı məhsul “maşın yağı“ çıxdı - AQTA-dan açıqlama
-
Britaniyanın ən böyük bankı Rusiya və Belarusdan ödənişləri dayandırdı – “Müştərilər alternativ variantlar tapsınlar...”
-
Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
-
Diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla saxlanıldı -
-
“Bu il yardım təşkilatları üçün ən ölümcül il olub” – BMT
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
PSJ-nin apellyasiyası rədd edildi - “Mbappe işi“
-
Hövsan qəsəbəsində günlərdir su kəsilib - Səbəb nədir?
-
“20 Yanvar“dakı keçid açılacaq? - Deputat danışdı
-
Ehtiram Quliyevi Firəngiz Balakişiyeva əvəz edib - “Huner Group” MMC-də dəyişiklik
-
OPEK Baş katibi Novakla danışdı: Nəyi müzakirə etdilər?
-
Virusların “qorxulu yuxusu“ - Antioksidant tərkibli 5 meyvə
-
Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ
-
Sabiq direktora yeni vəzifə verildi - Nazir əmr imzalayıb
-
COP29 davam edəcək - Yalçın Rəfiyev səbəbi AÇIQLADI
-
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” - Lukaşenko
-
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
-
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi necə olub? – İdxal ixracı 3 dəfə qabaqlayır...
-
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - Məhkəmə
-
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
-
“Artıq olanımızı da itirməyə başlamışıq“ - AFFA-nın sabiq vitse-prezidenti
-
“Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
-
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTOLAR
-
Qalmaqallı xəstəxana direktoru hakim qarşısında - Rauf Yəhyayeva cinayət işi açılıb
-
Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
-
“Əmək miqrantlarına ehtiyacımız var” - Peskov
-
77 saxta domen bloklandı - RƏSMİ
-
UEFA Millətlər Liqası:Pley-off mərhələsinin püşkü atıldı
-
Ceyhun Bayramovla Berbok bir araya gəldi - Danışıqlar aparılıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
-
Gəlin qaynatasını döşəmə silən taxta ilə döydü - Cərimə edildi
-
Prezident Fərid Əhmədova rütbə verdi - Sərəncam
-
Bu kənd təssürafitı məhsullarının istehsalı azalıb - Statistik məlumatlar açıqlandı + CƏDVƏL
-
Millətlər Liqası:Türkiyənin pley-offdakı rəqibi bilindi
-
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
-
Su çəkdirmək istəyənlərin nəzərinə: Yeni QAYDA
-
Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar
-
Masazırda parkda obyekt tikirlər? - İDDİA
-
Azərbaycanda gəmilər satışa çıxarıldı - SİYAHI
-
“Beynəlxalq Cinayət Məhkəməsi Rusiya üçün əhəmiyyətsiz qurumdur“ - Peskov
-
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu - Məhkəmə
-
50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır
-
Ukrayna dairəsində yeni yanaşma tətbiq ediləcək - VİDEO
-
THY-dən yeni fürsət: sərnişinlər pulsuz şəhər turuna çıxacaqlar
-
Yeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə...
-
Əli Əsədov yeni qərar imzalayıb - Ölkəyə gələn əcnəbilərlə bağlı
-
“Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi – TƏFƏRRÜAT
-
Azərbaycan nefti ən ucuz və ən baha qiymətə hansı ölkələrə satır? - Tam siyahı
-
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib - Müzakirə
-
“Nar”dan “Sərfəli cümə” təklifi – 50 % endirimlə smartfon əldə et!
-
“Ən təmiz keçmişi olan müğənniyəm“ - Vəfa Şərifova + VİDEO
TOP 10
ARXİV