|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Xarici ticarətimizdə kəsir yarandı - səbəblər
Tarix 17.10.24, 11:15 |
|
İdxalı artıran faktorlardan biri Dövlət Neft Fondunun qızıl alışlarıdır
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 34 milyard 498 milyon 170.03 min dollar təşkil edib. Bunun 19 854 929.48 min dolları ixrac, 14 milyard 643.24 milyon dolları isə idxaldır. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, “Yeni Müsavat”ın apardığı hesablamalar göstərir ki, ixracımız illik ifadədə 25 faiz azalıb, idxalımız isə 16 faiz artıb. Ümumilikdə ticarət dövriyyəsinin həcmində isə 11,7 faiz azalma var.
Doqquz ayın yekununda Azərbaycanın xarici ticarət dövriyyəsində 5 milyard 211.69 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə azdır.
Ayrıca götürdükdə, sentyabr ayında 2024-cü ildə ikinci dəfə xarici ticarətdə mənfi saldo qeydə alınıb. Belə ki, ötən ay xarici ticarət dövriyyəsi 3 milyard 502 milyon 170.07 min dollara bərabər olub. Bu zaman ixrac 1 623 153.27 min dollar, idxal isə 1 879 016.80 min dollar təşkil edib, nəticədə ticarət balansında 255 milyon 863.53 min dollar kəsir yaranıb. Xatırladaq ki, bu ilin mart ayında xarici ticarətimizdə 61 milyonb 341 min dollarlıq mənfi saldo qeydə alınmışdı.
Xarici ticarət dövriyyəsinin, eləcə də ixracın azalmasında əsas paya neft və təbii qaz ixracındakı azalma sahibdir. Belə ki, bu ilin 9 ayında Azərbaycandan xaricə 18,73 milyard kubmetr qaz satıb. Bu, 20,42 milyard kubmetr ixracın qeydə alındığı ötən ilin eyni dövründən 7,3 faiz, yaxud 1,69 milyard kubmetr azdır. Qaz ixracı ilə yanaşı, onun dəyərində də azalma var. Belə ki, ötən il qazın min kubmetrini 559 dollardan satmaqla 10,5 milyard dollar əldə etmişdiksə, bu il satış qiyməti 324 dollara qədər düşüb, əldə olunan gəlir isə 47 faiz azalmaqla 6,08 milyard dollar təşkil edib.
Təbii qazla yanaşı, bu il neft ixracında da azalma qeydə alınır. Belə ki, yanvar-sentyabrda neft ixracı 17 milyon 608 min 860,22 ton təşkil edib, ondan 11 milyard 8 milyon 329,94 min dollar daxil olub. Ötən ilin eyni dövründə neft ixracı 18 milyon 506 min ton, ondan daxil olan gəlir isə 11 milyard 234 milyon 779 min dollar təşkil etmişdi. Cari ildə neft qiymətlərinin yüksək olması onun ixrac həcmindəki azalmanı kompensasiya edib.
Neft-qaz ixracındakı azalma Azərbaycanın dövlət büdcəsinə bu sahədən daxilolmaların da azalmasına gətirib çıxarıb. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, yanvar-sentyabrda dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 206,5 milyon manat təşkil edib ki, bunun da 9 milyard 585,7 milyon manatı bilavasitə Dövlət Neft Fondundan transfertdir. Neft-qaz sektorundan bu il vergi orqanlarının xətti ilə daxilolmalar 3 milyard 620,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəkindən (5 milyard 396,1 milyon manat) 1 milyard 775,3 milyon manat və ya 32,9 faiz azdır.
Doqquz aylıq xarici ticarətdə qeyri-neft-qaz sektorunda kənd təsərrüfatı məhsullarının ixracındakı vəziyyət diqqəti cəlb edir. Belə ki, gömrük statistikasından aydın olur ki, ötən müddətdə meyvə-tərəvəz idxalı artıb, ixracı azalıb: yanvar-sentyabr aylarında 195 milyon 802 min dollar dəyərində 256 min 644 ton meyvə-tərəvəz alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,8 faiz və 11,7 faiz çoxdur.
Bu dövrdə 458 milyon 798 min dollar dəyərində 439 min 161 ton meyvə-tərəvəz ixrac edilib. Bu isə illik müqayisədə müvafiq olaraq 2,5 faiz və 5,1 faiz azdır.
İxracında azalma olan məhsullardan biri fındıqdır. Yanvar-sentyabr aylarında Azərbaycandan 72 milyon 194 min dollar dəyərində 11 min 943 ton fındıq ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8 milyon 47 min dollar və ya 10 faiz, həcm baxımından 4 min 247 ton, yaxud 26,2 faiz azalma deməkdir. Xatırladaq ki, 2023-cü ilin 9 ayında Azərbaycandan 80 milyon 842 min dollar dəyərində 16 min 190 ton fındıq ixrac olunmuşdu.
Azalma tendensiyası alma ixracında da qeydə alınıb. 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 34 milyon 332 min dollar dəyərində 53 min 36 ton alma ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 106 min 440 dollar və ya 0,3 faiz, həcm baxımından 1 151 ton, yaxud 2,1 faiz azalmadır. 2023-cü ilin 9 ayında Azərbaycandan 34 milyon 438 min dollar dəyərində 54 min 187 ton alma ixrac olunmuşdu.
Bu il Azərbaycanın kartof ixracında da kəskin azalma var. Belə ki, yanvar-sentyabr aylarında Azərbaycandan 20 milyon 470 min dollar dəyərində 48 min 234 ton kartof ixrac olunub. Ötən ilin eyni dövründə bu ixrac 31 milyon 11 min dollar dəyərlə 71 min 70 ton təşkil etmişdi. Bu isə o deməkdir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10 milyon 540 min dollar və ya 34 faiz, həmc baxımından isə 22 min 836 ton, yaxud 32,1 faiz azalıb.
İxracında ən çox artım olan qeyri-neft məhsullarından biri pambıq mahlıcıdır. Belə ki, doqquz ayda Azərbaycan xarici bazara 100 485.55 tom mahlıc çıxarıb ki, bundan da 151 milyon 610.42 min dollar gəlir əldə edilib. Ötən ilin yanvar-sentyabrında pambıq mahlıcı ixracı 48 827.29 min ton təşkil edib, bundan ölkəyə 88 milyon 702.05 min dollar daxil olub. Bu isə o deməkdir ki, pambıq mahlıcı ixracı illik ifadədə həcm baxımından 2 dəfədən çox, dəyər baxımından isə 1,8 dəfə artıb. Bu artımla yanaşı, mahlıcın orta ixrac qiyməti 1 ton üçün 300 dollardan çox azalıb. Belə ki, ötən il mahlıcın 1 tonu 1816,6 dollara, bu il isə 1509 dollara ixrac edilib.
İxracında artım olan daha bir aqrar məhsul pomidordur. Yanvar-sentyabr aylarında Azərbaycandan 139 milyon 583 min dollar dəyərində 116 min 987 ton pomidor ixrac olunub. 2023-cü ilin 9 ayında isə Azərbaycandan 124 milyon 294 min dollar dəyərində 112 min 71 ton pomidor ixrac olunmuşdu. Beləliklə, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 milyon 289 min dollar və ya 12,3 faiz, həcm baxımından 4 min 916 ton, yaxud 4,4 faiz artıb.
İxracı sıçrayışlı artım göstərən daha bir meyvə xurmadır. 2024-cü ilin yanvar-sentyabr aylarında xurma ixracı 29 milyon 146 min dollar dəyərlə 37 min 692 ton təşkil edib. 2023-cü ilin eyni dövründə Azərbaycandan xumra ixracının 16 milyon 620 min dollar dəyərlə 22 min 869 ton təşkil etdiyini nəzərə alsaq, bu sahədə dəyər ifadəsində 12 milyon 526 min dollar və ya 75,4 faiz, həcm baxımından isə 14 min 823 ton, yaxud 64,8 faiz artım olduğunu görərik.
Doqquz ayda Azərbaycanın çay ixracında da artım var. Yanvar-sentyabrda xaricə satılan çayın həcmi 541 ton, dəyəri isə 4 milyon 837 min dollar təşkil edib. Ötən ilin eyni dövründə çay ixracı 4 milyon 604 min doillar dəyərlə 505 ton təşkil etmişdi. Bu, o deməkdir ki, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 233 min 110 dollar və ya 5,1 faiz, həcm baxımından isə 36 ton, yaxud 7,1 faiz artıb.
Xaricə satışı kəskin azalan aqrar məhsullardan biri nardır. 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 55 milyon 696 min dollar dəyərində 6 min 268 ton nar ixrac edilib. 2023-cü ilin eyni dövründə Azərbaycandan 103 milyon 203 min dollar dəyərində 8 min 18 ton nar ixrac olunmuşdu. Bu isə o deməkdir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 47 milyon 506 min dollar və ya 46 faiz, həcm baxımından isə 1750 ton, yaxud 21,8 faiz azalıb.
Qeyd edək ki, bu il Azərbaycanda idxalı artıran faktorlardan biri Dövlət Neft Fondunun qızıl alışlarıdır. Belə ki, qurum bu ilin birinci yarısında 10 tondan çox qızıl alıb. Ümumilikdə, 9 ayda Azərbaycana 1 milyard 540 milyon dollar dəyərində 19 904 kq həcmində qızıl idxal edilib.
Bu artımla yanaşı, əhalinin əsas diqqət yetirdiyi avtomobil idxalının dəyəri də artıb. Yanvar-sentyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 268 milyon 435 min dollar dəyərində 66 285 ədəd avtomobil idxal olunub. 2023-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 207 milyon 206 min dollar dəyərində 72 883 ədəd avtomobil idxal edilmişdi. Bu isə o deməkdir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 9 faiz və ya 6 598 ədəd azalıb, dəyəri isə 5.1 faiz və ya 62.2 milyon dollar artıb.
Xəbərin oxunma sayı : 1834
İqtisadiyyat
Xəbərlər
-
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
-
Roza ilə Elza arasındakı qalmaqal daha da “ALOVLANDI“: “Pulsuz oynadılan meymunsan“
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
İstifadəsi qadağandır, lakin satışı var - Siqnal adı ilə müxtəlif səs çıxaran qurğular satılır (VİDEO)
-
Azərbaycanda qəribə dəvətnamə: “Toya uşağınızı gətirməyin!” - FOTO
-
Qırğızısan, Tacikistan və Kipr Prezidentləri Bakıda - FOTOLAR
-
Bakı aeroportu itirilmiş əşyaları satışa çıxarıb? - RƏSMİ CAVAB
-
Milyonçu “Oleq Bakinski” barədə qərar verildi - Həbsdə qaldı
-
İqlim qurbanlarının ağlasığmaz həyatı - Keniyada GÖRÜNTÜLƏR
-
“Gürcüstan Avropa yolunu tərk edir“ - Borreldən xəbərdarlıq
-
Bu rəsmilər də paytaxtımızdadır - SİYAHI/FOTO
-
Almazdan 10 min dəfə qiymətli daş - Yalnız Türkiyədə var
-
“Rufo Gəncinski” Moskvaya niyə qayıtdı - qan qoxusu...
-
Vətən müharibəsi şəhidinin qızı Avropa çempionu oldu
-
Balasanyan və dəstəsi belə diz çökdürülüb: Natiqin döyüşdüyü kilsədən GÖRÜNTÜLƏR
-
Leyla və Arzu Əliyevalar sərgidə - FOTOLAR
-
Dövlət və hökumət başçılarının Bakıya gəlişi davam edir - FOTOLAR
-
Bakıda qətl hadisəsi:42 yaşlı qadın öldürüldü
-
Prezident Quterreşlə görüşdü - FOTOLAR
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Əliyev Lukaşenko ilə görüşdü - Fotolar
-
“Ermənistanın COP-da iştirak edib-etməməsi öz qərarıdır” - Prezident
-
İlham Əliyev görüşlər keçirməyə davam edir - Fotolar
-
Tramp Baydenin sərəncamlarını ləğv edəcək - KİV
-
Quterreş və digər rəsmilər Bakıdadır - FOTOLAR
-
Prezident İlham Əliyev Şarl Mişellə görüşdü - FOTO/VİDEO
-
Leyla Əliyeva və Anar Ələkbərov Azərbaycan pavilyonunda – Fotolar
-
Serbiya, Belarus, Konko, Slavakiya və BƏƏ prezidentləri Bakıdadır - FOTOLAR
-
Prezident Əl-Əzhəri Şərifin şeyxi ilə görüşdü - FOTOLAR
-
Sabiq nazirin oğlu şirkət rəhbəri təyin edilib - FOTO
-
İlham Əliyev İraq Prezidenti ilə görüşdü - FOTOLAR
-
Bakıda COP29-un açılış mərasimi keçirilib - VİDEO
-
“Azərbaycanda mina qurbanlarının sayı artmağa davam edir“ - Hikmət Hacıyev
-
Türkiyədə əməliyyat keçirilib - Sərdar Ortaç və Məhmət Əli Ərbil saxlanılıb
-
Dövlət rəsmilərinin Bakıya səfəri davam edir - Fotolar
-
Yağış, leysan, dolu – Sabahən havası
-
“ABŞ Zelenskini devirmək istəyir” - Rusiya kəşfiyyatı
-
Bölgələrdən Bakıya gələnlərin nəzərinə! - Fasilələrlə buraxılacaqlar
-
MEDİA-dan SOCAR-ın zavodunda baş verən yanğınla bağlı MÜRACİƏT
-
Prezident Bakıya gələn qonaqları qəbul etdi - Videolar - Fotolar
-
Bakı bulvarında görüntülənən nədir? - VİDEO
-
“Aİ Şurasına sədrlik ölkəyə 140 milyon avrodan çox başa gələcək“ - Litvanın Maliyyə Nazirliyi
-
SOCAR-ın zavodunda yanğın olması iddiasına cavab - Rəsmi
-
Bu ölkə Prezidentlərinin də Azərbaycana səfəri başladı - FOTO
-
COP29 dövründə Bakı aeroportuna necə rahat çatmaq olar? - Sərnişinlərin nəzərinə
-
Bu gündən bu yollar bağlanır - Bəzi yerlərdə postlar qurulur
-
500 nəfərə yaxın qonaq üçün brifinq keçirildi - Fotolar
-
Şarl Mişel Azərbaycana gəldi - FOTO
-
Xəzər dənizində görüntülənən nəhəng canlı nədir? - VİDEO
-
Təhsil işçilərinə yeni kartlar veriləcək - VİDEO
-
Bəzi yollarda postlar qurulacaq - VİDEO
-
Niuenin Baş naziri Azərbaycana gəlib - COP29 iştirak etmək üçünü
-
Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib
-
Hərbçimiz minaya düşdü - Goranboyda
-
Burundinin vitse-prezidenti Azərbaycanda səfərdədir
-
Anqolanın vitse-prezidenti COP29-da iştirak üçün Azərbaycana gəlib
-
Zelenski COP29-da iştirak etmək üçün Bakıya gəlir - Bu, “Sülh Formulu“ diplomatiyası üçün zəmin yaradır
-
Şimali Makedoniyanın prezidenti Azərbaycana GƏLDİ
-
Dumana görə yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Növbəti 3 gündə hansı “ASAN Xidmət“lər işləyəcək? - Agentlikdən açıqlama
-
Qış üçün maşın yağı seçərkən nələrə diqqət etmək lazımdır? - VİDEO
-
Hava kəskin dəyişəcək - Bu tarixlərdə - XƏBƏRDARLIQ
-
Müdafiə Nazirliyi həftənin icmalını yayıb - VİDEO
-
Qəzzadakı döyüşlərdə 188 jurnalist həlak olub - KİV
-
Prezident Bakıya gələn dövlət rəhbərləri ilə görüşdü - Fotolar
-
Dünyanın ən yaxşı futbol klubları açıqlandı - “Qarabağ” 72-ci sırada
-
İraqda yeni qanun layihəsi - Qızları 9 yaşında ərə verəcəklər
-
Azərbaycanda bu şəxslərə güzəştlə torpaqlar veriləcək - Yeni qanun qəbul edildi
-
Zimbabve Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
DİN Azərbaycana qarşı növbəti dezinformasiyanın qarşısını alıb - FOTO
-
Yeni sədr keçmiş sədrin qızını da vəzifədən uzaqlaşdırdı - AHİK-də daha bir dəyişiklik
-
COP29 Yaşıl Zona biletləri artıq satışdadır - DİQQƏT
-
Bakıda duman olacaq, bəzi rayonlara yağış, qar yağacaq, dolu düşəcək - Sabahın havası
-
Komitədən daha bir ziddiyyətli məlumat - Xankəndidəki otellərdə heç kim qalmayıb
-
Ödənişli yoldan istifadə üçün “Sürətli Keçid Kartları”nın satışına başlanılır - VİDEO
-
Rusiya paytaxtına ən böyük PUA hücumu olub - VİDEO
-
1732-ci ildən işləyir - Ən qədim kitab mağazası harada yerləşir?
-
Bakıdakı “lüt qadın heykəli“ söküldü - VİDEO
-
“Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik“ - XİN
-
Zaqatalada növbəti doğuş faciəsi - 10 gündə üçüncü körpə öldü
-
Bakıya yağış yağıb, dağlıq ərazilərdə şaxta qeydə alınıb - FAKTİKİ HAVA
-
Bayden Kamala Harrisə iş tapdı: onu bu vəzifəyə təyin edəcək
-
Qurban Qurbanov kiminlə quda olub? - FOTO
-
Aeroporta gedənlərin nəzərinə: Bəzi qadağalar QÜVVƏYƏ MİNDİ
-
“Trampın qərargahı onun müşavirinin Ukrayna ilə bağlı bəyanatından imtina edib“ - Reuters
-
Aeroport yolunda ağır qəza - Bir ölü, beş yaralı
-
Dövlət başçıları Bakıya gəlməkdə davam edir - Fotolar
-
“Taliban” ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək - İLK DƏFƏ
-
Azərbaycanlı turistləri daşıyan avtobus Misirdə qəzaya uğradı - Yaralananlar var
-
Mustafa Kamal Atatürkün anım günüdür - Vəfat etməsindən 86 il ötür
-
Olaf Şoltz Prezident İlham Əliyevə zəng edib:nələr müzakirə olunub?
-
Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
Planetin ən gözəl qızı o seçildi - FOTOLAR
-
Mbappe milli karyerasını bitirməyə qərar verdi - İDDİA
-
Bayden və Tramp Vaşinqtonda görüşəcəklər - Bu tarixdə
-
Hansı halda kasko sığorta edilən avtomobilə görə yüz faiz ödəniş olur? - VİDEO
-
Zelenski və Trampın görüşünü hazırlayırıq, dialoq qurulub - Ukraynanın XİN başçısı
-
Bayram tətili bölgələrdə gündəlik fərdi evlərin qiymətini qaldırdı - VİDEO
-
“Krım artıq əldən gedib” - Trampın müşavirindən Ukraynaya məsləhət
-
Mərkəzdə yerləşən bina sakinlərinin çıxarış almasına mane olan nədir? - VİDEO
-
Rusiya hakimiyyəti “Rosneft”, “Qazprom Neft” və “Lukoil”in birləşməsini müzakirə edir – WSJ
-
Ərdoğandan 10 noyabrda simvolik yer seçimi - 9 ildən sonra ilk dəfə
-
Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? - Deputat
-
“ABŞ Ukraynaya ATACMS raketlərini verməkdən imtina etdi“ - “Wall Street Journal“
-
Kartdan-karta ödəniş vasitəsi tam aradan qaldırılacaq? - ŞƏRHİ
-
Təhsil işçilərinə veriləcək güzəştli kartlarda nələr olacaq? - DETALLAR
-
Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir?
-
“Dinc inqilab mümkündür“ - Almaniyanın Gürcüstandakı səfirliyi
-
Jurnalistikanın adına ləkə gətirən “Vaşinqton Post“: təbliğat maşını ZƏRBƏ altında
-
Bakı Olimpiya Stadionu UNFCCC-yə təhvil verilib - RƏSMİ
-
Qarabağın xan nəslindən olan oğlu – Qətlə yetirilən Orxan Camal kimdir?
-
İlon Maskın sərvəti 300 milyard dolları keçdi: Trampın qələbəsi “Tesla“ səhmlərini yüksəltdi
-
Baham adalarının Baş naziri Azərbaycana gəldi - FOTO
-
Ərdoğan Bayraq Günü münasibətilə Azərbaycanı təbrik etdi - FOTO
-
Qətər HƏMAS rəhbərliyini ölkədən çıxaraır - ABŞ-nin tələbi ilə
-
“Tramp yanacaq qiymətlərinin aşağı düşməsinə təsir göstərə bilər” – Türkiyəli nazir
-
Beynəlxalq gözəllik yarışında ölkəmizi o təmsil edəcək - Video
-
Qazaxıstanda Müdafiə Nazirliyinin helikopteri sərt eniş edib - Ölən var
-
Mənimlə xoşbəxt olacaqsınız: Tramp Zelenskiyə söz verdi
-
Bakıda yağış yağacaq, rayonlarda duman olacaq - Sabahın havası
TOP 10
ARXİV