“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

MİQ-də vakant yerlərin gizlədildiyi ilə bağlı şikayətlər artmaqdadır - VİDEO

Tarix 07.08.25, 22:41

Font ölçüsü : - / +
bitmap-img6


MİQ-də vakant yerlərin gizlədildiyi ilə bağlı şikayətlər artmaqdadır
Müəllimlərin işə qəbulu üzrə təsviri incəsənət fənnindən vakant yerlərin gizlədildiyi iddia edilir. Ölkə üzrə cəmi 13 vakant yer açıldığı deyilir

Bu şikayətlə bir qrup müəllim "Xəzər Xəbər"ə müraciət ediblər. Onlar iddia edirlər ki, builki imtahanlarda təsviri incəsənət fənni üçün vakant yer ayrılmayıb. Bu da həmin fənn üzrə bu il imtahanda iştirak edərək müvafiq nəticəni göstərən müəllimlər arasında narazılığa səbəb olub.

Agcabədi rayon taxtakörpü qəsəbəsində yaşayan İsmayıl  Məmmədovun sözlərinə görə, problem təkcə təsviri incəsənət fənni üzrə deyil.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən vakansiya seçimi ilə bağlı bildirldi ki, namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Prosesin davamı olaraq bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta dərs yükü, mövcud müəssisələrdəki müəllimlər sıxlığı nəzərə alınmışdır. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer çıxarılıb.  Bununla yanaşı qeyd olunub ki, ənənəvi olaraq bu mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu elan ediləcək.




Xəbərin oxunma sayı : 739




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap