“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Madər Musayevin rəqibi maraqlı faktları açıqladı - DSK sədrinin 7 qohumu məntəqə sədrləri imiş + SİYAHI

Tarix 18.02.20, 16:04

Font ölçüsü : - / +
bitmap-img6


Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli 10 saylı Dairə Seçki Komissiyası (DSK) ilə bağlı maraqlı məlumat paylaşıb.

AzFakt.com xəbər verir ki, Qorxmaz İbrahimlinin məlumatına görə, DSK sədri İsgəndər Əliyevin əksər yaxın qohumları komissiyalarda vəzifə tutublar:
img














11 saylı Məntəqə Seçki Komissiyanda (MnSK) Qafarova Rəqsanə İsgəndər qızı (İsgəndər Əliyevin qızı) - Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;

12 saylı MnSK-da Qafarov Oqtay (İsgəndər Əliyevin kürəkəni) - Vətəndaş Birliyi Partiyası (VBP) adından katib;

17 saylı MnSK-da Qafarov Ramin Oqtay oğlu (İsgəndər Əliyevin nəvəsi) - Milli Dövlətçilik Hərəkatı (MDHP) adından üzv;

18 saylı MnSK-da Qafarzadə Gülnarə Oqtay qızı (İsgəndər Əliyevin nəvəsi) - Yeni Azərbaycan Partiyası (YAP) adından üzv;

24 saylı MnSK-da Qasımov Vasif Rasim oğlu (İsgəndər Əliyevin kürəkəni) - Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;

25 saylı MnSK-da Qasımova Ceyran İsgəndər qızı (İsgəndər Əliyevin qızı) - Azərbaycan Sosial Rifah Partiyası (ASRP) adından katib;

36 saylı MnSK-da ("N" saylı hərbi hissədə təşkil olunmuş müvəqqəti məntəqə) Orucov Səməd Əli oğlu (İsgəndər Əliyevin bacanağı) - Yeni Azərbaycan Partiyası (YAP) adından sədr.

Xatırladaq ki, Qorxmaz İbrahimli fevralın 9-da keçirilən parlament seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd olub.

MSK-nın açıqladığı ilkin nəticələrə görə, bu dairədən yenə də 73 yaşlı Madər Musayev deputat seçilib.



Xəbərin oxunma sayı : 766




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap