Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ

Tarix 26.07.24, 15:24

Font ölçüsü : - / +
bitmap-img6


“Araz Supermarket” MMC-nin İcraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən barəsində tərtib edilən inzibati protokoldan verdiyi şikayət üzrə məhkəmə iclası keçirilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.İbrahimovun şikayəti təmin edilməyib və əvvəlki qərar qüvvədə saxlanılıb. O, DƏMX-in tərtib etdiyi cəriməni ödəməyə məcbur edilib.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti protokolu İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib. R.İbrahimov isə protokoldan Nəsimi Rayon Məhkəməsinə şikayət edib.

Xatırladaq ki, R.İbrahimov 2020-ci ilin dekabr ayından “Araz Supermarket MMC”nin İcraçı direktoru və İdarə Heyətinin rəhbəri vəzifəsində çalışır. 2014-2020-ci illərdə isə şirkətdə müxtəlif vəzifələrdə işləyib. Əmək fəaliyyətinə isə 2004–cü ildə “Veysəloğlu” şirkətində başlayıb.



Xəbərin oxunma sayı : 805




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap