Xalq artisti bikinidə belə poz verdi - FOTO “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 Avqust 2022

    Xalq artisti bikinidə belə poz verdi - FOTO

  • / Maqazin / — 01 İyul 2022

    “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri

  • / Maqazin / — 30 İyun 2022

    Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 27 İyun 2022

    Aygün Kazımova modellə dodaq-dodağa öpüşdü - VİDEO

  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

Məktəb direktoru intihara cəhd etməsinin səbəbindən DANIŞDI: Təhsil idarəsinin rəisi onu niyə hədələyir?

Tarix 23.06.22, 22:05

Font ölçüsü : - / +
bitmap-img6


Dünən çox sayda dərmanla intihara cəhd etmək istəyən Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli məktəbin direktoru Mətanət Qarayeva hadisənin səbəbləri barədə danışıb.

O, Publika.az-ın yerli bürosuna bildirib ki, özünə qəsd etmək istəməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq üçün müxtəlif bəhanələr gətirməsi, hətta şantaj vasitələrinə əl atmasıdır:

“Məni özü çağırmır, amma Təhsil İdarəsinin bəzi əməkdaşlarını yanıma göndərir. İşimdə etmədiyim səhvləri, yol vermədiyim qüsurları üstümə atırlar. Hamısı şər-böhtandır. Məqsəd məni işdən azad etməkdir. Hətta ən xırda məsələni belə məqsədli şəkildə şişirdir, olmazın sözlər deyirlər. Mən bütün bunlara dözə bilmədim. Hətta qeyd etdim ki, iyul ayının 6-sı məzuniyyətə çıxacağam, 7-si isə gəlib ərizəmi yazıb işdən gedəcəyəm. Lakin göndərdiyi adamlar bildirdilər ki, “yox, elə bu dəqiqə ərizəni yazmalısınız”. Yerimə namizəd də tapıblar. Bu, məktəbdə təşkilatçı işləyən, tədris müəssisəsinin keçmiş direktoru Müsəddin Məmmədovun gəlini Nüşabə Məmmədovadır”. 

Məlumat üçün qeyd edək ki, M.Qarayeva 2011-ci ildən İ.Qayıbov adına 1 nömrəli orta məktəbin direktoru işləyir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.



Xəbərin oxunma sayı : 559

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap