Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Məktəblər niyə distant tədrisə keçmir? - AÇIQLAMA

Tarix 06.12.23, 21:36

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Təhsil Nazirliyi (ETN) ölkədə uşaqlar arasında yayılan qızılca ilə bağlı distant təhsilə keçməyə tələsmir. İndiyədək cəmi 2-3 məktəbin distanta keçdiyi bildirilir. Maraqlıdır ki, hazırda Nazirliyin distantla bağlı imkanları, texnologiyaları və təcrübəsi əvvəlki ilərdən daha çoxdur.

"Ölkə.Az" xəbər verir ki, bunu  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, indiyədək də, ETN distant təhsil formasını tam qanuni müstəviyə gətirə bilməyib:

"İndiki halda tətbiq olunan metod ən yaxşı halda "distant texnologiyalardan istifadə edərək tədris prosesinin təşkili" hesab oluna bilər. Hansı ki, buna, qanunvericilikdə nəzərdə tutulan distant təhsil forması demək doğru olmazdı. Təəssüf ki, uzun illər keçməsinə baxmayaraq qanunda nəzərdə tutulan bu təhsil formasının oturuşması üçün hüquqi əsaslar indiyədək də yaradılmayıb.

Ekspertin sözlərinə görə, hazırda təhsil müəssisələrində ibtidai siniflərdə qızılcanın çox yayıldığını nəzərə alsaq, distant tədirsə keçmək daha təhlükəsiz və faydalı ola bilər:

"Nazirliyin Virtual məktəb platforması tam işlək vəziyyətdədir, "Video.edu.az" rəqəmsal  platforması xeyli təkmilləşib və müəllimlərin də ötən illərə nisbətən təcrübəsi çoxdur. Düşünmək olar ki, Nazirlik indiki halda Covid dövrünə nisbətən distanta daha çox hazırdır. Həkimlər də qızılcaya tutulmuş uşaqların digər uşaqlarla yaxın təmasda olmasını məqsədəuyğun hesab etmirlər".

"Fikrimcə kütləvi yoluxmanı və real, daha ağır nəticələri gözləmək doğru olmazdı. ETN-nin qızılca ilə bağlı daha ağır nəticələrdən sığortalanmaq üçün ibtidai siniflərin distanta keçməsi ilə bağlı qərar verməsi doğru və faydalı olardı", - deyə O. Gündüz əlavə edib.



Xəbərin oxunma sayı : 796




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap