Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Məmurun qohumu DOST-da işdən çıxarıldı: Ata-oğul avtomobilini əzdilər

Tarix 16.12.24, 23:03

Font ölçüsü : - / +
bitmap-img6


Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Separadi kənd nümayəndəsinin rəhbəri Ağahüseyn Hüseynovun şəxsi avtomobili yararsız hala salınıb.

AzFakt.com Qaynarinfo-ya istinadən məlumat verir ki, hadisə onun qohumu tərəfindən törədilib.

Belə ki, Ağahüseyn Hüseynov qəbuluna gələn 1957-ci il təvəllüdlü qohumu Hüseyn Tağıyev ilə mübahisə edib. Mübahisəyə səbəb təqsirləndirilən şəxsin DOST Mərkəzində işləyən Əli (şərti ad) adlı oğluna görə olub.

Hüseyn Tağıyevin DOST-da işləyən oğlu işdən çıxarılıb. O, oğlunun işdən çıxarılmasını Separadi kənd nümayəndəsinin rəhbəri vəzifəsində işləyən bibisi nəvəsinin təşkil etdiyini güman edib.

Hüseyn Tağıyev və oğlu Əli Ağahüseyn Hüseynovla mübahisə etikdən sonra binanı tərk edərək həyətə düşüblər. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ2108 markalı avtomobil ilə zərərçəkmiş şəxsin "Hyundai Santa Fe" markalı maşınına zərbə vurub.

Ağahüseyn Hüseynov Qaynarinfo-ya açıqlamasında deyib ki, Hüseyn Tağıyev işdən çıxarılan oğlu ilə şüurlu şəkildə idarə etdikləri avtomobillə onun maşınını vurublar:

"Mənə 2 800 manatdan çox zərər dəyib. Hüseynin DOST Mərkəzində fəhlə vəzifəsində çalışan oğlu bir aydan çox işə getməyib. Onun kimi bir neçə nəfər də var. Özü də gəlib hər ay mənimlə dalaşır ki, mənə əməkhaqqı yazdır. Hesab edir ki, işə çıxmamağının ona aidiyyatı yoxdur. Hər dəfə də dava salıb gedirdilər. Bu məsələ də aktlaşdırılıb".

Məhkəmənin qərarı ilə Hüseyn Tağıyev İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində vurulmuş ziyanın bir misli - 1 525 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.



Xəbərin oxunma sayı : 445




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap