Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”

Tarix 27.03.24, 16:27

Font ölçüsü : - / +
bitmap-img6


“Mərkəzi Bank Hökumət Ödəniş Portalının (HÖP) fəaliyyətini niyə dayandırdı, anlamıram. Çox rahat idi. Əziyyət çəkmədən bütün büdcə, kommunal və s. ödənişləri rahatca etmək olurdu”.

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev yazıb. “Hökumət bir tərəfdən ASAN xidmətin timsalında əhalinin rahatlığı üçün xidmətləri mərkəzləşdirir, Mərkəzi Bank digər tərəfdən vaxtilə qurulmuş mərkəzləşdirilmiş və əhali üçün rahat olan portalı ləğv edir”, - o əlavə edib.

Ekspert bildirib ki, HÖP vasitəsi ilə rahatca istənilən kart ilə vergi borclarını ödəmək mümkün idi, indi bununla bağlı çətinliklər yaranıb: “Bank hesabından real rejimdə büdcə ödənişləri ancaq sahibkar hesabından ödəmək mümkündür. Yenə də Dövlət Vergi Xidməti sağ olsun. HÖP-ü öz sisteminə inteqrasiya edib. Artıq şəxsi kabinetimdən ilk ödənişi etdim. Sistem Beta versiyadadır hazırda və təbii ki, təkmilləşdirilməyə ehtiyac var”.

S.Əliyev qeyd edib ki, ilk baxışdan burada da çatışmazlığın şahidi olub: “Birincisi, xüsusilə də böyük məbləğlər üçün komissiya haqqının yüksək olmasıdır. Məsələn, mənim nümunəmdə bankdan köçürülən vəsaitlə şəxsi kabinetdən köçürülən vəsaitə görə fərq 4-5 dəfə oldu. İkincisi, ödəniş etdikdən sonra ödənişlərin arxivini tapa bilmədim. Yəni ödənişi subut etmək üçün "ödəniş çeki"ni tapa bilmədim. Dediyim 2 çatışmazlıq aradan qalxsa DVX-in ödəniş portalı daha münasib olar”.

Ekspert vurğulayıb ki, Mərkəzi Bankın HÖP-ü ləğv etməsi ən çox zərbəni mikro sahibkarlara vurur.



Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap