“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Milyarder Vaqif Məmişovdan gözlənilməz addım: qarajındakı dünya məşhurlarının 200-ə yaxın maşınını muzeyə verəcək

Tarix 27.08.19, 19:35

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Sankt-Peterburq şəhərində dünya məşhurlarının avtomobillərindən ibarət muzey açıla bilər.

AzFakt.com Virtualaz.org-a istinadla xəbər verir ki, belə təkliflə Peterburqdakı azərbaycanlı diasporunun rəhbəri, milyarder Vaqif Məmişov çıxış edib.

Məmişov şəxsi kolleksiyasındakı unikal avtomobilləri həmin muzeyə verməyə hazırdır.

Bu avtomobillərin arasında Merilin Monronun gəzdiyi “CADİLLAC Eldorado Biarritz”, bəstəkar İsaak Dunayevskinin “Mercedes-Benz W136” və kosmonavt Yuri Qaqarinin “Lincoln Continental” avtomobilləri də var.

Bildirilir ki, Məmişovun kolleksiyasında dünya məşhurlarına məxsus olmuş cəmi 200-ə yaxın avtomobil mövcuddur. Ekspertlər əmindir ki, Sankt-Peterburqda retro avtomobillərin muzeyi açılsa, bu, həm yaşlılar, həm gənclər arasında böyük marağa səbəb olacaq.

“Bu kolleksiyada hər maşın hansısa “texnika vahidi” deyil, tarixin bir parçasıdır. Bizim ölkəmizin və dünyanın tarixinin. Bir sözlə bu, əsl xəyalların muzeyi olardı”, – Sankt-Peterburq qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nikolay Burov bildirib.



Xəbərin oxunma sayı : 337




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap