“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Milyonlarla dövriyyəsi olan mütəşəkkil şəbəkə “aradan çıxır“? - Maraqlı faktlar

Tarix 28.09.22, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Eyni şəxsin qanuni təmsilçi olduğu 3 şirkət ləğv olunduğunu elan edib.

Yeniavaz.com rəsmi məlumatlara istinadən xəbər verir ki, Ni̇zami̇ rayonu, Yavər Səfərov küçəsi, ev 28, mənzil 28 ünvanında qeydiyyata alınan "VULKAN ST LTD" MMC  (VÖEN –1604123941) və "STAN AS QRUP" MMC (VÖEN – 604124041), həmçinin Ni̇zami̇ rayonu, Məşədi̇ Hi̇lal Kazimov küçəsi, ev 40 ünvanında qeydiyyata alınan "POMEN AS CONSTRAKSEN" MMC (VÖEN –1604123811) ləğv olunduqlarını açıqlayıblar.
Adları qeyd olunan hər 3 şirkətin qanuni təmsilçisi Abdullayev Cavidan Elçin oğludur. Hər 3 şirkət eyni tarixdə - 20.08.2020-ci ildə dövlət qeydiyyatına alınıb.
Bu şirkətlərlə bağlı maraqlı və diqqətçəkən məqam odur ki, adları qeyd olunan MMC-lərin qeydiyyatda olduğu hər 2 ünvanda qısa müddətdə yüzlərlə şirkət açılıb. Bu şirkətlərin adları bir-birinə bənzəyir, təxminən eyni (simvolik) nizamnamə kapitalına sahibdirlər və bir şəxs Cavidan Abdullayev kimi bir-neçə (əksər hallarda 5) MMC-nin qanuni təmsilçisidir.

Ni̇zami̇ rayonunda yerləşən "Yavər Səfərov küçəsi, ev 28, mənzil 28" və "Məşədi̇ Hi̇lal Kazımov küçəsi, ev 40" ünvanlarında qeydiyyatda olan şirkətlər təsis olunduqdan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olurlar. Bu şirkətlərin dövlət büdcəsinə də böyük həcmdə vergi borcları olur.

Hazırda ləğv olunduğunu açıqlayan "VULKAN ST LTD" MMC-nin dövlət büdcəsinə 148 min 902 manat 99 qəpik, "STAN AS QRUP" MMC-nin 56 min 725 manat 88 qəpik borcu var. Qeyd edək ki, qanunvericiliyin tələbinə görə vergi borcu olan şirkət ləğv olunmazdan əvvəl dövlət büdcəsi qarşısındakı öhdəliyini (vergi, bəyannamə və s.) ödəməlidir. Əks halda şirkətin ləğvi mümkün deyil.  

Onu da bildirək ki, bu ünvanlarda dövlət qeydiyyatına alınan MMC-lərin bəzilərinin qanuni təmsilçiləri iddia edirlər ki, bu şirkətlər onların xəbəri olmadan açılıb.

"Yavər Səfərov küçəsi, ev 28, mənzil 28" və "Məşədi̇ Hi̇lal Kazimov küçəsi, ev 40" ünvanlarında qeydiyyatda olan şirkətlərin bəzilərinin siyahısını tədim edirik:














Xəbərin oxunma sayı : 640




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap