“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Pakistan Hindistana cavab - Kütləvi cavab zərbələri endirdi

Tarix 07.05.25, 1:20

Font ölçüsü : - / +
bitmap-img6


Cənubi Asiyada gərginlik kritik həddə çatıb.

Hindistanın “Sındur” əməliyyatına cavab olaraq, Pakistan bu dəqiqələrdə  genişmiqyaslı hücumlara başlayıb. 

Bu, tərəflər arasında son illərin ən ciddi hərbi eskalasiyasıdır və nüvə silahına sahib iki ölkə arasında qarşıdurmanın yeni, daha təhlükəli mərhələyə keçdiyini göstərir. 

Qeyd edək ki, Pakistanın müdafiə naziri Xavadja Asif açıqlama verərək deyib: "Hindistan qorxaqlar kimi hücum etdi – cavabımız daha sərt olacaq"

Pakistanın müdafiə naziri Xavadja Asif Hindistanın “Sındur” əməliyyatı çərçivəsində endirdiyi raket zərbələrinə sərt cavab verib. Onun sözlərinə görə, Hindistan hücumu gecə saatlarında - “kölgədə” həyata keçirib.

“Qorxaqlar kölgədən zərbə endirməyə çalışdılar. Hindistan qaranlıqda hücum etdi, lakin bizim cavabımız daha güclü və daha gurultulu olacaq”, nazir qeyd edib.

Nazir Hindistanı açıq döyüşə səsləyib: “Əgər cəsarətiniz çatırsa, döyüş meydanına çıxın və bu məsələni kişi kimi həll edək”.

Asif həmçinin Hindistanı dinc sakinləri hədəf almaqda ittiham edib: “Onlar evlərindən belə çıxmağa cəsarət etmədilər. Hindistan qəsdən mülki əhalini hədəf alıb.”

Hazırda iki ölkə arasında qarşıdurma sürətlə dərinləşir. Beynəlxalq ictimaiyyət vəziyyəti yaxından izləyir. 

 



Xəbərin oxunma sayı : 259




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap