| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Nağdəliyevlərə məxsus biznes - Fotolar
Tarix 07.08.20, 14:28 |
|
İki il bundan öncə dövlət başçısı İlham Əliyev Goranboyda olub, “Region Aqro” aqroparkının açılışını edib. Dövlətin böyük maliyyə dəstəyi ilə ərsəyə gələn bu iri kənd təsərrüfatı müəssisəsi Prezidentin köməkçilərindən birinin ailəsinə məxsus imiş. 2018-ci il, iyun ayının 5-də onlar taxıl biçinini birlikdə izləyiblər.
Goranboylular qarşısında çıxış edən İlham Əliyev bu aqroparka hərtərəfli dəstəkdən danışıb: “Yollar, qaz, elektrik və su xətləri çəkildi, suvarma işləri görüldü, dövlət xətti ilə ən müasir texnika alındı. ...Dövlət tərəfindən bu aqroparkın yaradılmasına 35 milyon manat vəsait ayrılmışdır. Bildiyiniz kimi, bu aqroparkın ərazisi 4700 hektardır və bu torpaqlardan istifadə olunmurdu. İndi isə burada gözəl işlər görülüb, özəl sektor öz tərəfindən vəsait qoyubdur. Mənə verilən məlumata görə, özəl investisiyaların həcmi 30 milyon manatdır. Beləliklə, biz görürük ki, dövlət-özəl sektor partnyorluğu gözəl nəticələrə gətirib çıxarır”.
“Region Aqro” MMC 2016-cı ilin oktyabr ayının 25-də dövlət qeydiyyatına alınıb. İlk direktoru Sənan Qədimov olub. Goranboydakı təsərrüfatı da dövlət başçısına o təqdim edib: “Təqdimatına toplaşdığımız bu aqropark sizin birbaşa dəstəyiniz, təşəbbüsünüz əsasında yaradılıb. Birbaşa sərəncamınız və göstərişiniz əsasında bu ərazini - aqroparkı suvarma suyu ilə təmin etmək məqsədilə su xətləri çəkilıb, iri tutuma malik su anbarları inşa edilib. 2 min hektar sahədə 24 ədəd müasir pivot suvarma sistemi quraşdırmışıq. İkinci mərhələdə isə 2700 ha sahədə 31 pivot suvarma sisteminin quraşdırılması üçün layihə hazırlamışıq”.
Nazirlər Kabinetinin sərəncamları ilə Goranboy rayonunda 3500, Samux rayonunda isə 1200 hektar qış otlaq sahələrinin təyinatı dəyişdirilib və yeni yaradılan, “Region Aqro” MMC-nin istifadəsinə verilib. Nizamnamə kapitalı 10 manat olan şirkətə. Torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün ərazidə yarğanlar doldurulub, hamarlama işləri aparılıb, sahələr kol-kosdan təmizlənib, torpaq münbitləşdirilib. Aqroparkın yaradılmasına 6 milyon manat kredit ayrılıb. Dövlət resurslarından, uzun müddətə və aşağı faizlə. Bu vəsait hesabına hər birinin tutumu 3 min ton olan 6 taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan qurutma sistemi inşa olunub, 72 yerlik yataqxana tipli yaşayış evi, ikimərtəbəli ofis binası tikilib. Aqroparkda damcı suvarma sistemləri qurulmaqla zeytun, badam və digər meyvə bağları salınıb və onun sahəsini 200 hektara çatdırmaq nəzərdə tutulur.
Dövlət dəstəyi bununla məhdudlaşmır. “Meliorasiya və Su Təsərrüfatı” ASC dövlət əsaslı investisiyası hesabına 35 milyon manat sərmayə qoymaqla əkin sahələrini öz axını ilə suvarma suyu ilə təmin etmək üçün Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı üzərində baş suqəbuledici qurğu, nəqledici boru kəməri, su tutumu 100 min kubmetr olan dəmir-beton üzlüklü hovuz, su tutumu 300 min kubmetr olan torpaq əsaslı hovuz inşa edib. Aqroparka məxsus torpaq sahələrinin Bozdağ ərazisində əmələ gələn sel sularından mühafizəsi məqsədilə 15,5 kilometr uzunluğunda seltutucu kanal qazılıb. Təkcə elektrik enerji təchizatı işləri üçün “Azərişıq” ASC bu özəl təsərrüfata dövlət vesaiti hesabına 2,9 milyon manat sərmayə qoyub. Burada 35/10 kV-lıq yarımstansiya qurulub, aqroparka Lək yarımstansiyasından 14 km uzunluğunda yüksək gərginlikli elektrik xətti çəkilib. Bundan başqa, aqropark üçün 12 km-lik qaz xətti inşa olunub, Fəxralı kəndindən əraziyə 9,4 km uzunluğunda asfalt yol salınıb.
“Aqrolizinq” ASC-dən uzunmüddətli lizinq əsasında 72 ədəd kənd təsərrüfatı təyinatlı maşın və aqreqatlar, o cümlədən “John Deere” markalı kombaynlar alınıb. 2018-2019-cu təsərrüfat ilində “Region Aqro” aqroparkında 720 hektar sahədə buğda, 679 ha sahədə arpa, 4 ha sahədə isə bostan əkilib. Gələcəkdə aqroparkın ərazisini genişləndirib, 5200 hektara çatdırmaq nəzərdə tutulur. Təsərrüfata rəhbərlik edən Xatirə Məmmədova deyib ki, hazırda torpaq sahələrindən tam istifadə olunur, toxumluq arpa və buğda, eləcə də qarğıdalı becərilir.
Layihənin ikinci mərhələsində aqroparkda gündəlik istehsal gücü 120 ton olan bitki yağları istehsalı fabriki, ümumi tutumu 2 min ton olan soyuducu anbar kompleksi, 10 hektar sahədə isə istixana kompleksinin yaradılması nəzərdə tutulur.
Aqroparkın açılışında hökumət rəsmiləri bəyan etmişdilər ki, “Region Aqro” aqroparkında ilkin hesablamalara görə ildə 600 milyon manatdan çox kənd təsərrüfatı məhsullarının istehsalı planlaşdırılır.
Meydan TV-nin araşdırması ilə müəyyən olunub ki, “Region Aqro” aqroparkının təsisçisi Hikmət Nağdəliyevdir. O, Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Səfər oğlu Nağdəliyevin kiçik oğludur.
“Region Aqro” MMC-nin ilk hüquqi qeydiyyat ünvanı Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsindəki 28 nömrəli ev olub. Hazırda şirkət hüquqi ünvanını Abbasqulu Aga Bakıxanov küçəsi, ev 26A-ya dəyişib. Şirkətin keçmiş direktoru Sənan Qədimov hazırda “Interloyer Hüquq Şirkəti” MMC-nin direktorudur. Ondan öncə 2007-ci ildə yaradılan bu şirkətə Hikmət Nağdəliyev özü rəhbərlik edirdi.
Kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatlarına görə, “İnterloyer Hüquq Şirkəti” ilə eyni ünvanda (Bakı şəhəri, Xətai prospekti, ev 29-dakı mənzilərdən biri) “Top Qrup” MMC və “NKH” MMC də dövlət qeydiyyatına alınıb. Hər iki şirkət 2006-cı ildə yaradılıb.
“NKH” MMC-yə 2009-2010-cu illərdə rəhbərlik etmiş Etibar Qədimov Sənan Qədimovun əmisidir. E.Qədimov Meydan TV-nin suallarına cavab verərkən deyib ki, şirkət 2010-cu ildə fəaliyyətini dayandırıb:
““NKH” MMC tikinti işləri görürdü. 2010-cu ildə Vergilər Nazirliyinə boş hesabatlar verdi və mən o şirkətdən getdim”.
2015-ci ildə 107 saylı Qazax seçki dairəsindən Milli Məclisin üzvü seçilərkən Kamran Nəbizadə “NKH” MMC-nin İdarə Heyətinin sədri idi. 2016-cı ildə mediaya müsahibəsində o, şirkətin “inşaat və maliyyə sahələrində” fəaliyyət göstərdiyini, Azərbaycanda “müxtəlif iri həcmli tikinti layihələrinin” reallaşdırılmasında iştirak etdiyini açıqlayıb.
“NKH” MMC sənaye obyektlərinin, yaşayış binalarının, məktəb və xəstəxanaların tikintisində, park və bağların abadlaşdırılmasında, enerji, qaz və su təchizatı sistemlərinin quraşdırılmasında böyük təcrübə qazanıb”. Keçmiş deputat, hazırda isə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru olan Kamran Nəbizadə belə deyib. O, Meydan TV-nin sorğusuna cavab olaraq əlavə edib ki, deputat seçildikdən sonra “NKH” MMC-ni öz ərizəsi ilə tərk edib.
“Top Qrup” MMC də tikinti şirkətidir. Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Astarada isə yerli maliyyə şöbəsi üçün inzibati bina inşa edib. Araşdırmalar “İnterloyer Hüquq Şirkəti” ilə “Top Qrup” və “NKH” MMC-lərin ünvan uyğunluğunun Hikmət Nağdəliyevin biznes maraqları ilə aşkar kəsişməsini ortaya çıxarmayıb.
Əvəzində tədqiqatlarla müəyyən olunub ki, Nağdəliyev qardaşlarının Polşa, Rusiya və Azərbaycanda da biznes maraqları var.
2017-ci ilin oktyabr ayında Nemət Nağdəliyev Azərbaycanın Polşa Respublikasındakı səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin edilib. Noyabr ayında isə ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilir. İqtisadiyyat Nazirliyi bildirir ki, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi “Azərbaycan və Avropa İttifaqına üzv olan ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, bu ölkələrdə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqində, ölkəmizin qeyri-neft ixracının artırılmasında” önəmli rol oynayır. İnkar etmək üçün heç bir dəlilimiz yoxdur. Ticarət nümayəndəliyinin nəzdində 2018-ci ilin dekabrında Varşavada açılmış Azərbaycan Ticarət Evi Azərbaycandan 25-dən çox istehsalçının 100-dən artıq adda məhsulunu polyaklara təqdim etdiyini bildirir .
Bu hadisədən bir neçə ay qabaq Nemət Nağdəliyevin qardaşı Hikmət Nağdəliyev Varşavada 3 şirkət (“NHN Poland SP” MMC, “Rasalas SP” MMC və “Alsephina SP” MMC) təsis etmişdi. O, həm də bu şirkətlərin direkturudur. H.Nağdəliyev şirkətlərdən birinin (“Rasalas sp. z o.o.”) nizamnamə kapitalına 1,895.000 Polşa zlotu və ya təxminən yarım milyon ABŞ dolları sərmayə yatırlıb. Şirkət maliyyə xidmətləri göstərir.
Polşadakı ticarət nümayəndəliyinin əməkdaşı Yılmaz Hacızadə həm də H. Nağdəliyevin şirkətlərindən birində çalışır.
Hikmət Nağdəliyev Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Hüquq kafedrasının aspirantı, Vestminster Universitetinin (London) Avropa hüququ üzrə magistri olub. O, 2009-cu ildə “Rusiyanın Azərbaycan Gənclər Təşkilatı” Ümumrusiya Gənclər İctimai Birliyini (AMOR) Leyla Əliyeva ilə birlikdə təsis edən altı şəxsdən biri və İdarə Heyətinin üzvü olub. 2012-ci ildən isə Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin Rusiyadakı nümayəndəsi vəzifəsini tutub.
2011-ci ildə o, qardaşı Nemət Nağdəliyev və Moskvadakı başqa bir işadamı ilə birlikdə “İnterloyev- XXI Vek” MMC yaradıb. Şirkət fəaliyyət göstərmədiyinə görə vergi xidmətinin qərarı ilə dövlət reyestrindən çıxarılıb.
2019-cu ildə H. Nağdəliyev Bakıda “Nature and History Production” MMC-ni yaradıb. Bu şirkət IDEA İB ilə birlikdə “Azərbaycanın 7 möcüzəsi” adlı televiziya layihəsini icra edib.
Bu ilin mart ayında isə Hikmət Nağdəliyev “Smartmart” MMC-ni təsis edib. O da “Nature and History Production” MMC kimi “Region Aqro” MMC ilə eyni hüquqi ünvanı bölüşür.
32 yaşlı H.Nağdəliyev Bakı Dövlət Universiteti xarici tələbələrlə iş üzrə dekan müavini, Hüquq fakültəsinin müəllimidir.
Hikmət Nağdəliyevin böyük qardaşı Nemət də ali təhsilini Rusiyada alıb, bir müddət burada işləyib. O, M.V.Lomonosov adına MDU-da iqtisadiyyat üzrə bakalavr və magistr dərəcələri, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Rusiya Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasında iqtisadiyyat elmləri namizədi dərəcəsini alıb. N. Nağdəliyev Heydər Əliyev Fondunun RF nümayəndəliyində Humanitar proqramlar şöbəsinin rəhbəri, Ümumrusiya Azərbaycan Konqresinin Aparat rəhbəri vəzifələrində işləyib. Polşaya təyinatından öncə isə Azərbaycanın Rusiyadakı səfirliyində çalışıb.
2014-cü ilin dekabrında attaşe Nağdəliyev Moskva polisinə şəxsi “Land Rover Range Rover” avtomobilinin oğurlanması haqda müraciət edib. Polisə təqdim etdiyi ərizəsində o, maşını 5 milyon rubl dəyərində qiymətləndirib. Ovaxtkı məzənnə ilə bu, 100,000 ASŞ dolları edir. Polis qaçırılmış avtomobilin tapılıb-tapılmadığı haqda məlumat verməyib. Amma cavabını axtaran suallardan biri 29 yaşı gənc diplomatın qiyməti 100,000 dollar olan minik avtomobilini nəyin hesabına almasıdır. Cavab təkcə Moskvada deyil, həm də Bakıdadır.






Xəbərin oxunma sayı : 2713
Sosial
Xəbərlər
-
Sevda çimərlik geyimində görüntülərini paylaşdı - VİDEO
-
Bəhlul Mustafazadə komandaya nə vaxt qoşulacaq? - Qurbanov açıqladı
-
Yeni dərs ili başlayan kimi əmək müqaviləsinə xitam verildi - VİDEO
-
Formula 1 zamanı şəhərin mərkəzindəki bu yollar açıq olacaq - SİYAHI
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək - VİDEO
-
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
“Eşitdiklərimdən şoka düşdüm“ - Seyfəddin Dəmirliyə qarşı dələduzluq edənin İŞİ
-
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
-
99-RU-777 nömrəli “Range Rover” müsadirə olunub yarı qiymətə satışa çıxarılıb - Alan yoxdur
-
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb - TƏFƏRRÜAT
-
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
-
Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK
-
Nazirlik iki kənddə məktəb tikəcək - 13,8 milyon manat ayrılıb
-
Bakıda bu məktəblər onlayn tədrisə keçir-Siyahı
-
Afra Saraçoğlunun adı narkotik istintaqında - Aktrisa danışdı
-
Fransanın Azərbaycanla bağlı xəbərdarlığına - Rəsmi Bakıdan reaksiya
-
Bu şəxslərin borcları ilə bağlı yeni addım atılır - Nazirlik məlumat yaydı
-
Azərbaycanda abortların sayı rekord səviyyəyə yüksəlib - Son 18 ilin statistikası
-
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Aqrarkredit”in 10 milyonluq əmlakı hərracda - Üçü ucuz qiymətə satıldı
-
Son 35 ildə hansı ölkədə adambaşına düşən ÜDM nə qədər artıb? - Siyahı
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
-
Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlanıb - RƏQƏMLƏR
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
-
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində:Milyonlarla avroluq cinayət işinin detalları
-
Saxta əlillik verən həkimin məhkəməsində “povestka“ paylayan danışdı - ŞOK İFADƏ
-
Bu işlə məşğul olan vətəndaşların nəzərinə - Əlavə pul alacaqsınız
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
-
Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü
-
Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
-
Hansı ölkədə işçinin maaşından daha çox pul tutulur? - SİYAHI
-
Ayxan Abbasov millinin heyətini açıqladı - Kimlər çağırıldı?
-
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
-
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq - YENİ QANUN
-
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
-
Bakıda 13 yaşlı qızın hamilə olması üzə çıxdı - Oğlana bu cəza verildi
-
İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? - VİDEO
-
Evlərinə tez çatmaq üçün düz xətti qırıq-qırıq xəttə “çevirdilər” – Video
-
Beyləqanda kənd təsərrüfatı ilə bağlı monitorinq keçirilib - Fotolar
-
Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı
-
Sabahdan Bakıda mərkəzi yollar bağlanır - SİYAHI
-
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)
-
Kadırovun oğlunun çıxışı müzakirələrə səbəb oldu - VİDEO
-
Almaniyada terror aktı cəhdi: İraq vətəndaşının planı üzə çıxdı
-
Bakıda qızları tora salan “SEHİRLİ ŞAMLAR“ - İnanc, yoxsa pul tələsi
-
“Evsiz-eşiksiz qaldım“ - Məhkəmənin qərarı niyə icra olunmur?
-
Hökməli dairəsində piyadaların keçidi üçün şərait yoxdur? - VİDEO
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Bərpa olunan enerji sahəsində yeni mərhələ başlayır - VİDEO
-
Prezidentin Şamaxı rayonuna səfəri ilə bağlı paylaşım olunub - VİDEO
-
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
-
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
-
Şagirdlər axşama qədər məktəbdə qalır - Valideynlərdən NARAZILIQ
-
Metronun “Həzi Aslanov“ stansiyasında aparılan yenidənqurma işləri yekunlaşır - VİDEO
-
Əli Nağıyev Qazaxıstanda: “Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və...“
-
Ekspres avtobuslara minənlərin sayı açıqlandı - VİDEO
-
Yeni dələduzluq növü peyda olub - BELƏ ALDADIRLAR
-
Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
-
Ermənistan və ABŞ arasında birgə hərbi təlimlər - Müzakirə olundu
-
Yevlaxda yolları hər il bu şirkət təmir edir - Nə qədər pul xərclənib?
-
Suraxanıda “Daş abidə”nin yerindəki tikinti dayandırıldı - İcra hakimiyyəti və qurumlar hara baxırdı?
-
Mehdiyev məhkəməyə müraciət edib - Nə yazıb?
-
35-50 yaşlı hərbi vəzifəlilər təlim toplanışına çağırılır - RƏSMİ
-
Prezident və birinci xanım Pir Ömər Sultan ziyarətgahında - FOTO
-
Növbəti 4 ildə pensiyaların nə qədər arta biləcəyi açıqlandı - Artım hər il aşağı düşəcək
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“ASAN Xidmət“ə “asan“ iş vədi - Astarada 4 min manatlıq dələduzluq
-
Moskva-Bakı münasibətlərindəki böhran həll olunub - Şoyqu
-
Bakıda piyada keçidində eskalatorların işləməməsindən narazılıq - VİDEO
-
Heyvan bazarları nə vaxt bərpa olunacaq? - Rəsmi açıqlama
-
“Azərbaycan Sənaye Bankı”na yeni sədr təyin edilib - Uzun müddətdir orada çalışırdı
-
Gələn il müdafiə xərcləri 1,1, kənd təsərrüfatı xərcləri 13,2 faiz artacaq - Siyahı
-
İlham Əliyev və birinci xanım “Nəsimi Bağları”nda - FOTOLAR
-
Faizlər aşağı salınmalıdır - Tramp FED-in qərarına etiraz etdi
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib - TƏFƏRRÜAT
-
Bərdədə bir gecədə 100-dən çox artezianı söküblər - Sakinlərdən şikayət
-
Prezident və xanımı “Meysari Grand Hotel & SPA”nın açılışında - Fotolar
-
“Tələbəni xaric etmək doğru deyil“ - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
-
Neft böhranı yeni investisiya bumuna səbəb ola bilər - “The Economist”
-
“Ramiz Mehdiyev işi”nin istintaqında daha kimlər şahidlik edib? - TAM SİYAHI
-
TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır - İlham Əliyev
-
Azərbaycanda nə qədər külək enerjisi istehsal edilir? - RƏQƏMLƏR
-
“Dövlət satınalmaları haqqında” Qanun dəyişir - Nələr olacaq?
-
Milli Məclisin bir qrup deputatı Rusiyaya gedir - SƏBƏB
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb - Bu tarixədək
-
“Bir aydır gördüyüm işin pulunu ala bilmirəm” - Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi
-
Prezident bu ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - Fotolar
-
Azərbaycanda 280 min nəfərdən çox işsiz var - RƏSMİ
-
Toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
-
Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama - Qarşıdakı 4 ildə necə olacaq?
-
25 ildən sonra Azərbaycana qayıtdı: Övladlarının vətəndaşlıq problemi yarandı (VİDEO)
-
AZAL-ın keçmiş prezidentinin qızı xaricdə bahalı əmlak alıb - 7,5 milyon dollara
-
Xətai rayonunda binaların həyəti baxımsız vəziyyətdə - VİDEO
-
Bakıda ticarət köşkü soyuducuları yola qoyaraq təhlükə yaratdı - VİDEO
-
Azərbaycan nefti 6 dollar ucuzlaşdı - Qara qızıl 122,15 dollara satılır
-
Səudiyyə bir neçə ölkədən yardım istədi - Tutucu raketləri tükənir
-
“Mübarək“ şadlıq sarayından yayılan tüstü və qoxudan ŞİKAYƏT - VİDEO
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - VİDEO
-
Türk dünyası ilə İslam aləmi arasında mənəvi körpü: Bakının beynəlxalq təşəbbüsləri
-
Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi
-
Tanınmışlar bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Mourinyu Arda gülər tərif yağıdırdı: “Oyun keyfiyyəti inanılmazdır“
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - Detallar - Video
-
Azərbaycan 3 milyard manata yaxın borc alacaq - Gələn il
-
Ermənistan Rusiyanın 102-ci hərbi bazasının çıxarılmasını tələb etməyib - Simonyan
-
Yaponiyada 100 yaşlıların sayı 100 mini keçdi - İlk dəfə
-
Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Bilik Günü metrodan istifadə edən sərnişinlərin sayı - Açıqlandı
-
Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir - Lavrov
-
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
-
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşdü - FOTO
-
Veyplərdə meyitlərin konservasiyasında istifadə olunan maddələr var - Həkim
-
Aİ Hörmüzdəki vəziyyətə görə nə qədər itirib? - AK Prezidenti açıqladı
-
Bakıdakı fantastik qiymətlər:1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev...
TOP 10
ARXİV






