“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

NASA və “Boeing” birgə sınaq keçirəcək- ABŞ-ın yeni kosmik gəmisi ilə bağlı

Tarix 02.11.19, 23:22

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) və “Boeing” şirkəti noyabrın 4-də Birləşmiş Ştatların yeni “CST-100 Starliner” kosmik gəmisinin xilasetmə sisteminin sınağını keçirəcəklər.

Azərtac NASA-nın saytına istinadla xəbər verir ki, sınaq prosesində raketin buraxılmasında yarana biləcək gözlənilməz qəza zamanı ekipaj üzvlərinin xilas edilməsi və pilotların yerləşdiyi bölmənin start qurğusundan kənarlaşdırılması üzrə təlim aparılacaq. Agentliyin mətbuat xidməti bildirib ki, bu məqsədlə xilasetmə sisteminin dörd mühərriki, habelə oriyentasiya üzrə qurğu işə salınacaq. Onlar kapsulun start qurğusundan 1600 metr kənara atılmasını təmin edəcəklər. Sınaq zamanı paraşüt sistemi də hərəkətə gətiriləcək.

NASA 2011-ci ildə Yerə qayıdan “Space Shuttle” kosmik gəmiləri üzrə proqrama yekun vurduqdan sonra uzun müddətdir ki, kosmosa öz pilotlu aparatını göndərmir. ABŞ astronavtları Beynəlxalq Kosmik Stansiyaya Rusiyanın kosmik gəmilərində uçurlar. Bu səbəbdən “CST-100 Starliner” kosmik gəmisinin ilk uçuşunun təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilir. Belə ki, bu mülahizələrlə ötən ilin iyulunda onun kosmosa göndərilməsi təxirə salınıb.

Xatırladaq ki, NASA “Dragon” və “Starliner” kosmik gəmilərində kosmosa kommersiya səfərlərini təşkil etmək məqsədilə “SpaceX” və “Boeing Co” şirkətləri ilə müqavilə imzalayıb. “CST-100 Starliner” kosmik gəmisi orbitə “Atlas V” raketdaşıyıcısı vasitəsilə göndəriləcək.



Xəbərin oxunma sayı : 484




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap