Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Natiq Qasımovun qardaşı: “Ali Baş Komandana təşəkkür edirəm“

Tarix 25.06.24, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


"Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncama görə Ali Baş Komandana təşəkkür edirəm".

Bunu report-a Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyib.

N.Qasımov bildirib ki, bu gün onun ad günüdür, bu xəbər həyatında aldığı ən böyük ad günü hədiyyəsidir: "33 ildə Natiq Qasımovun sağ-salamat gəlməsini istəmişik. Bu illər dövlətimiz tərəfindən çox axtarışlar olub. Təssüf ki, taleyi barədə hələ də məlumatımız yoxdur. Biz həmişə onun özünün taleyi barədə məlumatı əldə edə bilməsək də, ən azı göstədiyi qəhrəmanlığın qiymətləndirilməsini gözləyirdik. Sağ olsun Ali Baş Komandanımız, cənab İlham Əliyev, istəyimizi, arzumuzu həyata keçirdi. Cənab Prezidentə təşəkkür edirəm. Şükür bu günə, Natiq Qasımovun düşmən qarşısında göstərdiyi şücaətinə görə Milli Qəhrəman adı verildi”.

"Xalqıma da təşəkkür edirəm ki, bu gün hər kəs yanımızdadır. Hamı zəng edib təbrik edir. Düzdür, biz onun daha sağ olduğunu düşünmürük. Çünki ermənilərə elə dağ çəkib ki, onu salamat buraxdıqlarını düşünmürəm", - o əlavə edib.



Xəbərin oxunma sayı : 754




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap