Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

NATO ilə davam edən uğurlu dialoq

Tarix 19.03.24, 5:51

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var."- Bu fikiri martın 17-də Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuata bəyanatla çıxışı zamanı söyləyib.
      
Çıxışının əvvəlində Prezident İlham Əliyev  Baş katibi Azərbaycanda görməyinə şad olduğunu bildirərək, dəvəti qəbul edib səfərə gəldiyinə görə təşəkkürünü  bildirərək, iki il əvvəl Brüsseldəki son görüşlərini  xoş təəssüratlarla xatırladığını qeyd etdi.
 "Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir."-deyə çıxışında qeyd edən Prezident İlham Əliyev, "Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik", deyə   əlavə etdi.
     
 Enerji təhlükəsizliyi məsələsi ilə bağlı fikirlərini söyləyən Prezident İlham Əliyev ölkəmizin qaz nəql etdiyi 8 ölkənin 6-nın NATO-ya üzv ,digər ikisinin isə NATO-nun tərəfdaş olkəsi olduğunu bildirdi.Prezident İlham Əliyevəminliyini vurğuladı ki, "qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir."

Amil Alışov



Xəbərin oxunma sayı : 334




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap