Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Nazirlik bu yataqları da hərraca çıxardı - SİYAHI

Tarix 06.12.21, 21:57

Font ölçüsü : - / +
bitmap-img6


Dekabrın 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirəcək.

AzFakt.com İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, Qazax rayonunda yerləşən “Həcərliqaya” və “Daş Salahlı” əhəngdaşı yatağının müvafiq olaraq 1,85 hektar və 8,5 hektar sahəsi, Abşeronda olan “Qırməki II” və “Zəyərdağ” kvars qumu yatağının müvafiq olaraq 2 hektar və 6 hektar sahəsi, Qaradağ rayonunda yerləşən “Gülbaxt” və “Şahqaya” əhəngdaşı yatağının müvafiq olaraq 5,5 hektar və 2,5 hektar sahəsi hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 17 dekabr saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac ƏMDX-nın Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə ƏMDX-nın rəsmi saytında (https://bit.ly/310obb9) və Özəlləşdirmə portalında (https://bit.ly/3nOOycE) tanış olmaq mümkündür.



Xəbərin oxunma sayı : 1048




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap