![]() |
|














Nazirliyin xanım əməkdaşının ölkədən çıxışına qadağa qoyulur - Maraqlı faktlar
Tarix 25.05.23, 12:03 |
|

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Gəlirlər Baş İdarəsi Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş meneceri Kəmalə Rasim qızı Rasimli barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatına verilib.
Bildirilir ki, məhkəmə iddiası vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qaldırılıb.
Kəmalə Rasimli həm də sahibkardır...
Zoologiya İnstitutunun baş meneceri Kəmalə Rasimli həm fiziki şəxs (VÖEN – 1001630942), həm də hüquqi şəxsin rəhbəri kimi vergi ödəyicisidir.
Kəmalə Rasimlinin rəhbərlik etdiyi hüquqi şəxsin - "Aysberq KMT” MMC-nin (VÖEN-1003279381) hazırda (23.05.2023-cü il tarixinə) dövlət büdcəsinə 27 min 898 manat 35 qəpik vergi borcu olduğu bildirilir.
Məlumat üçün bildirək ki, "Aysberq KMT” MMC 24.02.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat olan bu şirkətin hüquqi ünvanı "Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”də yerləşir.
2021-ci ildə Bakı Dövlət Universiteti (BDU) tərəfindən elan olunan 4 tender müsabiqəsinin (Açıq tender) qalibi "Aysberq KMT” MMC olub və tenderlərin ümumi dəyəri 127 min 652 manat 10 qəpik olub.
"Aysberq KMT” MMC aşağıda qeyd olunan beynəlxalq konfranslar üçün BDU-ya iş və xidmətlər təqdim edib:
- Lütfi Zadənin 100 illiyinə həsr olunan "Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans – 23 min 523 manat,
- "Fizikada müasir trendlər” mövzusunda beynəlxalq elmi konfrans – 44 min 648 manat 70 qəpik,
- "Hüquq” mövzusunda beynəlxalq elmi konfrans – 34 min 281 manat 40 qəpik,
- "Nizami Gəncəvi 880” mövzusunda beynəlxalq elmi konfrans – 25 min 199 manat.
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, "Aysberq KMT” MMC-yə məxsus olduğu bildirilən "iceberg.az” saytında bu şirkətin tərcümə işlərilə məşğul olduğu göstərilib. Tərcümə Mərkəzi kimi fəaliyyət göstərən MMC-nin BDU-ya müxtəlif məhsullar satması, həmçinin xarici qonaqlara otel və nahar xidmətləri göstərməsi üçün hansı təcrübəyə sahib olduğu bilinmir.
Kəmalə Rasimli əvvəllər də işlədiyi qurumun – AMEA-nın tenderlərində qalib olub
Qeyd edək ki, "Aysberq KMT” MMC müvafiq sahədə heç bir təcrübəsi olmadığı halda (rəsmi saytlarında elə yazılıb – red.) ötən ilin noyabr-dekabr aylarında AMEA İşlər İdarəsinə 48 min 216 manatlıq yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər satıb.
Halbuki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması lazımdır.
Diqqət çəkən başqa bir məqam isə odur ki, "Aysberq KMT” MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı daha əvvəl "Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 25”də qeydiyytda olan "Servis və Supley Ltd” MMC adlı şirkətin də direktoru olub.
Bu şirkət isə bu ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən 129 min 964 manatlıq tender müsabiqəsinin qalibi olub.
Kəmalə Rasimli daha sonra şirkətin qanuni təmsilçiliyindən ayrılıb. Dövlət Vergilər Xidmətinin reyester məlumatlarından belə görünür ki, tender müsabiqəsi keçirilən zaman MMC-nin qanuni təmsiçisi Kəmalə Rasimli olub. Daha sonra MMC-nin həm qanuni təmsilçisi, həm də hüquqi ünvanı dəyişdirilib. Hazırda "Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır. Hüquqi ünvanı isə "Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 59K, m. 390”da yerləşir.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yazılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin - "Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.
Məlum olduğu kimi, Zoologiya İnstitutu daha əvvəl AMEA-nın tərkibində olub.
Kəmalə Rasimli onu məhkəməyə verən qurumun da tenderini udub
Ötən ilin dekabr ayında İqtisadiyyat Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi isə fiziki şəxs Kəmalə Rasimli Rasim qızı olub. Kəmalə Rasimli İqtisadiyyat Nazirliyinə tərcümə xidmətləri göstərəcək və qarşılığında 21 min 616 manat alacaq.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Kəmalə Rasimli vergi borcunun olduğunu təsdiqləyib və əlavə edib ki, hazırda məhkəmə prosesi davam edir: "Məhkəmə prosesinin sonunda məlum olacaq ki, vergi borcum var, yoxsa-yox. Əgər məhkəmə vergi borcumun olduğunu təsdiqləyərsə əlbəttə ki, ödəyəcəyik”.
Xəbərin oxunma sayı : 691
Hadisə
Xəbərlər
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? - İDDİA
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
-
Təhlükəsizlik qaydalarını pozan obyektin fəaliyyəti məhdudlaşdırıldı - Video
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanı.. - DİM-dən xəbərdarlıq
-
Prezident Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - Fotolar
-
Microsoft 9000 əməkdaşını ixtisar edir - SƏBƏB
-
Saxta çantalar necə tanınır? - Satıcıların fırıldaq üsulları
-
İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılır - Dubayda
-
“Golden Beach“də faciə: Cəryan vurub öldürdü
-
AZAL təyyarəsinin vurulması ilə bağlı - Yeni detallar
-
Xırdalanda Heydər Əliyev parkında ağaclar qurudulur - Çay evlərindən şikayət
-
Kərə yağı sağlamlığa necə təsir edir: hər gün yemək olarmı?
-
ABŞ bütün dünyaya silah paylaya bilməz - Pentaqon
-
Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi körpü qəzalı vəziyyətdədir? - VİDEO
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib - "VƏHDƏT" nümayəndəsidə iştirak etdi
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
TOP 10
ARXİV